Bakıda hava
USD 1.0494 AZN
EUR 1.1498 AZN
RUB 0.0199 AZN
TRY 0.3952 AZN
Söhbət otağı
Ərə getmək problemi
Ərə getmək problemi
Göndərən: Anar Mammadov
Şərhlər:
Baxılıb: 3784
Səs ver: 0

ərə getmək istəyirəm

Ərə getmək problemi

 Giriş əvəzi: ABŞ sakinləri arasında aparılan sorğu göstərib ki, 18 yaşında ərə getmiş qızın sonrakı 10 il ərzində ailəsinin dağılma ehtimalı 49% çoxdur. Ailə quran zaman qızın 19 yaşı tamam olubsa, bu risk 40%-dir. Alimlər əmindir ki, qız nə qədər gec ailə qurarsa, nikahın möhkəm olması ehtimalı da o qədər yüksəkdir.

Deməli ərə getmək üçün ən ideal yaş 25 müəyyən edilib. Bu zaman sonrakı 10 ildə nikahın dağılma ehtimalı 29%-dir. 35-39 yaşlarında ərə getmiş qadının ailəsinin dağılma riski isə cəmi 5% təşkil edir.
Bəs Azərbaycanda vəziyyət necədir?
Əslində dünyanın heç bir ölkəsində evlənmək yaşa baxmır. Düzdür, qızların ərə getmələri üçün dövlətlərin öz qanunları var. Ancaq sevgi «beyinə vuranda» heç kəs o qanunlara fikir vermir. Azərbaycanda bu məsələyə iki cür yanaşma var. Bunlar əhalinin kənd və şəhərlərdə yaşamaları ilə bağlıdır. Kənd yerlərində 8-ci sinfi bitirən qızların əksəriyyəti erkən ərə getmək haqqında düşünür, şəhərdə isə bu «işə» valideyn müdaxiləsi daha çox öz təsirini göstərir və burda da qızlar ərə getmək üçün iki qrupa bölünür. Birinci qrupa ali məktəblərə qəbul olmaq ehtimalı aşağı olanlar daxildir. Və o «qrupun» qızlarının da evlənməkdən başqa bir düşüncələri olmur və bu baxımdan gözləri elə hey qohum-qonşunun oğlanlarında olur, ya da internet şəbəkələrində özlərinə sevgili axtarırlar. İkinci qrup isə tələbə qızlardan ibarətdir. Bəzən bu «qrupun» qızları birincidən daha tez ailə həyatı qurur, çünki onlar birincilərdən fərqli olaraq qaynar həyata qədəm qoyur, auditoriyalarda, metro və avtobuslarda yüzlərcə oğlanla rastlaşır və təbii ki, günlərin birində onlarla göz-gözə gəlib sevişirlər.
Ancaq elə qızlar da var ki, onlar ümumiyyətlə ailə qurmaq haqqında düşünmürlər, bu tendensiya çox zaman Rusiya və Avropadan süzülüb bizə gəlib. Misal üçün, Rusiyada dəfələrlə qızların dilindən «gedib kiminsə corabını yumaq fikrim yoxdur» sözlərini eşitmişəm. Ancaq onlar yəqin unudublar ki, adi corabları belə indi paltaryuyan maşın yuyur, ev xanımının işi onu ordan götürüb sərməkdir. Təbii ki, bu, başqa bir mövzunun söhbətidir. İndi isə qayıdaq Azərbaycan mühitinə.
Birincisi, qızlarımızın tez ərə getmələrinin həm mənfi, həm də müsbət xüsusiyyətləri var. Əvvəl mənfidən başlayaq. Elə yazının girişində də ABŞ-ı misal çəkərək dedik ki, erkən ailə quran qızlar tez boşanırlar. Niyə? Niyəsi odur ki, onlar hər adi sözdən əndişələnərək əriylə dalaşır və şələ-şüləsini götürüb ata evinə gedir. Ya da elələri var ki, ərini öz halalca evindən bayıra atır. Ər də ya uşaq xatirinə, ya da qüruruna sığışdırmayıb bununla razılaşır.
Haşiyə: Qapı-qapı elçi düşüb qızına ər axtaran analar da var.
Bir çox ailələrdə: Qızları 16 yaşa çatan kimi deyirlər ki, ərə getsin. Elə bil bu, mütləq qanundur. Belə hala ən çox rayon yerlərində rast gəlinir. Artıq o gündən sonra uşağin təhsilinə, arzularına heç əhəmiyyət verilmir.
Qadınların kişilərdən tez qocalmasını nəzərə alsaq, kəndlərdə yaşayan valideynlərin düşüncələrini dolayısı yolla, alqışlamaq olar. Yəni qızların tez ərə getmələri onların erkən nənə olmaları üçün zəmin yaradır. Ancaq istərdik ki, evlənmə prosesi qarşılıqlı anlaşma yolu, ya da sevginin təsiri ilə baş versin.
Yenə də statistika
ABŞ alimlərinin apardığı tədqiqat göstərib ki, yalnız ailə, ev işlərilə məşğul olan qadınlar dövlət və ya özəl sektorda çalışan xanımlarla müqayisədə daha az xəstələnir, onlar daha cavan qalır və çox yaşayır. Deməli, zərif cinsin nümayəndələri uzun illər təravətini, gümrahlığını, ruh yüksəkliyini və normal psixi durumunu qoruyub saxlamaq üçün onlar ya kollektivlə çalışmamalı, ya da ümumiyyətlə, işdən, karyeradan imtina etməlidir. Deməli, gənc qalmaq üçün azərbaycanlı evdar qadını olmaq daha yaxşı imiş.
Harda yaşayan qadınlar erkən ailə qururlar?
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən aparılan sorğuya görə qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olurlar. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyəti çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.
Erkən nikaha daxilolma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə baş verir.
Kənd yerlərində isə səbəblər tam bambaşqadır. Orda əsasən qızların tez ərə getmək arzusu önə çəkilir. Bunu isə psixoloqlar fizioloji amillə əlaqələndirirlər, yəni kənd qızları qapalı mühitdə yaşadıqlarından cinsi əlaqəyə girmək üçün yeganə yolu ərə getməkdə görürlər. Şəhərdə isə ətraf mühit, yaxınlıq etdyin insanlar, internet saytları və başqa amillər qızların «gözünü» tez açır və hətta onların bir çoxu ərə gedənədək öz bakirəliyini itirməkdən belə qorxmurlar. Qızların tez ərə getməyinin ən pis cəhəti bir çox cütlüyün rəsmi nigaha girməməsidir. Səbəbi isə N qədərdir və onların ayrı-ayrılıqda xırdalanması bir yazıya belə sığammaz.
Deməli, nə etməli? Əsas düzgün vaxtda ərə getmək və düzgün seçim etməkdir. Bu isə hər qıza nəsib olmur. Hətta, hər oğlana da. El arasında isə deyirlər ki, qız yükü, duz yükü. Deməli, qızların ailə həyatının əsas yükü yenə də valideynlərin üzərinə düşür. Yəni valideyn, qız övladının kiminlə və nə vaxt evlənməsi üçün min ölçüb bir biçməlidir ki, el içində biabır olmasın.
Maraqlı fakt
Azərbaycanda qızların ərə getmələri, tanış olmaları, ümumiyyətlə qadın dünyası ilə bağlı o qədər yeni saytlar və forumlar var ki, onların hər birində yazımız üçün çoxlu ipucu tapdıq.
Misal üçün:
1. Ərə getmirsən, deyirlər, niyə getmirsən, nişan taxırsan, deyirlər, toy nə vaxtdır? Toy edirsən, deyirlər, niyə uşaq istəmirsən? Bizimkilər elə söz eləməyə bir şey axtarır. Ən yaxşısı, heç kimə fikir verməməkdir.
2. Evliliyə yubanan qızların psixologiyasını cəmiyyətimiz pozur. Bu qızlara «evdə qalmış» adı qoyulur, onlar da hər addımbaşı neqativ davranışlarla üz-üzə qalır. Bu qızlar çox vaxt da məcburən sevmədikləri birinə ərə gedir. Rayon yerlərimizdə 9-cu sinifdən ərə verilən qızların sayı artmaqdadır. Təsəvvür edin, bu qızların yaşı heç nigah bağlamağa belə düşmür. Bu, kişilərin də psixologiyasına təsir edir. Evlənmək istəyən oğlana 24-25 yaşında qız göstərəndə deyir, yaxşı qızdır, niyə alan olmayıb? Ayıbdır. 24-25 yaş elə qızın ərə gedəcək ideal dövrüdür.
3. Əslində ağıl yaşda yox ,başdadır. Mən tez ailə qurmağın tərəfdarı deyiləm. Amma indiki qızların etdiyi hərəkətlərdənsə, ər evində olmaq yaxşıdır.
4. Bəzən 16 yaşında qız uşağı ərə gedir, camaat özünü öldürür ki, o, hələ uşaqdır axı, necə ailəyə baxacaq? Amma düşünən yoxdur ki, 16 yaşında dediyimiz o uşaq ailəyə baxmaq, yemək bişirib, ev saxlamağa gələndə uşaq olur, amma ərə getməyin nə olduğunu dərk edəndə uşaq olmur. Maraqlı və məntiqsiz paradoksdur.
5. Şəhərdə gec ərə getmək elə də gözə çarpmır, ancaq rayonlarda18 yaşında olan qızlara «evdə qalmış» damğası vururlar.
6. Qızların erkən ailə qurmasına normal baxıram, çünki hələ gözü açılmır, xəyallarla yaşayır, göz açılıb həyatdakı çətinlikləri dərk etdikcə düşünür ki, elə evdə qalsam, yaxşıdır.
7. Şimali Koreyada qadınlara 25, kişilərə 27 yaşdan tez evlənmək qadağandır.
8. Məncə, qadın əvvəl karyera qurmalı, sonra evlilik barədə düşünməlidir.
9. Karyera quran xanıma ərə getmək yox, ər almaq yaraşır.
Niyə evlənməyən qızlarımızın sayı çoxalıb? Bunun bir səbəbi də oğlanlarımızın ya oxumaq, ya da işləmək üçün xaricə gedib qayıtdıqdan sonra başqa millətin qızları ilə evlənmələridir.
Qızlarımızın tez ərə getmələri üçün yaranan zəruri amillərdən biri də maddi imkansızlıqdır. Yəni valideynlərin özləri uşaqlarına düzgün tərbiyə vermirlər, bu, həm də onların dünyagörüşlərinin az olmasıyla bağlıdır.
Son sözümüz isə evdə qalan qızlarımız üçündür. Bundan ötrü isə qonaq gedəndə özünüzü evdar qadın kimi aparın, yəni mətbəxi sevdiyinizi bildirin, evli xanımlardan məsləhətlər alın, toy şənliklərində oğlu olan anaların «gözlərinə girin», əl-qol atıb rəqs edin, kişilərlə söhbət edəndə özünüzü utancaq kimi aparın.
Məncə, yoxlamağa dəyər...
Ancaq unutmayın: Həyatda hər kişini üç qadın çox istəyir. Birincisi, onun doğma anası, ikincisi, sevgilisi, üçüncüsü də işdən evə gələndə qaçaraq qapıya gələn qız övladı.
Müəllif:  Babək Göyüş
Mənbə: HƏFTƏ İÇİ qəzeti
Redakte etdi: PRETTY GİRL


Şərhlər:
Baxılıb: 3784
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Yazarlar
Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Saytımızın film, serial (dizi) bölməsinin olmasını istərdinizmi?

1. Bəli
2. Xeyr
3. Baxdığım başqa sayt var

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz : sm
    Çəkiniz : kq
    Yaşınız :
    Cinsiniz :
    İdeal Çəkiniz : kq
    Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz