Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana Olmaq Hissi...
Ana Olmaq Hissi...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1784
Səs ver:

Ana olmaq... Qadına inanılmaz duyğular yaşadır. 

 

"Bu duyğuya bərabər bir duyğu yoxdur." deyən analarla dəfələrlə qarşılaşmışıq. Həyatın çətinlikləri və məsuliyyətləri içərisində körpələrini dünyaya gətirən, saatlarla yuxusuz qalaraq səbrlə onları böyüdən, bəsləyən, ilk addımlarını atdığında dünyalara sahib olduğunu düşünən, kiçik körpəsinin şirin yuxuya daldığını gördüyündə fərəhlənən, məktəbdə təhsil alarkən həyatda tək başına dayana bildiyini hiss etdiyində sevinc gözyaşlarını saxlaya bilməyən, körpəsinin müvəffəqiyyətləri ilə qürur duyan, səhvi belə olsa onu dərhal bağışlaya bilən və evləndiyində - uşaq sahibi olduğunda böyüdüyünə heç cür inana bilməyən analar… Bu böyük fədakarlıqları bir uşaq üçün başqa kim edə bilər. Kim qarşılıqsız böyük bir sevgi göstərə bilər. 
Ailə bir sistemdir . Bu sistemin sağlam olaraq işləməsi parçalarının möhkəm olması ilə əlaqədardır. Ana - ata və uşaqlar bu sistemin əsl parçalarıdır. Ana , ata ya da uşaqlardan birinin fiziki və ya mənəvi zərər görməsi halında digər ailə üzvləri ona köməklik göstərməli, dayaq durmalı və əldə olunan problemlərə sinə gərməsi üçün dəstək olmalıdırlar. 
Ailəsi və uşaqları üçün bu gözəl duyğuları hiss edən analar bəzən yorğunluq hissi keçirə bilər. Ətrafındakı insanlara və hadisələrə qarşı əsəbi reaksiya verə bilər. Bu vəziyyətdə anaya dəstək olmaq üçün ilk vəzifə yoldaşına və uşaqlara düşür. 
Ananızın və ya həyat yoldaşınızın mənfi duyğularını paylaşın. Onu sevdiyinizi və onun duyğularının sizin üçün əhəmiyyətli olduğunu söyləyin. Onu anladığınızı ifadə edən sözlər söyləyin, xoş mimikalar və gözəl davranışlar nümayiş etdirin. İstəkləri qarşısında edə biləcəklərinizi söyləyin, edə bilməyəcəklərinizin səbələrini aydınlaşdırın. Onu az da olsa gülümsətmək üçün keçmişdə birlikdə yaşadığınız gözəl bir anınızı xatırladın. Sonra ona möhkəm sarılın və... ona sizə körpəliyinizdə etdiyi hər şey üçün " TƏŞƏKKÜR EDİN".. 
Bir ananı ən qəmgin anında belə xoşbəxt edəcək ən gözəl şey bu mənalı cümlələrdir… 

Redeaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 1784
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz