Bakıda hava
USD 0.7843 AZN
EUR 1.0609 AZN
RUB 0.0223 AZN
TRY 0.3665 AZN
Söhbət otağı
“Atam qulağım eşidə-eşidə arvadıma deyirdi ki...”
“Atam qulağım eşidə-eşidə arvadıma deyirdi ki...”
Müəllif: Ramil Qasımlı
Şərhlər: 63
Baxılıb: 25035
Səs ver:
(səs: 11)
Şəki şəhər sakini Anar Qasımov doğma atası Məzahir Qasımovu boğmaqla onun həyatına son qoyub. Hadisəyə səbəb mərhumun gəlini ilə yaxınlıq etmək istəməsi olub.
Məhkəməyə verdiyi ifadəsində Anar Qasımov göstərib ki, atası uzun illər spirtli içki qəbul edib və sərxoş həyat tərzi sürüb. Bundan başqa, atası onun birinci arvadı Səbinə Musayeva (ad şərti verilib) ilə cinsi əlaqədə olmaq istəyib və bu məqsədlə gəlinini öz yatağına aparıb.
Bu vaxt Məzahirin arvadı onları bir yerdə tutub. Baş verən biabırçılıq nəticəsində daha həmin ailə ilə birlikdə yaşaya bilməyəcəyini düşünən Səbinə ər evini birdəfəlik tərk edib, Anar Qasımov isə başqa bir qızla ailə həyatı qurub.
Təqsirləndirilən şəxsin ifadəsindən: "Atam müntəzəm olaraq spirtli içkilər qəbul edirdi. Sərxoş olduğu vaxtlarda heç bir əsas olmadan məni tez-tez söyüb-döyür, ailədə narahatçılıq yaradırdı. Nə vaxtsa səhvini başa düşəcəyini güman edib, onun bu hərəkətlərindən heç kimə şikayət etmirdim.
2007-ci ilin aprel ayının 12-də Şəki şəhər sakini Səbinə Musayeva adlı qızla evləndim. Valideynlərimlə, o cümlədən atamla bir evdə yaşamağa başladıq.
"Atam arvadıma sataşmaq istəmişdi”
Evlənəndən təxminən 10-15 gün sonra atam Məzahir heç bir səbəb olmadan məni və arvadımı bir neçə dəfə nalayiq söyüşlərlə söyüb təhqir etmişdi. Səbəbini atamdan soruşanda, "yaxşı edirəm, evin kişisi mənəm, özüm bilərəm”, - deyirdi.
2007-ci ilin iyul ayında Səbinə atama çay verərkən atam gəlinin yaxasından tutub onu özünə tərəf çəkmişdi və sataşmaq istəmişdi. Anam Pərvanə onun bu hərəkətini görüb atama acıqlanmışdı və bu səbəbdən evdə dava-dalaş düşmüşdü.
Mən işdən qayıdandan sonra bu barədə anamdan və arvadımdan eşitdim. Bununla bağlı atamdan soruşanda o, cavabında içkili olduğunu, nə etdiyini xatırlamadığını dedi.
"Arvadım atamın hərəkətlərinə dözməyib məndən ayrıldı”
Atamın Səbinəyə qarşı münasibətinə görə o, qohumlarıgilin evinə getdi, bir müddət sonra geri qayıtdı. Çox keçmədi ki, əvvəlki vəziyyət yenə də təkrarlandı. Atam içkili vəziyyətdə gəlini yenə söyüb, təhqir edirdi.
Bu hadisədən təxminən 30-40 gün keçdikdən sonra həyat yoldaşım atama çay verərkən atamın sərxoş vəziyyətdə onun əlindən tutub özünə tərəf, oturduğu çarpayıya çəkməsini təsadüfən öz gözlərimlə gördüm və Səbinəni onun əlindən aldım. Həmin gün atam məni və evdəkilərin hamısını nalayiq söyüşlərlə söyüb evdən çıxdı.
Axşam sərxoş vəziyyətdə evə gələndə yenə də bizi təhqir etməyə başladı. Baş verənlərə dözməyib Şəki Rayon Polis Şöbəsinə şikayət etdik. Şəki məhkəməsinin qərarına əsasən atamı 3 gün həbs etdilər. O, evə qayıtdıqdan sonra ayrı-ayrı vaxtlarda, yenə də hamımızın, o cümlədən də arvadımın ünvanına nalayiq söyüşlər söyürdü.
Arvadım atamın hərəkətlərinə dözməyib məndən ayrıldı. Uşağımız olmadığına görə hətta atam ona: "Öğlumun uşağı olmur, gəl mənimlə yaxınlıq et, uşağın olsun”, - demişdi. Atamın bu hərəkətləri ailəmin dağılmasına səbəb oldu.
"Toy gününün səhərisi atam bizi evdən qovdu”
İkinci dəfə avqust 3-də Lalə (ad şərti verilib) adlı qızla ailə qurdum. Toyun səhəri günü, yəni avqustun 4-də atam sərxoş vəziyyətdə toydan əldə olunan qazancı tələb etdi. Atama dedim ki, ziyana düşmüşük. Bu sözlərdən sonra o, yaşadığımız evin həyətində qohum-əqrəbanın yanında məni söyərək, arvadımı da götürüb evdən çıxmağımı istədi.
Avqust ayının 8-də həyat yoldaşımla birlikdə evdən çıxmaq məcburiyyətində qaldıq və kirayə ev tutub oraya yığışdıq. Bir gün sonra atam kirayə tutduğum evə gəldi, bir daha söyüş söyməyəcəyinə vəd verib bizi evə qaytardı. Lakin iki gündən sonra yenə də əvvəlki vəziyyət təkrarlanmağa başladı, əksinə, bu dəfə daha da dözülməz oldu.
"Xeyri yoxdur, istədiyimi edəcəm...”
Avqustun 23-də saat təqribən 20:00 radələrində axşam yeməyini yedikdən sonra atam yatmaq üçün evə qalxıb çarpayısına uzandı. Bacım evdən aralıda yerləşən mağazadan dəftər-qələm və başqa şeylər almaq üçün getmişdi.
Yeməkdən sonra anam bazarlıq etmək üçün məndən 5 manat pul aldı və Laləni də özü ilə götürüb mağazaya getdi. Anamgili qapıdan yola salıb evə qayıdanda gördüm ki, atam pilləkəndə oturub. O, anamın harada olduğunu soruşduqda, Lalə ilə birlikdə mağazaya getdiklərini bildirdim.
Atam: "Birinci arvadınla cinsi əlaqədə olmağa imkan vermədiniz, onu qaçırdınız evdən. İndi heç olmasa bu arvadı mənimlə bölüş, xeyri yoxdur, onsuz da arvadını sənin gözünün qarşısında zorlayacağam”, - dedi.
Onun bu sözlərindən bərk əsəbiləşdim. Atam əsəbiləşdiyimi görüb, evə gedib öz çarpayısında oturdu.
Toydan cəmisi 20 gün sonra
Atamın arxasınca evə keçdim və oturduğu çarpayıya yaxınlaşdım, qarşısında diz çöküb hərəkətlərinə son qoymasını xahiş etdim. Lakin atam mənə məhəl qoymayaraq bir az əvvəl dediyi sözləri yenidən təkrarladı.
Atamın biabırçı hərəkətləri son həddə çatmışdı. Əsəblərimi cilovlaya bilmədim, həm arvadımın, həm də evdəkilərin canını qurtarmaq üçün onun üstünə atıldım, sol əlimlə üzündən çarpayıya basdım, sağ əlimlə isə boğazından tutub boğmağa başladım.
Nəfəsi kəsilənədək boğdum. Öldüyünə əmin olduqdan sonra meyitin üzünü divara tərəf çevirərək üstünə yorğan örtüb həyətə düşdüm.
"Belə atam olduğu üçün utanıram”
Həyətdə bacım Tünzalə ilə rastlaşdım. Tünzalə atamın harada olduğunu soruşanda yatdığını dedim. Bacımın arxasınca arvadım, anam və qardaşım Tural gəldilər. Lakin hadisə barədə onlara heç nə demədim.
Təxminən bir saat həyətdə oturduqdan sonra hamısı yatmağa getdi. Səhərüzü saat təqribən 6:00 radələrində anam atamı ayılda bilmədiyi üçün səs-küy salaraq evdəkiləri yuxudan oyatdı. Hər şeydən xəbərsiz kimi qardaşım Turalla birlikdə atamı həyətə düşürüb su hovuzunun yanında arxası üstə uzatdıq, ayılması üçün onun üzünə, bədəninin müxtəlif yerlərinə su tökdük.
Ayılmadıqda dayım Xəlilə və təcili yardıma zəng vurduq. Həkimlər atamı müayinə edib bir neçə saat əvvəl öldüyünü bildirdilər. Hadisə yerinə gələn polis işçilərinə atamı öldürdüyümü könüllü olaraq etiraf etdim. Belə atam olduğu üçün utanıram”.
"Məzahir gəlinə əxlaqsız təkliflər etmişdi”
Şahid qismində dindirilən Pərvanə Qasımova ifadəsində Məzahir Qasımovla 1984-cü ildə ailə qurduqlarını göstərib:
"Məzahir tikinti ustası işləyirdi, evə həmişə sərxoş vəziyyətdə gəlirdi, həm məni, həm övladlarımı, həm birinci gəlinim Səbinəni, həm də ikinci gəlinim Laləni nalayiq söyüşlərlə söyüb təhqir edirdi.
Məzahir Səbinəyə sataşmışdı, ona əxlaqsız təkliflər etmişdi. Onun Səbinəyə əl ataraq çarpayısına dartmaq istədiyini özüm görmüşdüm, buna görə də ərimlə dalaşmışdım. Hətta evdə yaratdığı vəziyyətlə əlaqədar polisə müraciət etmişdik. Lakin heç bir nəticəsi olmamışdı.
Buna görə də oğlumla gəlinim ayrılmaq məcburiyyətində qalmışdılar. Ötən ilin avqust ayının 3-də oğlum ikinci dəfə ailə qurdu. Elə toyun səhərisi gün Məzahir mərəkə qopararaq toyda yığılmış pulları istədi, təzə gəlinin ünvanına biədəb söyüşlər işlətdi.
Avqustun 24-də sübh çağı Məzahiri oyatmaq istədim. Ancaq onun öldüyünü hiss edib səs-küy saldım. Çağırılan həkimlər Məzahirin öldüyünü təsdiq etdilər. Evimizə gələn polis işçilərinin sözlərindən Məzahiri Anarın boğub öldürdüyünü eşitdim”.
Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Tünzalə Qasımova, Tural Qasımov, Lalə Qasımova və Səbinə Musayeva eyni məzmunlu ifadə veriblər, yuxarıda göstərilən xüsusatları bir daha təsdiq ediblər.
Məhkəmənin hökmü ilə Anar Qasımov 8 il müddətinə azadlıqdan məhrum edilib.


(səs: 11)
Şərhlər: 63
Baxılıb: 25035
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyli
dehwet dolu hekayedi dogundan olub?
30 oktyabr 2014 18:46
# 63
ÖZÜNÜ DARTAN QIZLARA TƏK SÖZÜM VAR KİM OLMUSAN AXI...
Offline
Adsiz Gozel
kul ele atanin bawinaeyy
18 sentyabr 2014 11:20
# 62
Offline
canlarim
ncncncnc
14 sentyabr 2014 16:14
# 61
Offline
Wirin uxx
Yazix Anar(((
10 sentyabr 2014 11:20
# 60
Offline
Svetoklana
Kül ele atanin basina

Kül ele atanin basina

Kül ele atanin basina

Kül ele atanin basina

Kül ele atanin basina

Kül ele atanin basina
30 avqust 2014 21:08
# 59
Sevib də sevdiyini deməmək nə qədər acıdırsa,sevilib də sevildiyini bilməmək o qədər acıdır.heart
Offline
sevimli melek
yaxsi elb helesin oldurmek lazimdi..ama heyif oglana kaw ki qanun onu bagiwlayardi..yada az iw vererdi
30 avqust 2014 04:18
# 58
Offline
nurane1
eceb edim ona is zad dusmur
23 avqust 2014 21:03
# 57
Offline
Asn
oxlan yaxshi edib allah ozun saxla
19 avqust 2014 01:04
# 56
İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
Offline
ilyusa
Dehsettt
3 avqust 2014 07:51
# 55
Offline
memmedova ulker
Men olsam o oglana is vermezdim.dunyani bir mikrobdan temizleyib razi deyilem bu qerarnan.
19 iyul 2014 19:30
# 54
Offline
my_angel
kül o atanın başına ALLAH köməyi olsun o ailənin də .Nə isə ölüb canları qurtarıb
24 iyun 2014 12:27
# 53
Bu saytın dəyərli RƏHBƏRLİYİNƏ və ADMİNLƏRİNƏ öz minnətdarlığımı bildirirəm.
QADINLAR♥BİZ 08
▶Bunu oxuyan insan bu gün başına elə hadisə gəlsin ki, sən dünyanın ən xoşbəxt insanı olasan inşALLAH...◀

Müəllif: my_angel
Offline
Ülviyye
8 il heyf elesine gore
18 iyun 2014 19:05
# 52
Offline
GUNAY---
kul onun ata basina
16 iyun 2014 12:59
# 51
Offline
cennet almasi
Allah lenet etsin belelerine
10 aprel 2014 22:18
# 50
Offline
Ruhi555
Goresen bele exlaqsiz atalarin axiri nece olacaq
.......
5 aprel 2014 12:44
# 49
Offline
Ay_ka
oglan yaxsi edib oldurub..ele ata olmaz olsun
31 mart 2014 15:32
# 48
Offline
Sirine
ataya bax eee
15 mart 2014 18:54
# 47
128 meni kim sevirse mende onu çox sevirem 128
Offline
DORA
ay da kul o atanin tepesine
15 mart 2014 16:22
# 46
Offline
Aysu tenha
ilahi neler ewirirem YAZIQ OGLAN YAXSIKI OLDURUB ele ata olunca olmasa yaxsdi boynunu yere soxum ele atanin

ilahi neler ewirirem YAZIQ OGLAN YAXSIKI OLDURUB ele ata olunca olmasa yaxsdi boynunu yere soxum ele atanin
10 fevral 2014 07:53
# 45
Online
Rahila
Sitat: No Name
Bir biqeyret geder kiminsə qızına zorla dəfələrlə sahib olar 3 il 4 il verərlər amma buna 8 il çox oldu əslində namus üstündə belə olsa can almaq Allaha məxsusdu heç kim heç kimin canını ala bilməz amma belə müqayisədə 8 il çoxdu Ataya gəldikdə isə belə atadansa olmasa yaxşıdır
9 fevral 2014 23:03
# 44
İmam başın qılınc kəsib Kərbü-bəladan izləri,
Rüqəyyə ağlayırdı, Zeynəbin dolurdu gözləri,
Görəndə qardaşın o cürnə titrəyirdi dizləri,
Bilirdi gözlərində bir xudadı ya imam Hüseyn.
Offline
Günelove
DEHSETDIYE ATASI NORMAL INSAN DEYIL XESTEDI NORMAL INSAN BU CUR DAVRANAR?..
8 fevral 2014 23:25
# 43
Offline
sima
dehwet dehwet 26
18 yanvar 2014 21:33
# 42
-"Önemsediğim tek bir şey var, o da artık hiç kimseyi önemsemiyor olmam."
Offline
naznaz761
heyatdan ne desen cixir
9 yanvar 2014 22:47
# 41
naznaz
Offline
GULNARA678
mene ordan ip getirunnn,,,, dagil dunya ki bele atalar var
25 dekabr 2013 21:12
# 40
Offline
Cello
Can yetim...olan o curne oglana olduye...gorun cartdasin mezahir, cartdasin gorun....
5 dekabr 2013 16:04
# 39
Offline
Gunay1989
hayif oldu o cur ogula...allah uzaq elesin pis her yerde pisdi xeyri yoxduki yoxxdu
1 dekabr 2013 05:05
# 38
Offline
kanka
bizim dovletin qanunlari batsin.hemin aileni dord uzvu tesdiqletibse dirnaq arsi atrasini etdiyin hemde aile uzvleri sikayetci deyilsen niyede o yaziga hebs versinler.biri birinin namusuna toxunacaq namusuna toxulan insan gerek hecne etmesin ozun namussuzluga qoymalidi.dusuncesiz dovletdide neyi duzdu axi qanunuda duz olsu
18 noyabr 2013 03:30
# 37
Offline
Angel I-va
bir weyi anlamadime bele haqsizliq olmazki bir oglan bacisin zorluyub qeyretsizlik eliyir onada 8 il heps veribler burdada bir qeyretli ogul olunan qeyretsizliye son qoyub onada 8 il heps verirler bele mehkeme olar???bu hakim diyesen ogulnan atani sehv salibeee.atanin hereketinnen cox hakimin qerari meni lap coooox eseblewdirdi!!!!!!!!!!!!1
15 noyabr 2013 19:55
# 36
Offline
Şanel
Atanıda içki bu hala salıb.Heç bir xeyri yoxdur içkinin.Cinayəti törədən oğula halal olsun ki,etdiyini boynuna alıb.Kimsə bu kişinin hərəkətlərinə son qoymalıydı.Allah rəhmət eləsin!Allah onun günahlarından keçsin.Allah oğulunda günahından keçsin.Gör bu içki neçə nəfərin həyatını məhv edib.Çox utanc verici hadisədir.
17 sentyabr 2013 11:35
# 35
Online
NAZLI QIZ
Allah sebir versin ve Allah komeyiniz olsun
15 sentyabr 2013 23:13
# 34
İnformasiya
Qovulan qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Fiziki görünüşünüz uyğun olarsa, hansı geyimi seçərdiniz?

Uzun don
Mini yubka
Hər ikisi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz