Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir yetim qız uşağı... :(
Bir yetim qız uşağı... :(
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 3431
Səs ver:

 

 
Sevimli Peyğəmbərimiz(s.ə.s), bir bayram günü evindən çölə çıxmışdı, bu əsnada küçədə qarşılaşdığı Müsəlmanlarla bayramlaşırdı. Uşaqlar da gözəl paltarlarını geyinib şənlik içində bayram coşğusunu yaşayırdılar.

Ancaq bir qız uşağı vardı ki, bir kənara çəkilmişdi, kədərlinidi, digər uşaqların üzündə olan gülücüklər onda görünmürdü. Peyğəmbər Əfəndimiz, bu qız uşağı ilə maraqlandı. Məgər bu yavrucak bir şəhid yetimi idi! O da gözəl paltarlar geyinmiş olaraq analı atalı, sevincli bir bayram yaşamağı əlbəttə istəyərdi.
Əfəndimiz Həzrətləri onun əlindən tutdu, "Kədərlənmə" dedi, "Kədərlənmə balam! İstərsənmi, qızım Fatimə bacın olsun, yoldaşım Aişə anan olsun, mən də atan olum!" Bunu hansı uşaq istəməz ki!
Sevimli Peyğəmbərimiz bu şəhid yetimi qızcığazı evinə apardı, Həzrəti Fatimə və Həzrəti Aişə ona yeni paltarlar geydirdilər, saçını daradılar, cibinə bir miqdar pul qoydular. Şəhid yetiminin yüzü gülürdü. Artıq o da o biri uşaqlar kimi bayramın coşğusunu ürəyində hiss edirdi.Ona bu mühiti hazırlayan, Sevimli Peyğəmbərimiz idi

 

Biz də Ramazanın sevimli mühitini uşaqlarımızla paylaşmalıyıq. İftar əvvəlində uşaqlarımıza zaman ayırmalı, onlarla birlikdə Quran oxumalı, Quran dinləməli , namaz surə və dualarını oxumalarını uşaqlarımızdan dinləməliyik. Beləcə həm onlara dəyər vermiş həm də səhvlərini düzəltmiş olarıq.

Oruc tutacaq yaşda olmasalar belə onları imsak və iftar süfrələrinə ortaq etməli, ailə fərdləriylə, dost və qohum ilə planlanan iftarları uşaqlarımızla paylaşmalıyıq. Mümkünsə zaman zaman iftar və imsak alverinə uşaqlarımızla birlikdə getməliyik. Bu xüsus uşaq zehinində oruca xüsusi bir əlaqə meydana gətirəcək. Ayrıca uşaqlarımızın-nəvələrimizin oruclarını hədiyyələrlə mükafatlandırmalıyıq. Bu da yenə oruc ayını onların gözündə sevimli edəcək və uşaq könülündə şirin bir xatirə buraxacaq.
Hər vaxt və xüsusilə Ramazan ayında uşaqlarımıza şəfqət və mərhəmətlə davranmalı, oruca başlayacaq yaşa gəlmiş balalarımızla orucun sevimli atmosferini paylaşmalı, orucu asanca tamamlamalarına köməkçi olmalıyıq. Oruc ayı münasibətiylə uşaqlarımıza göstərəcəyimiz yaxınlığın onların ürəklərində və xatirələrində çox müsbət təsirlər buraxacağında heç şübhə yoxdur.
Unutmayaq ki, bizim mədəniyyətimizdə uşaqlar ümumiyyətlə imsak, iftar, təravih kimi gözəl birlikdəliklərin paylaşıldığı Ramazan mühitində dini həyata yönələrlər, orucun bu mərhələlərində ruhlarına dolan sıx mənəviyyat işığını hiss edərlər və dini həyatın gözəlliklərini kəşf edərlər... Uşaqlarımızı bu gözəllikdən məhrum buraxmayaq!

Prof. Dr. Hüseyin Algül




Şərhlər:
Baxılıb: 3431
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz