Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğul üstündür yoxsa imam?
Oğul üstündür yoxsa imam?
Göndərən: Ayten Melek
Şərhlər: 1
Baxılıb: 183
Səs ver:
Aşura gecəsi Bişrə xəbər gətirdilər ki, oğlu Rey şəhəri uğrunda gedən cihadda iranlılara əsir düşüb, onu xilas etmək üçün canbahası vermək tələb olunur. İmam öz beyətini Bişrin üzərindən götürüb onu azad buraxdı ki, gedib oğlunu azad etsin. Lakin Bişr o həzrəti tərk etməyəcəyini bildirib, getməkdən imtina etdi. Onda İmam Hüseyn (ə) Bişrə bir neçə ədəd bahalı parçadan köynək bağışladı ki, heç olmazsa, oğlunun canbahası olaraq göndərsin. Bişr köynəkləri qulamı vasitəsilə göndərib, özü Kərbəla-da qaldı və Aşura günü şəhid oldu. Rəvayətə görə, İmam Hüseyn (ə) Bişrə getmək icazəsi verəndə o, belə demişdi: "Əgər Səndən ayrılsam və az adamla Səni tənha qoyub getsəm, qoy vəhşi heyvanlar məni parçalayıb yesin! Ya Əba Əbdillah, bu, heç vaxt mümkün olan iş deyil!"

Geniş yayılmış rəvayətə görə, Bəzi düşmənin ilk kütləvi hücumunu dəf edərkən şəhid olmuşdur. Bəziləri isə onun təkbətək döyüşlərdə həlak olduğunu yazırlar. Bu nəzəriy¬yəyə əsasən, İmamın bütün səhabələri (Əhli-beytdən başqa) arasında ən sonda şəhid olan iki şəxsdən biri Bişr imiş.

Şikəst şəhid
Müslim ibn Küseyr Sədəfi Əzdi vaxtilə Həzrət Əlinin (ə) tərəfdarlarından olmuşdu. Bəzi tarixçilər onu hətta Peyğəmbərin səhabələrindən saymışlar. İslam fütuhatında, o cümlədən, Misrin fəthində fəallıq göstərmişdi. Müslim Həzrət Əlinin (ə) tərəfində vuruşduğu Cəməl müharibəsində ayağından yara almışdı və axsayırdı. Kərbəla səhrasında özünü İmam Hüseynə (ə) çatdırmışdı. Rəvayətə görə o, aşura günündə dizi üstə oturaraq, düşmənlə döyüşürdü. Düşmənin ilk kütləvi hücumunu dəf edərkən şəhid olmuşdur.

Həbsdə dünyasını dəyişmiş şəhid
Qəribə taleli şəhidlərdən biri də Süvar ibn Əbi Ümeyr Həmdanidir. Bəzi mənbələrdə adı Səvvar ibn Münim kimi qeyd edilib. İmam Hüseyn (ə) Kərbəlada köç saldıqdan sonra Süvar Kufədən gəlib Ona qoşuldu. Bir qisim tarixçilər onun ilk həmləni dəf edərkən şəhid olduğunu qeyd etmişlər. Lakin tarixçilərin əksəriyyətinin fikrincə, döyüşdə həlak olmamış, yaralanıb meydana yıxılmış və düşmən tərəfindən əsir götürülmüşdü. Onu Ömər ibn Sədin hüzuruna apardılar. Ömər qətlinə fərman vermək istəsə də, Süvarın həmqəbilələri şəfaət edib onu ölümdən xilas etdilər. Ömər ibn Səd onun qollarını zəncirlədib həbsə saldırdı (yaralı olmasına baxmayaraq), 6 aydan sonra Süvar həbsdə vəfat etdi.

Yaralı şəhid
Əmr ibn Abdullah Cündəi Bəni-Həmdan qəbiləsindən idi, İmam Hüseynə (ə) Kərbəlada qoşulmuşdu. Bəzi tarixçilər onu Əbu Sümamə Saidi adlı başqa bir Kərbla şəhidi ilə eyni adam hesab etsələr də, zənnimizcə, bu fikir həqiqətə uyğun deyil. Əmr aşura günündə mərdliklə döyüşüb, başından ağır yaralandı. Qohumları onu döyuş meydanından çıxarıb apardılar. Bir il ərzində müalicə olunsa da, faydası olmadı. Kərbəla faciəsindən düz bir il sonra həmin yaradan vəfat etdi.


Şərhlər: 1
Baxılıb: 183
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox onemli melumatlardir Allah razi olsun,Allah yezide min lenet etsin Amin İnsallah
14 oktyabr 2016 13:21
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz