Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bagislanmaq insan ucun ən xeyirli və ən vacib olandir
Bagislanmaq insan ucun ən xeyirli və ən vacib olandir
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1956
Səs ver:

 

 

Bagislanmaq insan ucun ən xeyirli və ən vacib olandir

" Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.” (Şura Surəsi, 25) 

 

ayəsində də bildirildiyi kimi, Allah bağışlayandır. Möminlər də Allahın bəyəndiyi əxlaqa tabe olan kəslər olaraq, birindən pislik gördüklərində bağışlamağı, pisliyi yaxşılıqla uzaqlaşdırmağı seçərlər. Şübhəsiz, bir pislik qarşısında səbr edərək, pislik edən kimsəni bağışlayaraq intiqam ehtirasına qapılmamaq, qəzəbini boğmaq, təqva sahibi insanlara xas bir xüsusiyyətdir. Və bu münasibətin qarşılığı Allahın məmnuniyyəti və sevgisidir. Allah bir ayəsində belə bildirir:
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mal-larındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran Surəsi, 134)
Pisliklərə qarşı yaxşılıqla cavab verərək bağışlayan adam eyni zamanda özü və ətrafı üçün də sülh və hüzurlu bir mühit hazırlamış olur. Bu əlbəttə ki, qarşılıqlı olaraq intiqamların alındığı, kin, nifrət, düşmənçilik duyğularının hakim olduğu bir mühitlə müqayisə edilməyəcək qədər asan, dinc və rahat bir mühitdir. İnsan, ilk an qapıldığı qəzəb və kin duyğularından xilas olmaq üçün bəlkə qısa bir müddət nəfsini sabitləmək və səbr etmək və səy göstərməli olacaq, amma qarşılığında dostluq, sevgi, hörmət və sülh dolu bir ruha və mühitə sahib olacaq. Allah ayələrində möminlərə belə bildirir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.(Fussilət Surəsi, 34-35)

Allah, gözəl əxlaqın qarşılığında insanlara gözəl və asan bir həyat təqdim edir. Əfvedici olmayan bir insanın ətrafında həmişə düşmənləri, ona kin və nifrət bəsləyən insanlar olarkən, bağışlayan insanın dünyada aldığı qarşılıq dinc və sülh dolu bir həyat və yaxın dostlardır.

 



Şərhlər:
Baxılıb: 1956
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz