Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədəninizlə barışmağa hazırsınızmı?
Bədəninizlə barışmağa hazırsınızmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1466
Səs ver:

 Heç fərq etdinizmi? Bədənimizlə əlaqədar ən pis tənqidlər həmişə daha çox haradan gəlir? Təbii ki özünüzdən. Halbuki bədəniniz sandığınız qədər sevilməyəcək və xor görüləcək bir parçanız deyil! Özünüzü dünyanın 'ən intimual olmayan' qadını olaraq hiss etdiyiniz bir dahaki səfər, bu aşağıdakı 5 təklifi xatırlayaraq mənfi düşüncələrdən sıyrılın.

Özünüzə kompliment deyin

Özünüzü tərifləməyi öyrənin. Qəbul edin, bəzən o qədər çox takıntılı oluruq ki tanrının bizə verdiyi bu gözəl bədənimizin həmişə daha yaxşı olmasını istədiyimiz tərəflərini beynimizə salırıq. Diqqət yetirdiniz mi heç; bədəniylə barışıq olan, ona güvənən qadınlar həmişə bədənlərində sevdiyi və iddialı ola biləcəyi qismləri ön plana çıxarır, hər qismi deyil. Özünüzə bir az zaman ayırın və ən sevdiyiniz və başqaları tərəfindən də hərdənbir iltifat aldığınız, digər qadınlardan daha şanslı olduğunuzu hiss etdiyiniz qismləri təyin edin. Aynanın qarşısına keçin və öyün özünüzü, bədəninizin bu hissələrinin necə gözəl göründüklərini düşünün, buna fokuslanın.
http://qadinlar.biz/uploads/posts/2012-07/1342301082_0.png
Müqayisə etməyi buraxın

Bir çoxumuz bədənimizi bəzilərinin bədəniylə müqayisə etməyə o qədər çox adaptasiya oluruq ki özümüzü unuduruq sanki. Özünü az qala Angelina Jolie ilə müqayisə edən o qədər çox qadın var ki. Bir dəfə başladınızmı özünüzü başqasıyla müqayisə etməyə; sizdən daha incə, gənc, gözəl və intimual olan o qədər çox qadın taparsınız ki, əslində çoxu sizin qədər cazibədar deyilkən belə, sonunda haqsız yerə və boş yerə kədərlənərsiniz

Hər kəs tərəfindən (bərbəriniz, dərziniz, yoldaşlarınız, ananız, bacınız, əriniz...) ortaq olaraq təyin olunmuş bir 'gözəl qadın' profili vardır, buraxın "o" olmağa çalışmayın. Özünüzün ən gözəl xüsusiyyətlərini təyin etmişdiniz. İndi onları da ön planda tutaraq 'özünüzün ən gözəl halını' tapmağa çalışın. Özünüz olmaq görəcəksiniz ki tam fərqli və son dərəcə gözəl bir qadın edəcək sizi!
http://photo.bizimbaku2.ws/upload_image/ef3aa095c1476c8fe5833d71ac8799c8.jpg
Özünüzə hədiyyə edin!

Özünüzə hər həftə yeni bir şeylər hədiyyə edin. Dırnaqlarınızı düzəltdirməkdən saçınızın rəngini dəyişdirməyə, masaja getməyə qədər. Bədəninizlə əlaqədar müəyyən aralıqlarla yuxarıdan aşağıya etdiyiniz baxım və dəyişikliklər bədəninizi də daha çox sevmənizə səbəb olacaq,özünüzü çox daha yaxşı hiss edəcəksiniz.
http://imgs.su/tmp/2012-07-14/1342246909-667.jpg
'Mükəmməliyətçilik' xoşbəxtlik demək deyil!

Unutmayın, paltar bədənləri insanın özünə duyduğu güvənin və fiziki gözəlliyin zəmanəti deyildir. Bir çox qadın sırf həddindən artıq mükəmməliyətçi olduğundan çox ədəddə sayda əməliyyat keçirir, bütün həyatı boyunca da möhkəm bir diyet tətbiq edir. Bəli, bədənimizi şəklə soxmaq üçün də bəzi səylər vermək məcburiyyətindəyik, bu doğrudur. Lakin özünə və bədəninə güvənməyən bir qadın üçün bu verilən səylərin heç bir faydası da yoxdur, bunu da unutmamalıyıq. Önünüzə həqiqi olmayan hədəflər qoymaqdan imtina edin və özünüzlə barışın. Özünüzlə barışdıqdan sonra görəcəksiniz ki, kilo vermək ya da gözəlləşmək adına bəzi bədənsəl dəyişiklikləri çox daha rahat reallaşdıra biləcəksiniz.
http://qadinlar.biz/uploads/posts/2012-09/1347117573_f0df6f4cd2e4.jpg
Həyatı dibinə qədər yaşayın!

Bədəninə güvənən qadınlar da bəzən müxtəlif etibarsızlıqlar yaşaya bilər amma heç bir zaman həyatın gözəl tərəflərini görməkdən, yaşamaqdan imtina etməzlər. Mənfi bir moda düşdüyünüz vəziyyətlərdə gerçəklərlə üzləşin amma müsbət mənada. məsələn; özünüzə "Sevgilim mənim kök olduğumumu düşünür?" deyə soruşmaq yerinə "belə səthi kişilərdən xoşlanırammı görəsən?" deyə soruşa bilərsiniz.



Şərhlər:
Baxılıb: 1466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz