loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın məyusluğu
Qadın məyusluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1978
Səs ver:

Ən çətin gündə, ən çətin məqamda ayaqlar üstündə dik dayanmağı bacaran ən güclü qadının belə pərdə arxasında göz yaşlarına hakim ola bilməməsinə çoxlarımız şahid olmuşuq. Gözümüzün önündə qəhrəman kimi ucalan o qadının göz yaşlarını gördükdən sonra anladıq ki, qadın ən incə duyğulara sahib olan və hisslərlə yaşayan biridir. Nə qədər möhkəm iradəsini cəmiyyətdə nümayiş etdirsə belə lakin təklikdə özü ilə hesablaşarkən hisslərə qapılır. Lakin bütün hallarda əks cinsin qarşısında qürurlu, yenilməz kimi durar. Qadınları ən məyus edən hal isə onlara gözləmədikləri və sevdikləri insanlar tərəfindən vurulan zərbələrdir. Zərbə ilə yanaşı insanların günahlarının bağışlanması əvəzinə üzrxahlıq etməkdənsə, qadınları yalançı olaraq qələmə vermələri məyusluğa daha çox səbəb olur.

Qadının məyus olduğu anlardan biri onların hər zaman yanlarında görmək istədikləri insanları həyatlarından çıxartdıqları və ya sildikləri gündür. Qadınlar itirdiklərini yalnız yenisinin tapıntısından sonra adi bir hal kimi qəbul edə bilərlər və tez zamanda düşdükləri çətin vəziyyətdən bunun köməkliyi ilə xilas ola bilirlər. Əlbəttə hisslərini qapılıb həyatlarını xatirələrə həsr edən qadınlar istisna olmaqla.

Qadın məyusluğuna səbəb olan isə əksər hallarda əks cinsin nümayəndələri olur. Onların məsuliyyətsiz, anlaşılmaz davranışları və qeyri müəyyən hissləri qadınların həyatlarında uzun müddətli durğunluq yaradar və qadının ən böyük məyus vəziyyətdə olmasına, real həyatdan ayrılıb xəyallara yaşamasına, özünün unudub qarşısında olan insanın həyatını yaşamasına şərait yaradar.

Qadının ən böyük məyusluğu isə həyatda istəklərinə nail olmadığı, mübarizə apararkən uduzmağı gözə almadığı, zamana və dünyaya küsdüyü anlarda olur.

Əziz qadınlar sizi məyus görmək heç istəməzdik, kimə və nəyə küsməyinizdən asılı olmayaraq həmişə həyatla uyğunlaşmağa və zamanın axarı ilə yaşamağı bacarın.


Şərhlər:
Baxılıb: 1978
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz