Bakıda hava
USD 0.7843 AZN
EUR 1.0609 AZN
RUB 0.0223 AZN
TRY 0.3665 AZN
Söhbət otağı
“Psixoloq məni hipnoz edib yatırtdı və...”
“Psixoloq məni hipnoz edib yatırtdı və...”
Müəllif: Ramil Qasımlı
Şərhlər: 42
Baxılıb: 7387
Səs ver:
(səs: 3)
"İstəyirdim ki, bu uşaq ölü doğulsun...”
 
"Adım Zəminədir. Cənub bölgəsində, yeddi uşaqlı ailənin ikinci qız övladıyam. Anam ev işləri ilə məşğul olur, atam isə təsərrüfatda işləyirdi. Maddi vəziyyətimiz elə də yaxşı deyildi. Yeddinci sinifdən sonra atam məni məktəbə getməyə qoymadı. Buna həm maddi imkanımız yox idi, həm də kənddəki məktəb yeddi illik idi. Başqa kəndə gedib oxumağım isə mümkün deyildi. Hər gün palçıqlı yollarla qız uşağının məktəbə gedib, axşam evə qayıtmağına heç kim razı olmazdı. Ona görə də mən də başqa yaşıdlarım kimi, ev işlərində anama kömək eləməyə başladım. Anamın işi çox olurdu. Yeddi uşaq, yaşlı qayınanası və həyət-bacadakı işi o qədər çox olurdu ki, bəzən mal tövləsində yuxulayırdı...
Bütün günü ev işləri, balaca qardaş-bacılarımın yeyib-içməyi, əyin-başı ilə məşğul olurdum. Evimizdə televizor, radio, maqnitofon yox idi. Uşaqlıq, oyun, əyləncə... Bu sarıdan ağla gələn heç nəyimiz olmayıb. Məktəbdən uzaqlaşmağıma görə  arada çox pis olurdum. Bakıda yaşayan əmimin uşaqları ali təhsilliydi. Əmim qızı müəllimə işləyirdi. O, yayda bizə gələndə onun danışığına, geyiminə heyran qalırdım. İstəyirdim ki, mən də elə olum: onun kimi mədəni danışa bilim, onun kimi geyinim. Ancaq heyf ki, mənim həyatım heç vaxt elə ola bilməzdi. Oxumaq, müəllimə olmaq istəyirdim. Hərdən özümü əmim qızının yerində təsəvvür edirdim. Ağlamaq məni tuturdu. Yox, mən heç vaxt onun kimi ola bilməyəcəkdim. Mümkün deyildi...
16 yaşım tamam olmamış qonşumuz məndən 14 yaş böyük oğlu üçün bizə elçi gəldi. Adı Xəlil idi. Xəlil Bakıda bazarda meyvə-tərəvəz satırdı. Bir dəfə ailə qurub ayrılmışdı. Bakıda özünün evi var idi. Tək yaşayırdı.
Nəyisə götür-qoy edəcək yaşda deyildim. Valideynlərim ilk elçilikdən razılığımı vermişdilər. Mənim fikrimi soruşmaqsa heç kimin ağlına gəlmirdi. Ailə qurub Bakıda yaşayacağıma görə anam çox sevinirdi. Fikirləşirdim ki, anam sevinirsə, deməli, mənim üçün yaxşı olacaq...
Heç bir ay keçməmişdi ki, nişanlandıq. Nişanlı olduğumuz müddətdə Xəlili üç dəfə gördüm. Qonşuluqda yaşadığımız üçün o, Bakıdan kəndə gələndə həyətlərində görünürdü. Görüşümüz isə onun bacılarının yanında olurdu. Çox sakit, az danışan adam idi. Onunla nə danışacağımızı da bilmirdik.
Toydan sonra Bakıya köçdük. Yaşadığımız evin  sonradan "Neftçilər” metrosunun yaxınlığında yerləşdiyini öyrəndim. İlk vaxtlarda şəhər həyatı mənə qəribə gəlirdi. Gün ərzində heç bir iş görməmək də mənə qəribə gəlirdi. Şəhər evində iş görmək kəndlə müqayisədə heç nə idi. Hər səhər Xəlili bazara işə yola saldıqdan sonra nə edəcəyimi bilmirdim. Anamgil, bacı-qardaşlarım üçün darıxıb ağlayırdım. Ancaq əzab-əziyyətlərdən canımı qurtardığıma görə sevinirdim.
Xəlil mənimlə çox yaxşı davranırdı. Uşaq vaxtı atamın anamı döyməyini çox görmüşdüm. Anam isə döyüləndə ağlamağa da qorxurdu. Çünki o, ağladıqca atam onu daha möhkəm döyürdü. Anamın isə döyülməyinə elə bir ciddi səbəb olmurdu. Ya atam həyətdən səsləyəndə gec cavab verdiyinə, ya da atamın orağını bostanda unutduğuna görə döyülürdü. Buna görə məndə elə düşüncə yaranmışdı ki, qadın döyülər də, burda nə var?..
Anam da döyülməyindən heç vaxt şikayət etməzdi. Deyirdi ki, kişi arvadını döyər də, sevər də...
Xəlilin sakit hərəkətləri, mehriban davranışı ilk vaxtlar mənə qəribə gəlirdi. İlk dəfə televizorla məni o, tanış etdi. Televizora alışmağım üçün bir ay vaxt lazım gəldi. Pultla idarəetməni öyrəndim. Bir adamın balaca qutunun içinə necə girib danışmağına baxıb gülürdüm. Bu sözümə Xəlil də gülürdü...
Günümüz pis keçmirdi. Hiss eləyirdim ki, ərim məni çox istəyir. Özü texnikum bitirmişdi. Mənə arada qəzet, kitab alıb gətirirdi. Ev işlərini bitirdikdən sonra eyni qəzeti, kitabı dəfələrlə oxuyurdum. Oxuduqca oxumağa, təhsil almağa həvəsim daha çox artırdı. Hər gün özümü bir az daha dəyişmiş hiss edirdim. Gözüm açılırdı. Xəlil istədiyim vaxt şəhərə çıxmağa icazə verirdi. Evə yaxın mağazalardan gedib bazarlıq edirdim. Gözüm dünyaya yeni açılırdı...
Günlər keçirdi. Xəlillə ər-arvaddan daha çox dost idik. Onu kişi kimi sevə bilmirdim. Onunla bir yatağa girmək mənim üçün işgəncəyə çevrilirdi. Bu müddətdə ona öyrəşə bilməmişdim. Vaxt keçdikcə onunla məcburiyyətdən evləndiyimi daha yaxşı anlayırdım.
Ailə qurduqdan 4 ay sonra hamilə qaldım. Hamilə olduğumu biləndə Xəlil çox sevindi. Ancaq vəziyyətim elə də yaxşı deyildi. Ürəkbulanma, qusma məni rahat buraxmırdı. Hamilə olduğuma yalnız Xəlillə intim əlaqəyə girməyəcəyimə görə sevinirdim...
Uşağımız doğuldu. Adını Sərdar qoyduq. O vaxtdan Xəlil mənə daha çox bağlanmağa başladı. Uşağı da, məni də çox istəyirdi. Bütün günü işləyib yaxşı yaşamağımız üçün çalışırdı. Yeganə problem o idi ki, onu sevmirdim! Mənə toxunanda dünya başıma uçurdu, özümü zorlanmış kimi hiss edirdim... Ona ürəyimdə yazığım gəlirdi. Ancaq özümlə bacarmırdım. Etiraz etmədikcə, ürəyimdə ağladıqca daha çox pisləşirdim. Hər gecə uşağı yatırdıqdan sonra çalışırdım ki, Xəlil yuxuya getdikdən sonra yatağa uzanım. Onu yuxuya verdikdən sonra içimə qəribə ağırlıq çökürdü, özümü günahkar hesab edirdim...
Sərdar 3 yaşına çatanda başımda şiddətli ağrılar başladı. Ağrıkəsicilər, iynələr kömək eləmirdi. Ağrılarım get-gedə şiddətlənirdi. Heç kimi görmək istəmirdim. Uşağa da baxa bilmirdim. Sakit həyatımız cəhənnəmə çevrilirdi. Xəlil isə ondan uzaqlaşmağıma görə məni günahlandırır, ağrılarıma inanmırdı.
Bir gün Xəlil məni həkimə apardı. Həkim uzun-uzadı dərman resepti  yazandan sonra mənə psixoloqa getməyi məsləhət gördü. Mən elə bilirdim ki, psixoloqa getmək dəli olmaq deməkdir. Həkim məni də, Xəlili də yola gətirib bizi psixoloq yanına göndərdi.
Psixoloq kişi olduğuna görə narazılıq elədim. Amma Xəlil çarəmin onda olduğuna məni inandırdı. Həftənin üç günü uşağı qonşuya qoyub yaxınlıqdakı klininkaya - psixoloqumun yanına gedirdim.
Həkimim 30-35 yaşında Seymur adlı cavan kişi idi. Çox mehriban adam idi. Onunla hər söhbətdən sonra özümü lazımlı, vacib adam hesab edirdim. Onun sakit səsi, şən xasiyyəti məni heyran edirdi. İndiyə qədər Xəlil bircə dəfə də olsun, söhbət edəndə mənim əlimdən tutmamışdı. Ancaq o, hər dəfə söhbətə başlamazdan əvvəl əlimdən tuturdu. Əmin edirdi ki, xəstə həkiminə inanmasa, özünü tam təslim etməsə, heç vaxt sağalmaz. Cəmi bir həftəyə onu özümə dünyada ən yaxın adam hesab eləməyə başladım. Xəlil xasiyyətcə mülayim adam olmasına baxmayaraq, onunla söhbət eləmək maraqsız idi. Seymur həkimin danışdıqlarına, söhbətlərinə ağzımı ayırıb maraqla qulaq asırdım. Bu cür yanaşmam ona qəribə gəlirdi. Hər söhbətdən sonra mənə oxumaq üçün bir kitab verirdi. Evə çatan kimi başımın ağrılarını unudub acgözlüklə onun verdiyi kitabları oxuyurdum. O, əllərimə toxunan kimi sanki bədənimdən elektrik keçirdi. Heç vaxt Xəlilə hiss etmədiyim hissləri keçirirdim. Həyəcandan ürəyimin döyüntüsü qulaqlarıma gəlirdi. Onun əsiri olmağa başlayırdım...
Psixoloqumla söhbətlərdən sonra evdə də münasibətim normallaşmağa başlamışdı. Ancaq ağlımda Seymur həkimdən başqa heç kim yox idi. Müalicəm isə davam edirdi. Bir kurs müalicənin sonunda ağrılarım səngiməyə başlasa da, Seymuru görmək üçün hələ də ağrıdığımı, əsəbi olduğumu deyirdim. Həkim isə psixoloqa getmək müddətini artırırdı. Hər gün onun yanına tələsirdim. Onu görən kimi ayaqlarımın altından yer qaçırdı. Ancaq həkimə bu haqda heç nə demirdim. O, ilk kişi idi ki, onunla bu qədər açıq, rahat danışa bilirdim. Onunla hər şeyimi paylaşırdım. Hər söhbətdən sonra dünyanın xoşbəxti olurdum. Ona uşaqlıqda çəkdiyim əziyyətlərdən tutmuş, ərimlə intim münasibətlərimizə qədər hər şeyi danışırdım...
Seymur həkim söhbətlərin birində mənə hipnoz eləməyi təklif etdi. Mən hipnozun nə olduğunu bilmirdim. O, dedi ki, gözlərimi yumub onun dediyi nöqtəyə baxmalıyam... Və...
Gözümü açanda gördüm ki, Seymurun iş otağında yarıçılpaq vəziyyətdəyəm. O, məni hipnoz etdikdən sonra mənimlə cinsi əlaqəyə girmişdi. Özümü aldadılmış hiss edirdim. Həkimimə inanmışdım. Belə hərəkət edəcəyini gözləmirdim. O isə məni bərk-bərk qucaqlayıb sakitləşdirməyə çalışırdı. Əynimi geyinib bütün gücümü toplayıb evə qayıtdım. Uşağımı qonşudan götürüb evimizə qalxdım.
Həmin gün ərimin üzünə baxa bilmirdim. Psixoloji yardım ərimə xəyanətlə başa çatmışdı. Bu haqda Xəlilə heç nə deyə bilməzdim. Xəlil hər gün evə gec gəlirdi. Yorğunluqdan özünə gələ bilmirdi. O, yəqin ki, bunu bilsəydi, məni də, həkimi də öldürərdi. Səhərə qədər Seymurun məni necə aldatdığını düşünüb göz yaşı tökdüm. Onu gözümdə müqəddəsləşdirmişdim. Günahkarlıq, ləkəlilik hissi məni dəli edirdi. Səhərə yaxın az qala dəlilik həddinə çatdım. Saçlarımın ucunu elektrik xəttinə uzatdım. Özümü öldürmək istəyirdim. Ancaq cəsarətim çatmadı.
Səhər açılan kimi uşağı qonşuya verib klinikaya getdim. Onunla haqq-hesab çəkmək istəyirdim. İçimdə ona qarşı hədsiz kin var idi. Yol boyu ona nələr deyəcəyimi düşünmüşdüm.
Qapını döyüb onun iş otağına keçdim. Otaqda tək idi. Məni görən kimi üstümə gəlib möhkəm qucaqladı. Heç cür qollarından çıxa bilmirdim. Bütün hirsim, kinim keçdi. Onu necə sevdiyimi hiss elədim. Bu dəfə öz istəyimlə ona təslim oldum. Bu dəfəki "hipnoz” ürəyimə yatdı. Həyatımda ilk dəfə ehtirasın nə demək olduğunu, qadınlığımı hiss etdim. Deyirdi ki, məni çox sevir. Məcbur olub bu addımı atıb. Qorxurmuş ki, onunla əlaqəyə razı olmaram. Artıq hər şeyi unutmuşdum. Bütün varlığımla ona aid idim...
Hər gün ərim işə gedən kimi uşağı qonşuya qoyub onun yanına qaçırdım. Ərimlə münasibətlərimsə həmişəki kimi davam edirdi. Gecələr özümü zorlayıb onunla yatmağımın heyfini səhərlər Seymurla keçən bir saatlıq xoşbəxtlik zamanı çıxırdım...
Artıq günahkarlıq hissi, vicdan əzabı get-gedə içimdən uzaqlaşırdı. Görüşlərin ikinci ayında hamilə olduğumu anladım. İş işdən keçmişdi. Ərim hamilə olmağımdan xəbər tutmuşdu. Aborta getməyə heç vaxt icazə verməzdi. Nə edəcəkdim? Seymurun yanına gedib hamilə olduğumu dedim. O, mənə hamiləliyin pozulması üçün bir neçə dərman versə də, xeyri olmadı.
Hamilə olmağımdan xəbər tutandan sonra onun mənə münasibəti xeyli dəyişdi. Hamiləliyimin üçüncü həftəsində o, mənə iş yerini dəyişdiyini, Bakının başqa rayonunda özünə kiçik qəbul yeri açdığını dedi. Bu gündən sonra orda görüşəcəyimizi dedi. Bu, onunla son görüşümüz oldu...
Səhəri gün klinikaya gedəndə otağının qapısını bağlı gördüm. Heç kimdən onu soruşmağa risk eləmədim. Ağlaya-ağlaya evə qayıtdım. Nə bir telefon nömrəsi, nə də ünvan qoymamışdı. Baş ağrılarım geri qayıtmışdı. Sakitləşə bilmirdim. Həyatım cəhənnəmə çevrilmişdi. Günüm ağlamaqla keçirdi. Ona həm nifrət edir, həm də dəli kimi sevirdim. Mən bətnimdəki körpənin atasının kim olduğunu da bilmirdim. Özümə hirsim keçmirdi. Ərimə xəyanət etməyim bir tərəfə, uşağın atasının kim olmasını belə bilməmək özümün özümü alçaltmağım demək idi.
Hamiləliyim müddətində bircə dəfə də olsun, Seymur məni axtarmadı. Xəlil işdən gələn kimi qayğıma qalırdı. Mənə münasibəti dəyişmək bilmirdi. Onun bu cür davranması mənə daha çox əzab verirdi. Məni kəndin əzab-əziyyətli həyatından, çətinliklərindən xilas edən adama xəyanət eləmişdim. Onu sevməməyim hamımızı uçurumun kənarına gətirib çıxartmışdı. Hamiləliyim dövründə həkimə getməkdən imtina elədim. Uşağın sağlamlığı da məni maraqlandırmırdı.
İstəyirdim ki, uşaq əgər Seymurdandırsa, ölü doğulsun. Seymurdan doğulan uşağı hər gün görməyə dözümüm yox idi. Zillətlə keçən 8 aydan sonra qəfildən ağrılarım başladı. Məni qonşular doğum evinə çatdırdılar. Səhərə qədər sancı çəkdim. Doğuş ağrılarından dəfələrlə bayıldım. Səhərə yaxın həkimlər "oğlun oldu” dedilər.
Səhəri gün Xəlil xəstəxanaya zəng elədi. İkinci oğlu olduğuna görə sevinirdi. Ağlamaqdan gözümdə yaş qalmamışdı. Ona nə deyəcəyimi bilmirdim. Doğum evindəki qadınlar mənə təəccüblə baxırdılar. Ağlamağımın səbəbini anlaya bilmirdilər...
Evə çıxacağımız gün həkim uşağın vəziyyətinin qəfildən pisləşdiyini dedi. Uşaq otağına qaçdım. İlk dəfə həmin uşaq üçün ürəyimdə narahatlıq hissi keçirdim. Körpə bayğın vəziyyətdə idi. Bütün həkimlər uşağın başına toplaşmışdı. Müqəvva kimi baş verənlərə tamaşa edirdim. Uşaq ölmüşdü...
Evə qayıtdım. Xəlil sarsılmışdı. Danışmaq istəmirdi. Qara günlərim yenidən geri qayıdırdı. Bir aya yaxın müalicə aldım. Yenə də özümə gəlmədim. Arzum yerinə yetmişdi, Seymurdan olan uşaq ölü doğulmuşdu. Ancaq özümə yer tapa bilmirdim. Əzablardan yaxa qurtarmaq olmurdu. Başımı heç nə ilə qata bilmirdim. Oğlum Sərdar hər səhər baxçaya gedirdi. Tək-tənha evdə oturub bütün günü ağlayırdım. Belə günlərin birində Seymurun əvvəl işlədiyi klinikaya getməyə qərar verdim. Onun yerində işləyən qadın Seymurun evləndiyini, Bakıdan köçüb getdiyini dedi.
Bu hadisədən artıq iki il keçib. Amma unuda bilmirəm. Ürəyimdəki yara sağalmır. Ona olan sevgim, nifrətim keçmək bilmir. Təhsilim olmadığına görə işləyə bilmirəm. Xəlilin isə həyatını haqqım olmadan cəhənnəmə çevirmişəm. Özümə olan kinim də səngimir. Övladımı böyüdürəm. Yanımda "psixoloq” sözü işlədən kimsə olanda əllərimlə onu boğub öldürmək istəyirəm...”

Asya //Publika.Az


(səs: 3)
Şərhlər: 42
Baxılıb: 7387
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nermin...
Mene biraz uydurulmuş kimi geldi ama ...bir meşuqede ferqli olmadi hemin xanim özunu öldurseydi yeri idi sadece ele qadinlara tupurmeyim gelir..
3 oktyabr 2014 01:25
# 42
çalış başini aşağı sal işinle məşqul ol,başını aşağı salan işlərlə məşqul olma
Offline
Asn
ne deyim belke hecne anlamayan cahil qiz ve yaxuda ne bilim allah heckime gostermesin
9 sentyabr 2014 19:02
# 41
İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
Offline
Yunisella
Deywet sadece
13 iyun 2014 00:50
# 40
Offline
Chikko
sadece ayib olsun deye bilerem... seni seven erin var.. gul kimi ovlad verib Allah sene... bes neyin derdindesene... Allah kimseni haq yolundan dondermesin ...
13 may 2014 13:16
# 39
onu sana bakarken yakalarsin ya, o nasil bir mutlulukdur ....
Offline
Ayka G-va
Bele qizlarin olduguna inana bilmirem
20 aprel 2014 19:41
# 38
Offline
Linda ^_^
Allah komeyi olsun
6 aprel 2014 00:52
# 37
Offline
Ruhi555
insan oz hissine qalib gele bilmir
5 aprel 2014 12:23
# 36
Offline
wiyinim_
Ne desem, ne yazsam yalan olar :(
3 mart 2014 00:58
# 35
Offline
Günelove
Allah uzaq etsin
9 fevral 2014 00:44
# 34
Offline
diana_89
biz qaDinlarin pis xususiyyetide budur gozumuzun onunde cirpinan insanlari gormeyib bize zerer veren insanlari secirik.qinamiram cunki qindamaqdan qorxuram
21 dekabr 2013 13:02
# 33
yeni unsiyyetleri xoslayiram.Allah qelblerimizi sevindirsin
Offline
Cello
Agilsizliq, yenede tamahkarliq, yenede iradesizlik.....
5 dekabr 2013 18:37
# 32
Offline
GULYA....
ne bilim dehwetdiler....ama hardasa bu qizi bawa duwmey olar kend qizi olub bilmiyib sevmiyib gedib...mendeki hamini bawa duwe duwe gedirem day noldi onda hami sehf eliyir ama gunahkar olmur
5 dekabr 2013 17:09
# 31
Offline
Damla_313
bu qizinki emelli basdi qudurganliqdida Allah hidayet etsin
20 noyabr 2013 18:32
# 30
Offline
Wiyinka
ALLAH UZAQ ELESİN
24 avqust 2013 16:57
# 29
♔ KrAL KiM OLuRSa OLsuN ♔

♔ KrALiçA HəMiŞə MəNəM..!! ♔



✰FasHioNisTKa✰
pilka parfum suslu
Offline
anamin sirini
allah uzaq elesin
6 iyun 2013 22:01
# 28
SENİ SEVMEYİ SEVDİM !
Offline
MELEK84
belelerine deyirler qudurmus men hec cure haqq qazandira bilmerem buna
24 may 2013 18:12
# 27
Offline
sadeyem
sevmeyib ere gedenin axri xeyanet olarda
24 mart 2013 01:27
# 26
Offline
PANDA_88
soz tapib deye bilmiremeeeee
18 mart 2013 15:34
# 25
Offline
GARDA
adama deyerlerki ere getdin ol otur erinin yanindadaa.....daha bawqasini sevmek nedi eyyyyyyy
16 mart 2013 11:33
# 24
Offline
MEHEBBET ADASI
QADINA HECH CUR BERAET QAZANDIRMIRAM MEN
23 fevral 2013 16:48
# 23
UZAQLIQ DEYIB DERD ETDIYIN NEDIR KI CANIM????BIZ YARADANI GORMEDEN SEVMEDIKMI????????
Offline
GÜLEYCAN
hmm nə deyim agla
21 fevral 2013 18:15
# 22
Bir şey istəyəndə məxluqdan istəmə... Versə minnətdir, verməsə zillət...
İstəyəndə Xaliqdən istə... Versə nemətdir, verməsə hikmət...
Offline
zelis
qadin erini aldatmali deyil ama bilmek olmur kimin basina negelecek allah insanlari bele seylerden uzaq etsin amin
19 fevral 2013 17:23
# 21
Offline
YASMIN
men sizi qinamiram heyatdirda sevgidir kimin bawina ne geleceyi bilimir guclu olun erizi zorda olsa sevmeye caliwin
16 fevral 2013 16:41
# 20
Offline
MEHEBBET ADASI
cho xdehsetli movudur buu
26 yanvar 2013 14:20
# 19
UZAQLIQ DEYIB DERD ETDIYIN NEDIR KI CANIM????BIZ YARADANI GORMEDEN SEVMEDIKMI????????
Offline
ANGEL.A.S.
menalidi amma qadin erin aldatmamaliydi
14 yanvar 2013 08:59
# 18
Men geldim urekler
Aşkitolar
Offline
Luna
Axira kimi oxudum. 1ci si onu deyim korpenin ne gunagi.
Qadin erine xeyanet elememelidir, eger sevmirsen Erin neynesin?
12 yanvar 2013 22:16
# 17
Offline
IZEL
psixoloqda olmamiwam hec oxumaga axot da yoxdun nese eziyete twk
12 yanvar 2013 20:11
# 16
Offline
fatimem
MEN BELE QADINLARI BASA DUSMUREM,
12 yanvar 2013 20:00
# 15
Offline
LA TORMENTA
Dunyani insanlar lap cehenneme ceviribki.
12 yanvar 2013 19:25
# 14
Meni Ammalarda Itirdin. Ozunu Keskelerde Mehv Edeceksen ...
Offline
Balacam_Esmer
bele movzularda umumiyyetle insanlari qinayanda bir terfeden icimde ele qorxuramki bir gun menimde basima gler qinadigima gore..amma yenede domzyib deyirem..bax buna heyat neynesin er neynesin usaq neynesin..1ci basa dusdum hipnoza ugrayib amma sonra sonra artiq zeiflikden acizlikden ireli gelir.menim en zehlem qacan soz cox axti deyirlere hec bir qadin isti evini erini qoyub hec yana getmez onadan yalan soz yoxdu.neceki kisiler gozel heyat yoldasini temiz evini gul kimi usaqlarini qoyub qudurub basqasinaa gedirleraa ele qadinlardada herden bele qudurganliqlar olur.Ammakiindi bele pesmandisa onun haqqi yoxdur heyat yoldasini bedbext elemeye onunla adam kimi davransin.hec olmasa indi aglini basina yigsin aayy esebiyem ayy neyem filanla is kecmiree yuz defe deyirem ne agili tek basina idare ederler nedeki ureyi.her ikisi tekbasina felakete sebeb ola biler agilla urek bir yerde islmyi bacarmalidir.bacarmaq lazimdir lazim olani lazim olan yerde ise salmaga.
12 yanvar 2013 16:47
# 13
heart Şəxsiyyətimlə, Rəftarımı Səhv Salmayın. Şəxsiyyətim Kim Olduğuma, Rəftarım Kim Olduğunuza Bağlıdır. heart

heart Hər Kəs İlk Baxışda Aşiq Olmaq İstərkən, Mən Son Baxışda Aşiq Olmağı Arzuladım. heart

heart ............Sadəcə_Mən.......Yenədə_Mən............ heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Azərbaycan qadınının zövq aldığı məşğuliyyəti? (SORĞU)

Modanı izləmək / Dəblə geyinmək
Serialları izləmək
Telefondan asılmaq
Açıq-saçıq geyinmək
Kitab oxumaq

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz