Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səndən başqa kimim var ki....
Səndən başqa kimim var ki....
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1319
Səs ver:
Səndən başqa kimim var ki....
Rəbbim
Gerçək mənada məni sən sevdin… Nə qədərləri isə sevər kimi göründü… Amma daim, özlərini sevdilər… Çünki aciz idilər, fani idilər… Özlərinə belə çata bilmədilər ki, mənə çatsalar…
Hamısı Sənə borclu idi varlığını. Hamısının bir canı vardı… Və onlar, öz canları yanmadıqca, anlaya bilmədilər ağrını… Anlayanlar da onsuz da özlərincə bir məna çıxardı…
Sən varsan haqqıyla bilən məni… Hər şeyimlə bilən, hər şeyimlə sevən, bir tək Sən… Sevdiyini bilirəm, çünki sevməmiş olsaydın, o qədər özünlə məşğul etməzdin məni. Sevməmiş olsaydın, axtartdırmazdın beləsi…
Sən sevməmiş olsaydın, sevə bilər idimmi ki Səni?
Sən canımın Cananı… Sənin sevgində vəfanı idrak etdim mən… O bənzərsiz vəfana, cavab verməkdən aciz oldum hər vaxt… Səni, Sənin məni sevdiyin kimi sevməkdən acizəm… Çünki Sən yaradansan, ya mən? Mən, qul olmağı belə bacara bilməyən…
Yalnız Səndə idi təmin… Yalnız Səndə. Bir Sən çatdın mənə… Kəslərlə kifayətlənə bilmədim…
Acı çəkməyi sevər oldum Sənin icazəsinlə. Dərdlərin içində gizlənmiş nə qədər dərman tapdım…
Sevdirdiyincə sevdim Səni… Tapdırdığınca tapdım… Geridə nə varsa fani… Bütün varlıqların hamısı fani… Kimi gözəl, kimi çirkin, kimi orta, amma işdə hər biri fani… Budaqlardakı çiçəklər, göylərdəki buludlar, çöllər, mənbələr həmişə fani… İlğımlar və kölgələr fani…
Çöllərdə qalmağı sevdim Səninlə… Təkdim, izdihamlar içində… Hər şeydə Sənin sənətini görməyi sevdim mən… Hər kəsdə Səndən bir təcəlli tapmağı sevdim… Ulduzlarda nurunu, günəşdə narını, atəşdə harını tapmağı sevdim.
Heç bir şeyə möhtac olmayışını sevdim mən. Əziz oluşunu, Qədri mütləq oluşunu sevdim. Səttar oluşunu sevdim. Elə gözəl bir sirdaş idin ki Sən, kəslərə bir sirrimi vermədin. Günahıma baxmayaraq ucaltdın məni. Şərəf ikram etdin. Əkrəm-ül əkrəminsən…
Qulunu sevməyini sevdim. Ey Rəbbim! Mən unutdum, unutmadın. Mən, adını xatırlamadım, yenə də buraxmadın. Ucalar ucası eşqinə cavab vermək varkən, Səni buraxıb başqalarına yandım… Yenə də imtina etmədin məndən.
 
Sevdin məni, halbuki, mən Sənə qul belə ola bilmədim. Nankorluq etdim. Yenə də nemətlərini əsirgəmədin.
Şikayət edən, sızlanan, dərd yanan həmişə mən oldum. Sən, səbr etdin. Sən sevdin məni… Mənsə vəfasız bir sevgiliydim. Qiymətini bilmədim.
İndi, camalının həsrətiylə yanıram. Və Sənin söhbətin fani həzzləri məndən yox etdi. O qədər ki, günəşin qovurucu istisində də, sərinlədən küləkdə də, Sənin həsrətin içindəyəm

REDAKTE ETDI:  PRETTY GIRL



Şərhlər:
Baxılıb: 1319
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz