Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qeybətin qazandırdığı günahlar
Qeybətin qazandırdığı günahlar
Göndərən: Pure Love
Şərhlər: 4
Baxılıb: 297
Səs ver:
Uca Allah insanları, bir-birinin haqqını tapdalamadan, əziyyət vermədən – ədəbli bir şəkildə yaşamağa çağırır. Çünki, insan – Allah üçün dəyərli varlıqdır. Bu dəyərli varlığın, dəyərli qəlbinə toxunulmasına əsla razı olmaz. Qeybətin, Allahın sevimli bəndələrinin qəlblərinə vermiş olduğu əziyyət, Onu qəzəbləndirir. Rəbbimiz, bu haqda belə buyurmuşdur:

“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”. (Hucurat, 12)

Buna görə də şübhəsiz ki, qeybət edən insan, Allaha dərhal tövbə etməlidir. Bu tövbə, həm Allaha yaxınlaşma, həm də əziyyət vermiş olduğu insanın, könlünü almağa bir fürsətdir. O zaman həmin insan, peşman olaraq, Rəbbindən bağışlanma dilədikdən sonra nə etməlidir? Könülləri almağın, vermiş olduğu əziyyəti təlafi etməyin yolu yolu nədir?

1. Əgər dedikləri, haqqında qeybət edərək zülm etmiş olduğu bəndənin qulağına çatmayıbsa “Allahım bizi və onu bağışla” deməsi kifayətdir. Buz zaman halallıq almasına gərək yoxdur.

2. Əgər dedikləri, qulaqlara çatıbsa, o halda bu söz yetərli olmaz, mütləq halallıq alması lazımdır. Halallığı “sənə filan-filan sözləri dedim” şəklindəmi, yoxsa sadəcə olaraq “qeybətini etdim, haqqını halal et” şəklində deməsinin lazım olduğuna gəlincə.. Əgər dediyi sözü təkrarladığı zaman daha da böyük inciklik baş verəcəksə, o zaman qeyd etdiyimiz ikinci formada – yəni, ümumi olaraq halallıq alması yetərlidir.

3. Əgər qeybətini etdiyi insan vəfat etmiş və ya onu tapmaq qeyri-mümkündürsə, o zaman həmin insan üçün sadəcə istiğfar (Allahdan onun günahlarını bağışlanmasını diləmək) etməlidir.

4. Əgər həmin söz, haqqında danışmış olduğu insana çatmadan öncə tövbə edərsə, -bundan sonra həmin insanın qulağına çatarsa belə- etmiş olduğu tövbə yetərlidir.

Bütün qeyd olunanlardan əlavə olaraq, qeybəti edilən insanı tərifləmək, onun üçün dualar etmək də, qeybətə kəffarə olan (silib aparan) əməllərdən hesab olunur.

Bunları etməklə, bir daha bu qorxunc əmələ dönməmək və qeybətçilərdən də uzaq olaraq, aşağıdakı ayənin təhdid dairəsindən qurtulmaq mümkündür:

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَة

“Hər bir qeybət edənin, tənə vuranın vay halına!” (Huməzə, 1)


Şərhlər: 4
Baxılıb: 297
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: hazal♡
Allah bizi qeybeten uzag etsin..inwallah
28 sentyabr 2016 21:51
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
hazal♡
Allah bizi qeybeten uzag etsin..inwallah
28 sentyabr 2016 21:26
# 3
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
vipbetul
qeybet etmek cox gunahdir Rebbim birce bu brede komek olsunki qeybetden uzaq olaq insallah
28 sentyabr 2016 13:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Təşəkkür xəbər üçün
28 sentyabr 2016 13:03
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz