Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qedr geceleri ve emelleri
Qedr geceleri ve emelleri
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 40089
Səs ver:

Qedr geceleri ve emelleri
Bismillahir Rəhmanir Rəhim
Dini terminologiyaya gəldikdə isə eyni mənadan götürülərək «qədr» sözü Ramazan ayının son ongünlüyünə təsadüf edən 19, 21 və 23-cü gecələrinə deyilir. İlahi hikmət hər bir varlığın müəyyən ölçü, miqdar və rçivədə olmasını, səbəb və nəticə qanununa tabe olmasını və hər bir şeyin özünəməxsus hesabı olmasını tələb edir. Yəni yaradılan hər bir varlığın mövcud olacağı müddət əvvəlcədən müəyyənləşdirilir. Onun mövcud olduğu an gələcəyi ilə sıx əlaqələndirilir, İlahi qanunlarla nizama salınır.
Elə isə bəs nə üçün Ramazan ayının 19, 21 və 23-cü gecələrinə qədr gecələri deyilir?
Quran ayələrindən və nəql olunan rəvayətlərdən belə məlum olur ki, həmin gecələrdə mələklər və «Qədr» surəsində «Ruh» adlı varlıq Allahın iznilə yer üzünə enər və gələn ilin bütün hadisələri barədə məlumatlar zəmanənin imamına təqdim olunar və o həm özünün, həm də başqalarının aqibətindən agah olar. İmam Baqirdən (ə) nəql olunan rəvayətdə buyurulur: «Qədr gecəsi mələklər yerə enər və zəmanənin imamına baş verəcək hadisələr barədə xəbər verilər. O, özünün və camaatın aqibətindən agah olaraq bir sıra işlərin icrasına məmur edilər». Deməli, Qədr Allahın yaratdığı məxluqatın aqibətini müəyyən etdiyi gecədir.
Hər il təkrar olunan Qədr gecəsi bir neçə səbəbdən əhəmiyyət kəsb edir.
1 Bu gecədə Quran nazil olub.
2 Gələn ilin hadisələri müəyyən olunur.
3 Hadisələr zəmanənin imamına təqdim edilir və o, bir sıra işlərə məmur olur.
4 Bu gecədə möminlərin Əmiri Əli (ə) şəhadət şərbətini içib.
«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!». («Qədr» surəsi, 1-5- ci ayələr).
Surədən qədr surəsinin beş xüsusiyyətə malik olduğu bəlli olur:
1 Quranın Qədr gecəsində nazil olması.
2 Qədr gecəsinin böyük əhəmiyyət kəsb edərək dəqiq məlum olmaması (Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!).
3 Qədr gecəsi min aydan daha üstündür
4 Həmin gün əmin-amanlıq olar
5 Bu gecədə Allahın izni ilə mələklər və ruh yerə enər, baş verəcək hadisələri zəmanənin imamına təqdim edərlər.
Qədri, qədrini dərk edənlər bilər
Qəlbləri İlahi eşqlə çırpınan əməlisaleh bəndələr Qədr gecələrini böyük həvəs və şövq ilə gözləyərlər. Onun fəzilət və əzəmətini dərk edənlərin ruhları mələklər aləminə pərvaz edərək mənəvi təkamüldən həzz alar. Əməllərini islah edər, ruhlarını İlahi övliyaların ruhları ilə tərbiyə edərlər. Qədr aşiqləri Həzrət Məhəmmədin (s.ə.s) dua və namazlarından, Həzrət Əlinin (ə) münacatlarından və Həzrət Zəhranın (s.ə) zikrlərindən ilham alar və özlərini Allahın hüzurunda hiss edərlər. Gecələrini sübhədək ibadətdə keçirər, qəlblərini göz yaşları ilə sirab edər, Allahdan bağışlanmalarını diləyərlər. Südəmər körpələr süd üçün israrlı olduqları qədər onlar da Allaha dua etməkdə o qədər israrlı olarlar. Deyilənlərə görə, İslam alimlərindən biri Qədr gecəsinin əzəmətini dərk etmək üçün Ramazan ayı ilə kifayətlənməyib ilin bütün günlərini əhya saxlayaraq gecələrini ibadətlə keçirib.
Qədr gecələrinin əməlləri
Qədr gecələrinin əməlləri əsasən iki hissəyə bölünür:
1 Hər üç gecədə təkrar olunan əməllər.
2 Hər gecəyə məxsus olan əməllər.
19-cu gecə
Birinci qədr gecəsi
1. Şam namazına yaxın qüsl almaq.
2. 100 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək.
3. 100 dəfə «Allahumməl ən qətələtə Əmirəlmumininə» demək
4 İki rükət namaz qılmaq. Hər rükətdə «Həmd» («Fatihə») surəsindən sonra yeddi dəfə «İxlas» surəsini oxumaq. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək.
5.Quranı açıb bu duanı oxumaq: «Allahummə inni əsəlukə bikitabikəl munzəli və ma fihi və fihi ismukəl əkbəru və əsmaukəl husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minənnari».
6.Quranı açıb başın üstünə qoyaraq bu duanı oxumaq lazımdır:
«Allahummə bihəqqi hazəlqurani və bihəqqi mən ərsəltəhu və bihəqqi kuli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə minkə».
7. 10 dəfə bikə ya Allah,10 dəfə bimuhəmmədin,10 dəfə biəliyyin, 10 dəfə bifatiməti, 10 dəfə bilhəsəni, 10 dəfə bilhusəyni, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə bicəfər ibn Muhəmməd, 10 dəfə bimusa ibn Cəfər, 10 dəfə biəli ibn Musa, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə biəli ibn Muhəmməd, 10 dəfə bilhəsən ibn Əli, 10 dəfə bilhuccə.
İkinci Qədr gecəsinin əməlləri
21-ci gecə
21-ci günün fəziləti 19-cu günün fəzilətindən daha çoxdur.
1. Qüsl almaq
2. Gecəni səhərə qədər əhya saxlamaq.
2 rükət namaz qılmaq. Hər rükətdə «Həmd» surəsindən sonra 7 dəfə «İxlas» surəsini oxumaq.
3. Quranı başa qoyub 19-cu gecədə oxunan zikri təkrar etmək.
4. Covşən-kəbir duasını oxumaq.
Üçüncü Qədr gecəsi
23-cü gecə
Əvvəlki gecələrdə yerinə yetirilən əməlləri təkrar etdikdən sonra aşağıdakı əməlləri də yerinə yetirmək tövsiyə olunur.
1. «Ənkəbut» (29-cu surə), «Rum» (30-cu surə) və «Duxan» (44-cü ) surələrini oxumaq.
2. Qədr surəsini 1000 dəfə oxumaq.
3. İmam Zamanın (ə.f) duasını oxumaq.
(Dua kitablarında hər üç gecəyə məxsus digər dualarda qeyd olunmuşdur).
İmam Əlinin (ə) şəhadəti



Şərhlər:
Baxılıb: 40089
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz