Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sübh namazına qalxmaq üçün kömək olan amillər
Sübh namazına qalxmaq üçün kömək olan amillər
Göndərən: Ayten Melek
Şərhlər: 4
Baxılıb: 370
Səs ver:
1. Zəruri olan yuxu ehtiyacını ödəyə bilmək üçün tez yatmaq. Əks halda sübh namazının vaxtı çıxana kimi ya oyanmaq mümkün olmur, ya da oyanan kəs, olduqca yorğun və halsız olur. Buna diqqət et!
2. Dəstəmazlı halda yatmağa çalış. Bununla yanaşı, yatarkən, peyğəmbərimizin etmiş olduğu zikrləri etmək, çox faydalı olacaqdır.
3. Yatmazdan əvvəl, sübh namazına durmaq üçün sadiq niyyətli və əzmli ol. Tənbəlliyindən dolayı oyanmamağı və ya “dura bilsəm duraram” düşüncəli insan isə, bu cür niyyətlə sübh namazını qılmağa nail ola bilməz. Deməli, niyyətini düzəlt və əzmkar ol!
4. Yuxudan oyanan kimi dərhal uca Allahı zikr et. Bununla şeytanın düyünlərindən birini açmış olacaqsan. Daha sonra dəstəmaz aldıqda şeytan səndən uzaqlaşar, namazı qıldıqda isə hər şey yoluna düşər.
5. Namaza oyanmaq üçün ailə üzvlərinin və ya saleh yaxınlarının köməyindən istifadə etmək. Sübh vaxtı müsəlmanların telefonla zəng edərək bir-birlərini namaza oyatmaları və ya ailə üzvlərindən, bu məsələdə daha məsuliyyətli olanların, bu işdə yardımçı olması, buna misal ola bilər.
6. Allaha çoxlu dua edərək, müvəffəqiyyət diləmək. Həqiqətən də dua, hər bir şeydə uğur qazanmanın və müvəffəqiyyətin ən böyük səbəblərindəndir.
7. Xəbərdaredici vasitələrdən istifadə etmək (məsələn, saat zəngi). Həmçinin, həmin vasitələri yataqdan bir qədər uzaq qoymaq lazımdır ki, insan yuxulu ikən əlini uzadıb onu söndürə bilməsin və beləcə yuxudan oyana bilsin.
8. Yatanın üzünə (onun öncədən buna razılıq verdiyi halda) su səpmək. Bu da, dinimizin icazə verdiyi vasitələrdən sayılır.
9. Mənzildə tək yatmamaq. Peyğəmbərimiz (ona salam olsun) evdə tək yatmağı yaxşı bir hal hesab etməmişdir.
10. İnsanların nəzərindən uzaq yerlərdə yatmamaq. İnsanlar səndən xəbərdar olsunlar ki, oyana bilmədiyin təqdirdə, səni oyatsınlar.
11. Oyanan kimi ilk dəfədən yataqdan qalxmaq. Əks halda insan yenidən dərin yuxuya gedə bilər.
12. Saatın zəngini namazın vaxtından daha əvvələ qurmaq. Çünki insanların çoxu belə olduqda “hələ vaxt var” deyərək, yatağa qayıdır və yenidən dərin yuxuya gedir. Hətta bir neçə saat zəngi qoymaq da məsləhətdir ki, söndürüb yatdıqda, növbəti zəngə dua biləsən.
13. Oyandıqda, ilk olaraq işığı yandırmaq. Çünki işıq yuxunu qaçıran amillərdəndir.
14. Çox yuxusuz qalmamaq (hətta gecə namazına qalxsa belə). Çünki, əsas olan – vacibdir. Müstəhəb əməli yerinə yetirmək, səni vacibdən məhrum etməməlidir.
15. Yatmazdan əvvəl çox yeyib-içməmək. Bu, ağır yuxuya səbəb olan amillərdəndir.
16. Gecə namazı qılmaq istəyirsənsə, sübh namazına yaxın vaxtda – gecənin son 3/1-də qalx. Belə ki, vitr namazından bir qədər sonra artıq sübh namazının azanı verilmiş olacaq.
17. Yatarkən, sağ tərəf üzərində, üzü, sağ əlin ovucuna qoyaraq yatmaq. Bu, digər yatma formalarından fərqli olaraq, yuxudan oyanmanı asanlaşdırır.
18. İmkan olduqca, günorta bir qədər yatmaq (buna qaylulə deyilir).
19. Məğrib namazından sonra yatmamaq. Çünki bu vaxtlarda yatmaq günün sonunda insanda yuxusuzluq yaradır.
20. Ən nəhayət – ixlaslı olmaq (daima Allahın razılığını düşünmək, Onun razılığına can atmaq). Həqiqətən də hər bir işin başında məhz bu amil durur.


Şərhlər: 4
Baxılıb: 370
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Efsuw2016
Men qalxa bilmirem hee an qezaya dusur Allah şeytana lenet elesin
16 sentyabr 2016 14:04
# 4
Ailemi sevirem
Barbaris
Allahim Namazimzi qebul etsin
16 sentyabr 2016 13:55
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
Rebbimin her zamans evimli razi olduqu qullarindan olaq insallah
16 sentyabr 2016 12:33
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Ele olurki men ayilib Saat zengini sondurub namazimi qiliram ..hemd olsun.Allah Teala bizi heqiqi namaz qilanlardan eylesin Amin.
16 sentyabr 2016 11:45
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz