Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu tip kişilərdən qaçın [QADINLAR ÜÇÜN]
Bu tip kişilərdən qaçın [QADINLAR ÜÇÜN]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1968
Səs ver:
Bu tip kişilərrdənn qaçın [QADINLAR ÜÇÜN]

Hər qadının "ağ atlı şahzadə” xəyalı mütləq olur; romantik, cəsarətli, yaraşıqlı, zəngin, ağıllı, qadınına dəlicəsinə vurğun kişi obrazı daim onlara mayak olur. Həyat isə başqa şey diktə edir: yaraşıqlı olanın ağlı olmur, cəsarətli olan romantik olmur, zəngin olan çirkin olur... Qadınlara da qarşılarına çıxan kişilərin bəzi xasiyyətlərinə göz yumub onları qəbul etməkdən başqa yol qalmır...
Ancaq bəzi kişilər var ki, nəinki onlarla evlənmək, sevgili olmaq xəyallarını unutmalı, hətta görən kimi işıq sürəti ilə uzaqlaşmalısınız.
O tipləri tanıyın:
"Nə vaxtdır, sevgilim yoxdur”
Ən təhlükəli tiplərdəndir! Niyə sevgilisi olmasın axı? Problemi nədir? "Qızlara inamım yoxdur” cavabını alsanız, heç təəccüblənməyin. Bu, onların həmişəki adətidir. Çox yaxşı da bilirlər hər şeyi. Sadəcə, xasiyyətləri o qədər pisdir ki, güc-bəla ilə tapdıqları qızlar da ondan qaçırlar.
"Anam nə desə odur!”
Ailənin qadın üçün nə qədər vacib bir şey olduğunu deməyə yəqin ehtiyac yoxdur. Qadın evlənəcəyi kişinin də ailəyə dəyər verib-verməyəcəyini onun valideynlərinə münasibətindən anlayır. Kişinin valideynlərini sevməsi çox yaxşı haldır, amma vay o gündən ki, kişi onların dediyi ilə oturub-dursun. Məgər azdır, anasının, atasının sözündən çıxmayan 30 yaşlı kişilər? Belə tip gördünüzsə, ağına-bozuna baxmadan qaçın.
"O qız mənim ən yaxın dostumdur”
Qısqanclıqdan dəli olacağın yüz faizlikdir. Düşün ki, sevgilin bir qızla sənlə olduğundan daha rahat, daha səmimi söhbətləşir, görüşür, dərdləşir. Hələ bu azmış kimi, sənlə etdiyi hər davanı gedib ona danışır. Aralarını nə qədər vurmaq istəsən də, yenə barışıb səni pis çıxaracaqlar. Üstəlik "bəlkə gizli sevirlər bir-birlərin” sualı heç vaxt ağlından çıxmayacaq. Ən yaxşısı, əvvəldən ayrılıb uzaqlaşmaqdır.
"İçkisiz nə həyat?”
Əslində, içkili kişilərin bir neçə tipi var: çox içməyi ilə fəxr edənlər, ikinci qədəhdə sərxoş olanlar, içəndə susmaq bilməyənlər, içib ağlayanlar... "Hansı daha yaxşıdır?” sualını versəniz, cavabı "heç biri”dir. Çünki ağzından araq, spirt, sarımsaqlı badımcan turşusu, turşu xiyar qoxusu gələn istənilən kişi dözülməzdir! İçib ağıllarına gələni danışmaları isə lap bərbaddır. Siz ən yaxşısı, belə kişiləri görəndə qaçmayın, yaxınlaşın əlindəki arağı başına çırpın, qoyun ağlı başına gəlsin.


Şərhlər:
Baxılıb: 1968
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz