Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müsəlman xanım, qürurum...
Müsəlman xanım, qürurum...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4048
Səs ver:
(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz”.
(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadının cihadı əri ilə xoş rəftarıdır. Ərinin onun üzərində olan haqqı bütün xalqın haqqından böyükdür”.
(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir: ləyaqətli və salehə xanım; geniş ev; məqsədə yetişmək üçün sürətlə gedən rahat minik; əxlaqı və əməli düz olan saleh övlad”.
(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Kişinin öz yoldaşı üzərində olan haqqı budur ki: (arvadı) çırağı yandırsın, yemək hazırlasın, evin qapısına qədər xoş sözlərlə onu qarşılamağa çıxsın və üzrlü vaxtlardan başqa özünü onun ixtiyarında qoysun”.
(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Allah buyurur: Hər vaxt mömin üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və möminə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar”.
(Asef baxacaq) Müsəlman xanım...
İmam Baqir (ə.) buyurur: “Qadınlar üçün Qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır”.
(Asef baxacaq) Müsəlman xanım...

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox”.

 

(Asef baxacaq) Müsəlman xanım...
İmam Rza (ə.) Əmir-əl-Möminin Əlidən (ə.) rəvayət edir: “Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır. Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir? Buyurdu: ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxə rclik etməyib qənaətcil olmaq; xoşxasiyyət, mülayimlik və mehribançılıq; əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək; ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək; əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq”.
(Asef baxacaq) Müsəlman xanım...
İmam Sadiq (ə.) buyurur: “ Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir”.
(Asef baxacaq) Müsəlman xanım...

İmam Baqir (ə.) buyurur: “Bir gün bir qadın Peyğəmbərin (s.ə.a.s.) xidmətinə yetişib o Həzrətdən sual etdi ki, kişinin qadının boynunda olan haqqı nədir? Peyğəmbər (s.ə.a.s.) cavabında buyurdu: İtaət edib ona qarşı çıxmamaq”.

 

(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür”.
(Asef baxacaq) Müsəlman xanım...
İmam Sadiq (ə.) buyurur: “Hər bir qadın əri haqlı olaraq ondan narahat olduğu halda gecələsə, mütəal Allah onun namazını əri razı olana qədər qəbul etməz”.
(Asef baxacaq) Müsəlman xanım...
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır”.
(Asef baxacaq) Müsəlman xanım...
Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmasıdır.


Şərhlər:
Baxılıb: 4048
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz