Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir qızlar
Müasir qızlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3292
Səs ver:

 

Qadının taleyi öz əlindədir. Xoşbəxtliyi onun özündən, ağlından, dünyagörüşündən, davranışından asılıdır. Ona görə də qadınların həyatda fəal mövqe tutması xüsusilə vacibdir. Müasir qız necə olmalıdır? fikrinə münasibətlər təbii ki müxtəlifdir:
-müasir qız təmkinli, səbirli, mədəni olmalı, daim özünü təkmilləşdirməlidir;
-özünü məktəbdə, iş yerində, küçədə, ictimai yerlərdə, habelə ailədə ədəbli, mərifətli aparmalıdır;
-geyiminə-keçiminə, davranışına fikir verməli, moda əsiri olmamalıdır;
-yoldaşları, ailə üzvləri, qohumları, tanış-bilişləri ilə münasibətdə səmimi, mehriban olmalı, onlarla xoş rəftar etməli, böyüklərin hörmətini saxlamalıdır;
-ünsiyyət mədəniyyətinə yiyələnməli, açıq-saçıq davranmamalı, ismətli, həyalı, həyatda gözüaçıq, təhsilli olmalıdır;
-geniş dünyagörüşə yiyələnməli, respublikamızın, ölkəmizin, eləcə də müasir dünyanın hadisələri ilə maraqlanmalı, öz münasibətini bildirməyi bacarmalı, ideya əqidəliliyinə malik olmalıdır.Bir sözlə qadın hər şeyi bacarmalıdır.

Müasirliyi ən son dəbdə geyinmək, sir-sifətini hər dəfə bir cür və yeni geyiminə uyğun bəzəmək, özünü oğlan kimi aparmaq, hətta içkiyə, papirosa meyl göstərmək, evdə ata-anasının üstünə çımxırmaq, rəfiqələri və oğlan yoldaşları ilə yeri gələndə kobud rəftar etmək kimi başa düşən qızlar da vardır. Belələri ailə həyatına da barmaqarası baxırlar.
Müasir qız on beş-iyirmi il bundan qabaqkı qızlardan öz inkişaf səviyyəsinə, müstəqilliyinə, azad fikirliliyinə, ictimai fəallığına, təşəbbüskarlığına görə fərqlənir. O, cəmiyyətin ictimai həyatında, yenidənqurma prosesində daha yaxından iştirak etməli, aşkarlığın bərqərar olduğu hazırkı vaxtda öz sözünü deməkdən, fikrini bildirməkdən çəkinməməlidir.
İndi isə qadınlıq anlayışı haqqında. Qadını zinətləndirən onun məhz qadınlığıdır, yəni qadınlıq keyfiyyətlərinə malik olmasıdır. Lakin bu anlayışı bəzən, ilk növbədə elə qadınların özləri düzgün başa düşmürlər. Bir çoxları üçün həmin məfhum son dərəcə zahiri əlamətlərlə səciyyələnir: yaxşı geyinirsə, cazibədar sifətə, mütənasib qamətə malikdirsə, demək qəlbləri fəth edəcək. Müxtəlif növ qadınlar var,unutmayın.


Mənbə: universitet mühazirələri əsasında

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 3292
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz