Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Din haqqında bilmədiklərimiz...
Din haqqında bilmədiklərimiz...
Göndərən: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 179
Səs ver:
Din..Din bəşərin yaradılması ilə birlikdə mövcud olub. Və insanlabirlikdə də olacaq bir inam sistemidir. Bəşəriyyət tarixinə nəzər yetirəndə dinsiz bir cəmiyyətə, xalqa rast gəlməyin mümkün olmadığını görürük. İnsanların tarixin heç bir dövründə dinsiz həyat yaşamadıqlarını elmi tədqiqatlar da göstərir. Bu isə bir cəmiyyəti yaşadan əsas ünsürlərdən birinin də din, inam olduğunu göstərir. Fəlsəfə, hüquq, əxlaq kimi bəzi elmlərin mənbəyinin də din olduğu qəbul edilir. Hətta Viktor Kuzin "Hər şey dinin ətrafında, din üçün, dinlə təşkil edildi" deyərək,"din"in mövzusunu daha da genişləndirir."Din" sözünün mənası"Din" sözünün kökünün arami, ibrani, fars və ərəb dilində olması ilə bağlı fikirlər səsləndirilsə də bu məsələdə birnəticə əldə edilməyib. "dənə, yədinu və diyanətən" şəklində lüğətlərdə yazılan və cəmi"əd-yan" şəklində qeyd edilən bu söz aşağıdakı mənalara gəlir:"cəza, mükafat, hökm, hesab, itaət, boyun əymək, ibadət, adət, hal, şəriət, qanun, yol, məzhəb, millət" və s.Din sözü Avestada "daena", pəhləvi dilində (qədim fars)"den" şəklində işlədilib. Bunların mənası da "yol, üslub, tərz" mənalarına gəlir. İbrani dilində əvvəllər "ibadət, qurban və dua" mənəlarına gələn "abodat elohim" həmçinin "din" mənasınıda ifadə edirdi. Qədim Yunan dilində isə "din" sözü qorxu ilə qarışıq hörmət mənasına gələn"trioheya" kəlməsi ilə ifadə edilirdi.Qədim türklər müxtəlif dövrlərdə "din" sözünü ifadə etmək üçün "drm", "darm","nom", "den" kimi sözlər işlədiblər. Ancaq tarixin seyri içində türk dövlətlərində və boylarında bu mənada hansı sözlərdən istifadə edildiyini müəyyən etmək çox çətindir. Ancaq uyğur türkləri arasında"din" sözünü ifadə etmək üçün eyni kəlmə işlədilib.Qərb dünyası bu gün istifadə edilən "din" sözünü nə yunanlardan, nə yəhudilikdən, nə də xristianlıqdan götürüb. Din mənasına gələn söz onların dillərin qədim bütpərəst Romadan keçib. Latın dilində"din" sözü haqqında "böyük hörmət, diqqət, təzim edilən şey" mənasında "religio" sözü işlədilirdi. Bu sözün"re-legere"dən və ya"bağlamaq" mənasına gələn və insanlarla Tanrı arasında əlaqəni ifadə edən"religare"dən törədiyi iddia edilib. Hazırda Qərb dillərində işlədilən "religion" kəlməsində qeyd edilən hər iki mənanın olduğu bildirilib.Hinduizmin müqəddəs dili olan sanskrit dilində "din" mənasında "dhr" kökündən törəyən "dharma" sözü işlədilir.Buddizmin müqəddəs dili olan Pali dilində "doktrina" mənasında "dhamma" şəklindədir. Bu söz "həqiqət, qanun, yol, vəzifə, nizam, fəzilət" kimi mənalara gəlir...Bu gün bütün dünyada din kəlməsi demək olar ki, eyni mənada istifadə edilir."Din" sözünün tərifi"Din" sözünün yüzlərlə tərifi var. Bu sözə o qədər çox tərif verilib ki, bu tərifləri bir yerə yığsaq, qalın bir kitab alınar. Elm adamları özlərinə görə müxtəlif təriflər veriblər. Lakinbu təriflərdə həmrəylik yoxdur.Bəzi tərifləri qeyd edərək bunların bir-birindən fərqli olduğunu göstərəcəyik:Din hər bir adamın müqəddəs hesab etdikləri ilə olan əlaqəsidir. Rudolf OttoDin ruhi varlıqlara inanmaqdır. E.B.Taylır (Tylor)Din mütləq itaət hissindən ibarətdir. Şlayirmaxer (Schleiermacher)Din insanın sonsuzu qavramasınıtəmin edən, ağıla və məntiqə tabe olmayan zehni bir qabiliyyətdir. Maks (Max) MüllerDin inanclar, davranışlar və sosial həyatın müəyyən şərtlərindən ibarət olan quruluşlar sistemidir. W.Tilok (Witold Tyloch)Din dua, qurban və inancla özünü göstərən bir arzudur. Föyerbax (Feuerbach).Din ən yüksək ictimai dəyərlərin şüurudur. Edvırd S. Amıs (Adward S. Ames).Din bir camaatın meydana gəlməsini təmin edən mərasimlər və inanclar sistemidir... E.DurkheimDin həmişə həyatı olan Tanrıya, yəni İlahi Şüur və İradənin kainatın idarə etdiyinə və insanlıqla əlaqəli əxlaq münasibətləri əlində tutduğuna inamdır. Ceymis Martinö (J.Martineau).Bu təriflərdə eynilik görmək mümkün deyil. Qeyd edilən təriflər bu tərifləri verənlərin dünya görüşlərinə, subyektiv fikirlərinə əsaslanır. Dinin həqiqətə yaxın tərifi, yəni bütün dinləri ehtiva edəcək tərifi ancaq din terminalogiyasının izahından sonra verilə bilər. Buna görə, din elmləri yönündən bir şeyi"din" edən məsələlər belə qeyd edilir:Fövqəlbəşər uca varlıqlara inam(Tanrı-tanrılar, mələklər, cinlərvə s.).Müqəddəs olanla olmayanı müəyyən edən məsələlər.İbadət, dini ayinlər və mərasimlər.Səmavi bir mənbəyə isnad edilən kitablar, mətnlər, şifahi ənənələr, əxlaq qaydaları.Fövqəlbəşər, fövqəltəbii müqəddəs varlıqlarla bağlı dini hisslər (qorxu, sirr, günahkarlıq,sitayiş, tövbə).Fövqəlbəşərlə əlaqə (vəhy, ilham, peyğəmbər, dua).Bir dünya, həyat və ölümdən sonrakı həyat.Yaşayış tərzi.Camaat, topluluq.Təqlid olmaması, orijinal olması.Siyasi məqsədlərlə və ya mənfəət xarakterli qurulmaması, təmiz olması.Yuxarıdakı məsələləri xülasə edəsi olsaq, bir dində aşağıdakılar olmalıdır: Tanrı və ya tanrı qavramı, inam, ibadət, əxlaq, müqəddəs kitab, vəhy-ilham, peyğəmbər-qurucu, və camaat. Bunları nəzərə alaraq Dinlər Tarixi yönündən dinə belə tərif verə bilərik: "Bir camaatının olduğu, müqəddəs kitabı, peyğəmbəri və ya qurucusu, Tanrı ifadəsini də ehtiva edən qavramı, etiqad sistemi və bu sistemə bağlı ibadəti, yerinə yetirməyə çalışdığı əxlaq qaydaları olan bütünlüyə din deyilir".Dinə bu cür tərif vermək də mümkündür: "İnam və davranış şəkilləri ilə insanlar arasındakı əlaqələri tənzimləyən, insanların yaxşı işlər görmələrini, sülh və sevinc içində birlikdə yaşamalarını təmin edən ümumi qaydalar bütünlüyüdür".İslam dininə görə isə din ağıl sahibi olan şüurlu insanları öz iradə və arzuları ilə xeyirli olanlara sövq edən ilahi qanundur. Din peyğəmbərlərin vəhyə və ilhama əsaslanaraq təbliğ etdiklərinin bütünlüyüdür. Din insanların kamala çatmaları üçün təqib edəcəkləri ən doğru yoldur. Din bəndə ilə Rəbbi arasındakı əlaqədir. Dini ancaq Allah göndərə bilər. Heç bir insan, hətta peyğəmbərlər də səmavi heç bir din meydana gətirə bilməzlər. Peyğəmbərlərin vəzifəsi ancaq təbliğdir. Din insanlara məxsusdur. Dindən ancaq insanlar fayda görürlər.


Şərhlər: 3
Baxılıb: 179
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Melumat ucun Allah razi olsun.
5 noyabr 2016 00:09
# 3
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
dinimizi bilmeıliyik sevmeliyik bizim dinimiz cox uca dindir cox sukur
2 noyabr 2016 14:30
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Məlumata görə təşəkkür
2 noyabr 2016 12:00
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz