Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir qadın və gözəllik
Müasir qadın və gözəllik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3970
Səs ver:

Amerika kosmetika şirkətinin təsisçisi Estee Lauder (1906-2004) vurğulayır ki, "gözəllik yanaşma tərzindən asıldır. Burada heç bir sirr yoxdur. Nə üçün bütün gəlinlər gözəl görünür? Çünki toy günü necə görünəcəklərini əvvəlcədən fikirləşirlər. Çirkin qadın yoxdur, yalnız özünə baxmayan və cazibədar olduğuna inanmayan qadın var!" nowadays

Müasir qadm çox məşğuldur. 0 təhsil alır, xarici dil öyrənir, karyera yaratmaq, bununla yanaşı, ailə qurmaq və ana olmaq kimi ənənəvi missiyalarını yerinə yetirmək istəyir. Bu iş bolluğu içərisində onun hər gün özünə vaxt ayıra bilməsi çətinləşir. Həqiqətən də asan iş deyil. Nəticədə də özünə vaxt ayırmağın mümkünsüz olduğunu düşünən qadmlar bu işdən vaz keçirlər. "Heç nəyə vaxtım çatmır" ifadəsi az qala müasir qadının devizinə çevrilib. Amma gününü düzgün planlaşdıran qadın görkəminə diqqət yetirmək istəsə, bunu bacaracaq.Mən tam əminliklə deyə bilərəm ki, qadınlar istədikləri zaman gözəl, cazibədar və eleqant görünə bilərlər.

Gözəl görünmək qadının ümdə arzusudur. Londonun Britaniya muzeyində qədim Misir fironları dövründən qalmış bir yazını oxuduqda qadının minilliklər və əsrlərlə bu arzu ilə yaşadığını bir daha şahidi oldum. Kətandarı nəfis geyimini geyin, zinət əşyalarını tax, udunu əlinə al, çal və həyatdan zövq al. Eramızdan iki min əvvəl ağ kətandan don geyinmiş bir qadını təsəvvürümdə canlandırmağa çalışdıqca bir cəhətə də diqqət verdim. Deməli, min illlər öncə də qadının gözəl görünməsi üçün bu istəyin olması əsas şərt kimi qəbul edilirdi. Gözəl görünmək məsələsində güzəştə getməyən qadınlar şəraitdən və məşğulluqdan asılı olmayaraq özlərinə vaxt ayırmağa nail olurlar. Həyatın axarı nə qədər iti olsa da, müasir dövrdə qadının özünə qulluq etməsi, gözəl görünməsi üçün müxtəlif vasitələr və yollar var.


Bollivudun super ulduzu, Kainat gözəli titulunu almış Ayişvara Rayi deyib ki, müasir qadının özünə qulluq etməsi üçün imkanlar 16-cı əsrin şahzadələrindən daha çoxdur. Razılaşmaq olar, amma əlavə edək ki, şahzadə indiki intensiv həyat şəraitində yaşamayıb, o özü deyil, başqaları ona xidmət ediblər. Çağdaş dünyamızda qadınların həmişəkindən daha güclü olduğu buradan aydın olur. Bu gün qadın şəxsi büdcəsini özü müəyyənləşdirir, həyatına aid qərarları özü qəbul edir. Gözəl və eleqant görünməyi prioritetə çevirmək qərarını da özü verməlidir. Əsas istəyin olmasıdır. Bunun üçün gün ərzində 24 saat, həftədə 7 gün, ayda 30 günün içində özünüzə vaxt ayırmağı öyrənməlisiniz. Fərdi cəhətlərinizi tapmalı, zövqünüzü də nəzərə almaqla şəxsi qarderobunuzu yaratmalısınız.


Müasir qadının gücü onun özəlliyindədir. Gözəl görünməyə yazdan başlamaq yerinə düşər. Torpaq, təbiət, bütün canlı varlıqlar kimi, insan da daxilən ayılır, yeniləşir. İnsanlar ilk baxışda üç şeyə fikir verir, duruş və yeriş, gözlər və saçlar. Siz də bunu əsas götürün. Qamətiniz şax tutub, kürəyinizi bir qədər arxaya, sinənizi isə bir qədər irəliyə verib başmızı dik saxlasanız, daha hündür və arıq görünməklə yanaşı, müasir və özünə arxayın bir qadm təsiri bağışlayacaqsınız. Güzgüdə özünüzə tənqidçi gözü ilə deyil, dost gözü ilə baxın. Gülümsəməyə çalışm, gülərüz qadınlar yalnız xoşbəxt deyil, həm də daha gənc görünürlər. Yeni saç üslubu seçmək lazımdırsa, bu işi yubatmayın.


Saçlarınızı lazım olduğu qədər yuyun, "hər gün saç yumazlar, quruyar, xarab olar" sözlərinə fikir verməyin. Saçın quruluşu və keyfiyyəti daxili səbəblərlə, pəhriz, kifayət qədər maye içməməklə, yaxud xroniki xəstəlik, stress kimi problemlərlə bağlıdır. Bu amillərə daha ciddi yanaşmaq lazımdır. Yazın əvvəli qarderobunuzu təzələmək üçün də əlverişli vaxtdır. Əvvəlcə bütün geyimlərinizi nəzərdən keçirin, geyinib-geyinməyəcəklərinizi ayırın. "Bir gün arıqlayıb, ya kökəlib bunu geyinəcəyəm" fikri ilə saxladığınız paltarları kiməsə verin. Onlar qarderobun təzələnməsinə mane olur.

Tam yenilik etmək istəyirsinizsə, büdcənizi müəyyənləşdirin. Keyfiyyətli ayaqqabı, əl çantası, palto və plaş kimi əşyaları baha qiymətə almaq olar, amma keçici, tez dəbdən düşən geyim əşyalarma çox pul sərf etməyin mənası yoxdur. Əsas qarderobda baza geyimlərinin olmasıdır. Misal üçün bir cüt qara şalvar, ağ köynək, cins şalvar, qara pencək. Bir-iki rəngli əşya da əlavə edin. Yaz, yay ayları qarderobda parlaq əşyalar yerinə düşür. Sonra aksessuarları düşünün. Müasir qadının qızıl və gümüş bəzəkləri ilə yanaşı, olduqca rəngarəng bijuteriyası da olmalıdır. Xüsusilə, qlobal iqtisadi tənəzzül dövrü, qızılın qiymətinin ən yüksək həddə çatdığı bir vaxtda bəzən hətta bijuteriya geyim ansamblının əsas elementinə çevrilir.


Yadmızda saxlayın ki, dəb zövqü inkişaf etdirmək üçündür, bu bir fantaziya aləmidir. Dəbin arxasınca qaçmaq hələ eleqant və gözəl geyinmək demək deyil. 60 ilə yaxm Parisdə kütürün tonunu müəyyənləşdirən əfsanəvi Koko Şanel deyib ki, dəb sadəcə, geyimdə deyil, eyni zamanda havada, küçədədir. Dəb bizim ideyalarımız, həyat tərzimiz və ətrafımızda baş verənlərlə bağlıdır. Buna görə də improvizə edin, çəkinməyin! Qarderobun əsasını yaradandan sonra fantaziyanızı işə salın. Sevdiyiniz paltarı geyinin, sevdiyiniz bəzəkləri taxın, zövq alın. Bu əşyalara siz öz xarakterinizi və özəlliyinizi verəcək və ətrafdakılara da unikal və orijinal görsənəksiniz. İndi isə dərindən nəfəs alın, pozitiv düşüncələrlə güzgüyə baxın. Güzgüdən xoşunuza gələn bir insan boylanır. EIə deyilmi? Sizə gözəllik və müvəffəqiyyət arzusu ilə!

Mənbə: OK jurnalı / Dilşad Əliyarlı

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 3970
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz