Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcazi Həyatlar
Məcazi Həyatlar
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 849
Səs ver:
  Məna daşıma təlaşında olmadan , qayğısız tərəfindən düzülərlər və tökülərlər ağızlardan. Bəzi evlər vardır, eləcə doldurulmuş, bir çox əşyanın mənasız sözlər kimi yan-yana düzüldüyü. ..Niye aldığınızı belə xatırlamadığınız, tozunu aldıqca daha çox sizin olmuş və artıq parçanız halına gəlmiş əşyaların dedi-qodu etdiyi bir ev ... Halbuki, söz böyüdür... Söz , böyük bir dəyişmənin işarəsidir. Söz, bəzən bir başlanğıc, bəzən bir bitmədir. Lakin onu bir başlanğıcın memarı etmək əlimizdədir. 
Sizi həyatınızın qiymətli sözləri olan əşyalarınıza baxmağa və bütün həyatınızı çevirəcək bir yenilənməyə dəvət edirəm. Bir dağ satın almanızı ya da bir ölkə fəth etmənizi istəmirəm. Edə biləcəklərinizin ən asanını, bir gecə ya da gündüz evinizə döndüyünüzdə bütün dürüstlüyünüz ilə həyatınızı qiymətləndirmənizi xahiş edirəm. Sahib olduğunuzu düşündüyünüz ya da sizin adınıza elə olduğunuzu düşünərək yaraşdırdıqları əşyalarınızı lütfən bu yazını oxuduqdan sonra araşdırın.
Sevgi, nifrət, kin, bağlılıq, məcburiyyət, inciklik, eşq, xoşbəxtlik, dinclik. ..hayatınızda xeyli çox duyğunuza qarşılıq gələn xeyli çox şey ilə yaşayırsınız. Özünüzə yaxından baxın. dürüstcə. Həyatınızı özünüzə tərif edin Kimsiniz bir baxın. Sizinlə divar aralarındakı bu mənalı boşluğu paylaşan bütün əşyalar həqiqətən arzu etdiklərinizmi ?. Sizi siz etdiyinə inandığınız bütün qəlibləri üzərinizdən atdığınızda da onlar oradalarmı ? Mədəniyyətinizin, sivilizasiyanızın, ətrafınızın sizə layiq ya da yaxın gördüyü bütün təyin etmə və yaraşdırmalardan sıyrılın.
Müdirsinizmi ?...Buraxın bir az müdir olmağı...
Məşhur birinin nəvəsisinizmi ? Buraxın məhşurluğu və haqqınızda deyilənləri ...
Yaşlı ya da maneəlisinizmi ? Buraxın illərin bütün yorğunluq və çətinliklərinə qarşı köhnəlmiş çəliklərini qapının xaricində....
Əhəmiyyətli qərarlar alın və özünüzü qorumaq üçün çox işləyin amma az sonra yatağa hər kəs qədər yorğun girəcəksiniz. Buraxın bütün yaraşdırmaları və dürüstcə özünüzə problem yaradanları ...Bu ev, bu boş divarlar aralığındakı bütün mənim üçün olanlar, bütün satın aldıqlarım, bütün sonradan əldə etdiklərim və bütün bu şəkildə olmaqda israr edənlər, hamınız nə qədər mənimsiniz?
Həyatımız dayanacaqlar olmadan , bir sahib olmaq yarışıdır gedir. Şkaflar içləri bizlərə bəlkə də əsla lazım olmayacaq narahatlıqların məhsulları ilə dolu. ..Ya lazım olsalar !. Kredit kartlarımız onları satın aldığımız narahatlıqlar üzərindən aylar keçməsinə baxmayaraq hələ onların əvəzləri ilə doludur. Sabah ya da o biri gün, daha əvvəlki günlərin narahatlıqlarına yenilərini əlavə edib, bir az daha ağır olacaq. Bir az dayanmaq istəməzsinizmi ? 4 divarı bir araya gətirən ən əhəmiyyətli səbəblərdən biri olan qorunma iç motivi ortaya çıxalı həqiqətən çox uzun bir zaman oldu və divarları modalara fəda edeli, ürəyimizə zidd həyatlar qurmaya başlayalı çox zaman oldu. Bəlkə də əsla xoşlanmadığınız bir rəngin dadsız titrəşmələri ilə yaşayırsınız. Maddi qaynaqlarınız çatdığı qədərini alıb tam istədiyiniz kimi olmadı ya da az qaldı. Eviniz tərəfindən sahiblənilirsinizmi. Səhv rənglər, istəmədiyiniz bahalı əşyalar, hədiyyə edilmiş anbarlarda gözləyən bəzəklər, geyilməmiş geyimlər, gözünüzü alan işıqlandırmalar, kefsiz çay fincanları həyatınızdalarmı hələ ?.
Hər gün bir başqa qəbilənin rəisi ilə döyüşmək məcburiyyətində qalmadan evinizə dönürsünüz. Amma hər gün xeyli çox qəbilə rəisi ilə döyüşmək üçün evdən çıxırsınız. Eviniz çöldəki dünya ilə qalxan ola bilirmi aranızda. Günün gecəyə qovuşduğu saatlarda sizdə səssizliyin kefini çıxara biləcək qədər evinizin qucağına özünüzü ata bilirsinizmi. Və sizi qucaqlaya bilirmi ? Evinizin sizə qarşı olan nəzakətini sorğulayın. O zaman həyatın sizə nə qədər nəzakətli olduğunuzu görəcəksiniz.
Verdiyiniz qədər ala biləcəyiniz gerçəyi ilə qarşılaşacaqsınız. Mətbəxinizin dağınıqlığı, əsla düzələ bilməyən sifonların təmirsiz keçən gurultulu gecələri, xışıltılı və ünsiyyətləri kəsən telefon xəttləriniz olmasa da həyatınızda, yaxından baxdığınızda sizin üçün çox əhəmiyyətli olduğunu düşündüyünüz xeyli çox bəzzək düzəyi təkliyə və maraqsızlığa tərk etmiş ola bilərsiniz. Onları gördüyünüzdə həyatın sizi tərk etdiyi səhnələri də görə biləcəksiniz. Həyatınızın hansı sahəsində bir əksiklik, və səmərəsizlik görürsünüzsə və hansı sahəsində heç cür olmasını istədiyiniz zirvəyə çata bilmədiyinizi düşünürsünüzsə, bunu ifadə edən bütün əşya və otaqlarınıza baxın evlərinizdə. Sahib olduqlarınızın niyə hələ sizin ilə birlikdə olduqlarını sorğulayın. Bəlkə də çoxdan ürəyiniz onları tərk etdi amma onları həyatınızdan atmadınız.
Evinizdəki gücü ələ keçərmək üçün sərf etdiyiniz bütün səylər, həyatdakı gücünüzü də artıracaq. hələ ananızın ya da ata tərəfdən nənənizin narahatlıqları iləmi dolu tövsiyələriniz. Dürüst olun özünüzə, həyatınızın hakimisinizmi ?..Bu suala ən az səhv ilə cavab verənlər , evlərinin məcazi əşyalarının gerçək mənalarına sahib olacaqlar. Və qalan həyatlarının. Sabahı, ilk gün və tərtəmiz bir gün və heç bir şey olmamış kimi bir gün olaraq yaşamağı bacarmanın mümkün olduğuna inanmalı və həm indi ' ye çevirməlisiniz. Bütün düşüncə qəlibləriniz, çoxdan artıq məna verə bilmədiyiniz xeyli çox əşyaya çevrildi belə və çoxdan kredit kartlarınızı doldurdu.
Siz bunları düşünərkən hələ onları ödəyirsiniz. Gözləmələrinizin arasında gəzirsiniz, başmaqlarınızla. Bəlkə az əvvəl ayağınızı bir dənəsinə vurdunuz. Bəlkə sabah içlərindən birini geyib işə gedəcəksiniz. Həyatın məqsədini xatırlatmalısınız özünüzə. Yalnız sizə aid olan məqsədi. Bütün deyilənlərin, edilməsi lazımlılıqların arasında sizə ayrılmış və həmişə qalacaq olan yerə sahib olaraq özünüzə dönməlisiniz. İndi bu yazını oxuyarkən üzərinizdəki geyiminizə bir baxın. qışın hələ bizi kifayət qədər geydirə bilmədiyi çılpaq bədəninizə və daha dərininizə enin. Ürəyinizin geyimlərini soyunun. Və ona bütün çılpaqlığı ilə həyatınızın nə qədərinə sahibsiniz??. Və evinizə dönüb açın gözlərinizi , bu əşyalar sizinmi, yoxsa onlarmı sizin sahibiniz ? Hər əşyanın yanına gedib tək tək səslənin. Ürəyinizin sərvətini artırmağı bacara bilmişlərmi ? Məcazi mənası nə imiş əşyalarınızın, bir də onlara problemlərinizi deyin. Beləcə onların simvolu olduğu hər şeyin nə qədər parçası olduğunuzu görəcəksiniz.
Çölə atdığınız hər addımın, gizli bir ip ilə necə də hər birinə bağlı olduğunu anlayın artıq. Yaratdığınız və parçanız olmasını arzuladığınız hər şeyin necə də də özü olduğunuzu anlayın...! Aclıq ilə toxluq arasındakı fərqi ancaq ac ikən anlaya bilərsiniz. . Ancaq aclıq , aradan qaldırılmadıqca gedərək insanı hövsələdən çıxaran və gücdən salan bir düşmən halına gəlir. Evlərimizdəki xoşbəxtliyimiz, Feng Shui ' deyil sonra yaradacağımız dəyişmə , onu yaratmadan fərq edilməyəcək, aradan qaldırılması lazımlı bir dinclik və xoşbəxtlik aclığıdır. Evinizdəki narahatlığı əhəmiyyəsiz biləyin...evimizin paltarınızın xaricinizin zənginliyinə deyildə ,azcıqda olsa qaəlbinizin zənginliyinə fikir verin.Bəlkə onda burda yazılanların və hayatın həqiqi mənasını anlaya bilərsiniz.


Təcrümə Etdi :
N E L L I



 
 


Şərhlər:
Baxılıb: 849
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz