Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qulağı səhv deşməyin böyük fəsadı...
Qulağı səhv deşməyin böyük fəsadı...
Göndərən: Ayşən Əliyeva
Şərhlər:
Baxılıb: 8148
Səs ver:


Sırğa taxılması üzrə ilk yeri qulaq, sonra isə burun, qaş, göbək və dodaqaltı nahiyələr tutur. Lakin qulaq düzgün deşilmədikdə insana bir çox problemlər yaradır.
Qız uşaqlarına kiçik yaşlardan iynə ilə qulaq deşdirmə halları artıq təbii qəbul olunur. Yaranın yeri sağalana kimi sapdan "sırğa" gəzdirən uşaqlar zamanla qızıla keçir və bu da qulaqlarda heç bir problem yaratmır. Qədimdən qalan adətlərimizdən biri olan qulaq deşmə vasitəsi ilə ailədə böyüyən uşağın qız və ya oğlan olması ilk baxışdan bilinirdi. Amma indi qadınlarla bərabər, bəzi kişilər də qulaq deşdirməyə meyl edirlər. Hazırda gənclərin özlərinin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik, qulağın qığırdağından, ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar bunu adi hal kimi qəbul edir, amma əslində qulaq deşdirmək kar olmağa belə gətirib çıxara bilər.
Lor Cəlal Abdürrəhmanovun sözlərinə görə, qulaq çox həssas orqandır və qulağın deşilməsinə sadə prosedur kimi baxmaq qətiyyən düzgün deyil. Qulağın düzgün deşilməməsi insanda bir çox problemlərə yola aça bilər. Qulağını deşdirmək istəyən insanın allergiyaya həssas olub-olmaması, qanının laxtalanmama probleminin olması, immun sisteminin vəziyyəti və şəkər xəstəsidirsə, şəkərinə diqqət edilməlidir. Çünki bu tip insanlar qulaq deşilməsi zamanı narahatlıqla üzləşə bilərlər: 
"Qulağın yumşaq hissəsinin deşilməsində və bu prosedurun steril bir məkanda edilməsində heç bir problem yoxdur. Qulağın üst qisminin, yəni qığırdağın deşilməsi isə xüsusi diqqət tələb edir. Çünki insan sinirlərinin bir çoxu qulaqdan keçir. Bu sinirlərin zədələnməsi zamanı insan əsəbi ola bilir, ya da ən pis halda eşitməsi zəifləyir. Qulaq qığırdağında qırılma olarsa, qulaq sallanması ola bilər. Bu, əməliyyatla düzələn bir haldır. İki yerdən deşiləcəksə, bu, ən az 1 il arayla olmalıdır. Nəzərə alınmalıdır ki, qulaqdan açılan hər deşiksonrası taxılan sırğalar ağırlıq edərsə, qulaqda deformasiyalara gətirib çıxara bilər".
Həkimin dediyinə görə, qulaq deşilməsi ən yaxşı halda alt hissədən, yumşaq yerdən olmalıdır. Gözəllik xatirinə qulaqdan qurban vermək bunun acı nəticələrinə də hazır olmağa məcburiyyət yaradır.
Qulaq deşilməsindən sonra "nikel allergiya" adlı allergiyası olan insanlar qulaqlarına xüsusi diqqət yetirməlidirlər. Tam sağalmamış qulağa asılan bijuteriyalar qulaqda qaşınma, yanma, qızarma və yaralara gətirib çıxarır. Çünki həmin bijuteriyaların böyük bir qisminin tərkibində nikel mövcuddur. Sağalmayan yaralara isə mikrob düşmə ehtimalı böyükdür.
Qulaq deşilməsi ilə məşğul olan Sevda Əliyeva bu prosedurun çox da çətin və ağrılı olmadığını bildirir. Onun sözlərinə görə, qulaq qığırdağı qulaq altından fərqlidir, çünki qulaq qığırdağı həm möhkəm, həm də gec sağalandır: "Qulaq qığırdağının deşilməsindən sonra taxılan ilk sırğaların titandan, platindən olması daha məsləhətlidir. Qulaq qığırdağını deşmədən əvvəl onu spirtlə təmizləyirik və qılcıq damar olmayan yeri müəyyənləşdiririk. Bu damarlar mütləq müəyyənləşdirilməlidir. 
Gözlə görülməsə belə, işıq salınaraq yerləri təyin olunmalıdır. Damar zədələnmələrinin fəsadları ola bilər. Daha sonra isə deşiləcək nahiyəni keyidirik. Antibakterial kremə batırdığımız iynəylə qulaq qığırdağını deşirik. Qulaq qığırdağı "pistolet" adlanan alətlə deşilməməlidir. Bu alət bir anda qulağı cəld deşir və bu zaman qulaq qığırdağı parçalana bilər. Bu da ağır iltihablanma ilə nəticələnər. İnsanlar bundan qorxur, amma hazırlığı ilə birlikdə 10 dəqiqəlik işdir".
Qulağın qığırdaq olmayan yerləri də "pistolet"lə deşilir. Səhər və axşam gündə iki dəfə olmaqla spirtlə təmizlənən yaradan sırğa çıxarılmamalıdır. Yara tamam sağaldıqdan sonra isə müxtəlif sırğaların istifadəsi mümkündür. İlk dəfə deşilən nahiyəyə gümüş sırğa salınmamalıdır. Qulaq deşiləndən sonra qulağı gündə iki dəfə antibakterial sabunla yumaq lazımdır.
Steril olmayan yerlərdə qulaq deşdirmək Hepatit C virusuna yoluxmaya da səbəb ola bilər. Ona görə bu proses hər salonda edilməməlidir. Klinikalarda da qulaq deşmə xidmətləri mövcuddur və insan sağlamlığı üçün steril qaydalara mütləq əməl etməlidir. İkinci sırğa sevdasından keçməyən xanımlar üçünsə qulaq deşdirmək vacib deyil. Hazırda satışda maqnitli sırğalar mövcuddur ki, bu sırğalar vasitəsi ilə də qulaq deşilmədən sırğa salmaq mümkündür



Şərhlər:
Baxılıb: 8148
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz