Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən iyrənc səbir
Ən iyrənc səbir
Göndərən: Pure Love
Şərhlər: 3
Baxılıb: 313
Səs ver:
Səbir iki qisimdir: bir qismi tənqid olunan; digər qismi tərifəlayiqdir. Allahdan, Onun məhəbbətindən və qəlbin Ondan uzaqlaşmasına səbir etmək tənqid olunan səbirdir. Bu səbir insanın tamamilə kamillikdən və yaradılmış olduğu məqsəddən uzaqlaşmasını əhatə edir.

Bu səbir, səbirlərin ən çirkinidir. Çünki onsuz yaşamayacağı sevgilisindən uzaqlaşmağa səbir edən kimsənin səbrindən daha artıq və daha çirkin bir səbir yoxdur.

Allah-taala dostları üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin qəlbinə girmədiyi nemətlər hazırlamışdır. Bu nemətlərə nail olmaq üçün dünyanı tərk edib, özünü ibadət və itaətə həsr edən zahiddən (özünü ibadətə həsr etmiş kəsdən) daha böyük bir zahid yoxdur. Belə ki, bir kimsə zahidlərdən birinin tərki-dünyalığına heyrət edərək: “Səndən daha zahid heç kimi görmədim”– dedi. Həmin adam da: “Sən məndən daha zahidsən. Mən əbədi olmayan və vəfasız olan dünyadan uzaqlaşdım (dünyaya qarşı zahid oldum), sən isə axirətdən uzaqlaşdın (axirətə qarşı zahid oldun). Hansımız daha zahidik?”– dedi. Yəhya bin Muaz ər-Razi dedi: “Sevənlərin səbri, zahidlərin səbrindən daha çox heyrət ediləcəkdir. Çox təəccüblüdür, necə səbir edirlər?”

Bu xüsusda deyirlər ki, səbir hər yerdə təriflənir. Ancaq sevgilidən uzaqlaşma mövzusundakı səbir təriflənməz. Bir nəfər Şiblidən soruşdu: “Hansı səbir, səbir edənlərə ən ağır olanıdır?” Şibli belə cavab verdi: “Allaha görə sevmədə və Allaha görə qəzəblənmədə səbir”. Həmin adam: “Xeyr” – dedi. Şibli: “Hər şeydə Allaha görə uyğun səbir etmək” – dedi. Adam: “Xeyr” – dedi. Şibli: “Allahla bərabər səbir” – dedi. Adam yenə razı olmadığını bildirdiyi üçün Şibli soruşdu: “Bəs hansı səbirdir?” O da belə cavab verdi: “Allahdan uzaqlaşmağa səbir”. Bunu eşidən Şibli elə fəryad qopardı ki, sanki ruhu çıxacaqdı. (Risalətul-Quşəyriyyə, səh. 185)

Hər şeydə səbir təriflənir, ancaq seviləndən uzaqlaşmağa səbir məzəmmət olunur. Başqa biri də sevgilidən uzaqlaşmağa səbir haqqında: “Kişilər hər şeyə qalib gəldiyi halda, sevginin də onlara qalib gəldiyini görərsən. Onun sevgisi mənə elə təsir etdi ki, sol tərəflə sağ tərəf eyni oldu. Ondan uzaqlaşmağa necə səbir edilir?” (Risalətul-Quşəyriyyə” səh. 186).

Biri sevgilisinə onun sevgisindən çəkdiyi əzaba görə şikayət edəndə sevgilisi demişdir: “Əgər sən sevgində səmimi olsaydın məndən uzaqlaşmağa səbir edə bilməzdin”.

Ey insan! Allahdan uzaqlaşmağına səbir etmə! Bu səbir deyil, insanın fərqinə varmadığı bir qafillikdir. Səbir et, amma Allahdan, Onun dinindən, ibadətdən uzaqlaşmağa qarşı səbirsiz ol! Bu mənada: Allah sənə səbir verməsin!..


Şərhlər: 3
Baxılıb: 313
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Helena
Ozum cox sebirliyem eseblewendede sakit daniwiram
15 sentyabr 2016 19:36
# 3
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ulduz
bgezi hallarda sebirli sukurlu oluram amma o sebrin dasdigi vaxtlar olur...sebr edende her sey yaxsi olur
15 sentyabr 2016 13:45
# 2
vipbetul
sebirli insani Allahda sever
15 sentyabr 2016 09:35
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz