Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhəmməd peyğəmbər(s) haqqında ( Fəlsəfi baxımdan )
Məhəmməd peyğəmbər(s) haqqında ( Fəlsəfi baxımdan )
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1745
Səs ver:
Məhəmməd Peyğəmbər hər hərəkətini yüz dəfə ölçüb-biçərdi, adamların qəlbinə dəyməkdən həmişə ehtiyat edərdi, həddindən artıq təvazökar və sadə idi. Sarayda yaşamağı sevmirdi. Ətrafında nökər-naibi yox idi. Sadəliyi hər şeydən üstün tutan Məhəmməd Peyğəmbər heç vaxt hökmdarlıq iddiasında olmamışdı, münasibətdə ağa-nökər ayrıseçkiliyinə yol vermirdi. Hətta Ərəbistanın hökmdarı olanda ağzından çıxan hər söz, hər kəlimə müqəddəs kimi qəbul ediləndə belə Hz.Məhəmməd öz sadəliyindən, təvazökarlığından dönmədi və bununla da sübut etdi ki, o, başqa cür ola bilmir.
Məkkə şəhərində onun iki şəxsi evi vardı. Şəhər sakinləri təqiblərinə məruz qalıb, Yəsribə qaçdığı vaxt həmin evlərin hər ikisi də müsadirə olunmuşdu. Əzəmət və qüdrət sahibi olduğu və yenidən Məkkəyə qayıtdığı vaxt Məhəmməd həmin evləri geri almaq fikrinə düşmədi. Onun dünya malına münasibəti insanan münasibəti ilə heç müqayisəyə gəlməzdi. Məhəmməd insanı hər şeydən uca tutardı.
Onun çarpayısı yox idi, döşəmədə yatırdı. Yorğan-döşək əvəzinə əbasından istifadə edirdi. Əbasına bürünüb içinə qum doldurulmuş balışı başının altına qoyurdu. Yanına gələn olanda bunları qonağa verib özü döşəmədə əyləşərdi. Nə üstündə oturmağa döşəyi, nə də dirsəklənməyə mütəkkəsi vardı. Bir kəslə əl tutub görüşəndə Hz.Məhəmməd heç vaxt əlini birinci geri çəkməzdi, o qədər diqqətli idi ki, bununla qarşısındakı adamı incidəcəyindən ehtiyat edirdi.
Hələ Mədinədə olanda çox zəngin bir ailədə öz vəsaiti hesabına ona köməkçi ola biləcək gənc nökər almış, Peyğəmbərin hüzuruna gondərmişdi. Gəncin adı Ənas idi. Nökər saxlamağa öyrəşməmiş Hz.Məhəmməd Ənası qəbul etsə də, ona demək olar ki, iş buyurmurdu. Ənas özü tanış-bilişə danışıb deyərdi ki, — «Sahibim məni işlətmir. Hər işini özü görməyi üstün tutur»
Peyğəmbər, doğrudan da, kimsəni incidib əziyyət verməzdi. Fikirləşirdi ki, adam özünə aid olan işləri ancaq özü görməlidir.
Geyimi bahalı deyildi. Yırtılıb üzülmüş paltarını özü yamayır, başmaqlarını da özü təmizləyirdi. Üst-başının səliqəsinə xüsusi diqqət yetirir, pal-paltarını özü yuyurdu. Əlsiz-ayaqsızlara əl tutmağı ən xeyirxah iş kimi hamıya tövsiyə edirdi. Peyğəmbər cüzi yeməklə kifayətlənirdi. Süfrədə həmişə hamıdan az yeyərdi ki, başqaları doyunca yeyə bilsinlər. Aclıq hissinə üstün gəlsə də, qidalanmanın pozulmasından yaranan mədə ağrılarına çətinliklə dözürdü. Yoxsul ərəblər belə ağrıları dəf etmək üçün mədənin üstünə daş bağlayırdılar. Ağrının əzabına dözə bilməyəndə Hz.Məhəmməd də belə edərdi. Onunla bir süfrədə əyləşən dostlarından biri deyirdi ki, hələ bir dəfə də Peyğəmbərin qarın dolusu çörək yediyini görməmişdim.
Məhəmməd qadınlara və uşaqlara həssaslıqla yanaşır, onlara xüsusi qayğı göstərir, kömək edirdi. Körpələri oxşayıb, əzizləyirdi. Bəzən ibadət vaxtı dizləri üstə yatmış uşaq olardı. Onu oyatmağa qıymayan Hz.Məhəmməd ibadətindən də geri qalmazdı. Gecədən xeyli keçmiş otağına girən olsaydı, onu ibadət edən görərdi, otağın bir küncünə çəkilib, dua edərdi. «Biliyinizi artırın!» — deyə Peyğəmbər öz ardıclılarını öyrənməyə çağırırdı. Bilik həmişə çətinlikdə əlinizdən tutar. Qaranlıqda işıqlandırar, müşkülləri alışdırar. O, çətində sizin ən etibarlı dostunuz, tənhalıqda isə dayağınız olar. Bilik sahibini xoşbəxtliyə, ululuğa çatdırar, sonsuz iztirablara hüdud çəkər, adamı qüvvətli edər, dostları arasında hörmət qazandırıb zireh kimi düşmənlərdən qoruyar. Peyğəmbər heç vaxt üstünlüyə can atmırdı.
Başqalarından özü haqqında tərifli sözlər ummazdı. «Mən də sizin kimi insanam» — deyirdi. «Fərq bircə odur ki, Allahdan mənə vəhy gəlir və məndən sonra yer üzərinə bir də peyğəmbər gəlməyəcək. Mən sonuncu peyğəmbərəm. Mənə qədər bir çox peyğəmbərlər olub… Onlar Allahın kəlamlarını mənə qədər olan insanlara çatdırmışlar. İndi növbə mənimdir.»
Hər dəfə Məhəmməd Peyğəmbər Allahdan vəhy gələndə əhvalı pozulur, halbahal olurdu. Bədəni buz kimi soyuyur, alnını tər basır, sifəti ağappaq olurdu. Əl-ayağı daş kimi ağırlaşır, hərəkətdən qalırdı. Üzünün ifadəsi dəyişir, siması kədərdən kölgələnirdi.
Hz.Məhəmməd peyğəmbərlər arasında yeganə idi ki, eyni vaxtda tacir, inzibatçı, əsgər, ictimai xadim olmuş, bununla belə, təqiblərə məruz qalaraq didərgin düşüb qaçmışdır. O, ən çətin vaxtlarda belə Allahdan dönməmiş, ədalətsizliyə yol verməmişdir. Bütün ömrünü vaizliyə sərf etmiş, öz əməlləri ilə başqalarına nümunə göstərmiş, ibadət dərsi vermişdir.
Məhəmməd Peyğəmbərin həyatı kamilliyin ən bariz, ən gözəl nümunəsi olmuşdur.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabındana


Şərhlər:
Baxılıb: 1745
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz