Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmanın zəifliyinin təzahürü
İmanın zəifliyinin təzahürü
Göndərən: Ayten Melek
Şərhlər: 3
Baxılıb: 210
Səs ver:
Həqiqətən, iman zəifliyi xəstəliyinin bir çox əlamətləri və təzahürləri vardır. Onlardan:

1. Günaha düşmək və haram işlər görmək: günahkarlar günah işlədərkən gah bu günahda israrlı olar, gah da cürbəcür günahlar edərlər. Bir günahı çox etmək onun adət halına gətirib çıxarılmasına səbəb olur, tədricən həmin günahın qəbahət olması qəlbdən silinər, hətta günahkar olan kəs öz günahını başqaları arasında da söylər. Bu barədə rəsulullah (s) buyurur: «Günahlarını yayan kəslərdən başqa bütün ümmətim bağışlanar. Bir kəs gecə bir günah iş görər, səhər açılarkən isə Allah onun günahını örtər. Bunun əksinə həmin şəxs, «ey filankəs mən dünən gecə filən işi gördüm» deyərsə, axşam yatarkən Allah onun günahını örtdüyü halda, səhər açılarkən Allah pərdəni ondan götürər» (Buxari, «Fəth əl-Bari», 10/486).

2. Qəlbin sərtliyini və kobudluğunu hiss etmək : belə olduğu halda insan qəlbinin heç bir şeydən təsirlənməyən sərt bir daşa çevrildiyini hiss edər. Allah taala buyurur: «Bundan sonra qəlblərimiz yenə sərtləşərək daş kimi, bəlkə də daha sərt oldu» (əl-Bəqərə, 74) . Sərt qəlbli insana ölüm barədə söhbət, hətta meyitləri və cənazələri görmək belə təsir etməz. Bəlkə də cənazəni daşımaq, onu dəfn edib üzərinə torpaq atmaq adi bir şeydir. Onun üçün qəbirlər arasında gəzmək, adi daşlar arasında gəzmək kimi bir şeydir.

3. İbadətlərdə mükəmməl olmamaq : Namaz, Quran tilavəti, dualar və s. ibadətlər əsnasında fikir dağınıqlığı, zikrlərin mənaları haqqında dərindən fikirləşməmək, əzbərdən bildiyi zikirləri yeknəsək və cansıxıcı şəkildə etmək bu qəbildəndir. İbadətlərini belə yerinə yetirən insanlar adət halında etdiyi müəyyən duaları sünnədə gələn tərzdə yalnız müəyyən vaxtda edər, duaların mənaları haqqında belə fikirləşməzlər. Allah sübhanəhu və taala «… qafil qəlbin duasını qəbul etməz». (Tirmizi, 3479; «Səhih hədislər silsiləsi», 594) .

4) İtaətlərdə və ibadətlərdə tənbəllik etmək və ya onları yerinə yetirməmək. Bu formada edilən ibadətlər yalnız quru və ruhsuz hərəkətlərdən ibarətdir. Allah taala münafiqləri belə vəsf edir: «Onlar namaza durduqda yerlərindən tənbəlliklə qalxarlar» (ən-Nisa, 142). Həmçinin, xeyir əməllər etmək fürsətini və ibadət vaxtlarını qaçırmaq bu qəbildəndir. Bu, insanın savab qazanmağa əhəmiyyət verməməsinə dəlalət edir. Elə insanlar imkanı olduğu halda Həcc etməyi gecikdirər, camaat və cümə namazlarına gecikər. Rəsulullah (s) buyurur : «Bir qövm nə qədər ki, ilk sıraya gecikir, Allah onları odda buraxar» . ( Əbu Davud, 679; Səhih ət-Tərğib», 510) . Belə insanlar vacib bilinən namazlara biganə yanaşaraq yatıb qaldıqda vicdan əzabı hiss etməzlər. Nafilə ibadətləri tərk etdikdə, onları yenidən yerinə yetirməz və ya əvəzlərini nə iləsə ödəmək istəməz. Belə insanlar nafilə və «Fardu kifəyə» olan ibadətləri qəsdən tərk edər, bayram namazlarında iştirak etməzlər. Halbu ki, elm əhlinin bəzilərinin rəyinə görə bayram namazında iştirak etmək vacibdir. Günəş və Ay tutulması zamanı namaz qılmaq, cənazədə iştirak etməyə və onun üçün namaz qılmağa əhəmiyyət verməz. O insan savab qazanmaq istəməz, əksinə buna ehtiyac belə duymaz. Allah taalanın aşağıda vəsf etdiyi bu insanlardan fərqli olaraq onlar savaba ehtiyac belə duymazlar: «Onlar xeyir işlər görməyə tələsər, rəğbət və qorxu ilə Bizə ibadət edərlər. Onlar bizə müti idilər» (əl-Ənbiya, 90) .
Nafilə ibadətlərdə, gecə namazlarına qalxmaqda, məscidlərə erkən getməkdə və sair nafilə ibadətlərdə tənbəllik etmək ibadətlərdə səhlənkarlığın görünən tərəflərindəndir. Duha namazından, iki rükətlik tövbə və istixarə namazlarından qazanacaq savab insanın ağlına belə gəlməz.

5) Can sıxıntısı, şəhvət dəyişkənliyi, qapalı xasiyyətlilik zəif imanın görünən tərəfidir. Belə olduğu halda sanki, insan ağır bir yükün altında əzilər, tez əsəbləşər və adi bir şeyin üstündə qalmaqal yaradar. Ətrafındakı insanların hərəkətləri onu sıxar, əliaçıqlıq sifətini itirər. Rəsulullah (s) imanı belə vəsf edir: «İman səbir və əliaçıqlıqdır» . (Səhih hədislər silsiləsi», 554, 2/86) .
Rəsulullah (s) mömini bu cür vəsf edir: «Əsl mömin səmimi olan və dostluq yaradandır. Bunları etməyən insanda xeyir olmaz» . («Səhih hədislər silsiləsi», 427) .

6) Qurandan, onun müjdəsindən, əzabından, əmrindən, nəhyindən və qiyaməti vəsf edən ayələrindən təsirlənməmək. Zəif imanı olan Qurana qulaq asmaqdan qaçar, ona davamiyyətli qulaq asmaqdan bezər, hər dəfə Quranı açdıqda isə az qalar ki, onu bağlasın.

7) Allah taalanı zikr etməkdən, ona dua etməkdən qafil olmaq. Bu zaman zikr etmək zikr edən üçün çətin olur, əllərini dua etmək üçün qaldırdıqda, tez bir zamanda aşağı salıb işinə qayıdır. Allah münafiqləri belə vəsf edir: «Onlar Allahı olduqca az yad edərlər» (ən-Nisa, 142) .

8) Allahın haram buyurduğu əməllər edildikdə hirslənməmək. Çünki iman alovu artıq qəlbdə sönmüşdür. Əzalar isə inkar etmək xüsusiyyətini tamam itirir. Həmin qəlb öz sahibinə yaxşı işlər görməyi əmr edib pis işləri qadağan etməz. Allah qarşısında isə həya etməz. Rəsulullah (s) zəiflik bəlasına düçar olmuş bu qəlbi səhih hədisdə belə vəsf edir: «Fitnələr qəlblə təkrar-təkrar üzləşər. O, fitnələr hansı qəlbə tamamilə daxil olarsa, orada qara nöqtə qoyar» . Rəsulullahın (s) hədisin sonunda qeyd etdiyi kimi, iş o yerə çatar ki, «qəlb getdikcə qaralmağa başlayar, xeyir işlər görməz, pis işlərdən üz döndərməz, yalnız öz istəklərini yerinə yetirər» . (Müslim, 144).
Həmin şəxsin qəlbindən xeyir işlərə məhəbbət, pis işlərə olan nifrət silinər. Onun üçün yaxşı-pis nə var hamısı eynidir. Nəinki, o, yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməz, hətta pis bir əməl gördükdə, qəlbində həmin əmələ qarşı razılıq olar. Bununla da o, həmin günahda iştirak edib onu təsdiqləmiş olar. Rəsulullah (s) səhih hədisdə buyurur: «Əgər yer üzərində bir xəta işlənərsə, və kimsə o xətanın şahidi olarkən ona pis baxarsa, yaxud onu inkar edərsə, sanki onu görməmiş kimidir. Və əgər kimsə o xətanın şahidi olarkən onu inkar etməzsə, o kəs həmin xətanı işləmiş sayılar» (Əbu Davud, 4345; «Səhih əl-Cami», 689) . Razılıq hissi qəlblə bağlı olan bir əməldir. Günahı təsdiqləyən kəs onu etmiş kimidir.

9) Şöhrətpərəstlik. Bunun da aşağıdakı formaları var:
- Rəhbərlik və liderlik arzusu, məsuliyyət və cavabdehlik hissini dərk etməmək. Rəsulullah (s) bizi bu əməldən çəkindirərək buyurur: «Həqiqətən, siz rəhbərlik etməyə çox həris olacaqsınız. Qiyamət günü isə peşman olacaqsınız. Əmizdirmək necə də gözəldir, onun əksi isə necə də pisdir» . (Buxari, 6729) . Əmizdirmək deyəndə, rəhbərliyin əvvəli, əksi deyəndə isə sonu nəzərdə tutulur. Həqiqətən, onun əvvəli mal, cah-cəlal və ləzzətdir. Sonu isə ölüm, vəzifəni itirmək və qiyamət günü öz təbeçiliyində olmuş insanlara yalvarışdır. Rəsulullah (s) başqa bir hədisdə buyurur: «Əgər istərdinizsə sizə rəhbərlik və onun nə olduğu barəsində xəbər verərdim. Onun əvvəli azar, ikincisi peşmançılıq, üçüncüsü isə Qiyamət günündə əzabdır. Yalnız adil olanlar istisnadır». (Təbarani, 18/72; «Səhih əl-Cami», 1420) .
Əgər rəhbərlik edən şəxs vacib olanı yerinə yetirərsə və daşıdığı məsuliyyəti dərk edərək var gücü ilə haqq-ədalət uğrunda çalışarsa, ondan daha adili tapılmaz. Necə ki, Yusif əleyhis-salam yalnız yaxşılıq və xeyirxahlıq edərdi. Lakin, əksər hallarda rəhbərlik edən şəxs əlində olanlardan istifadə edərək daha da azğınlaşır, yalnız özünün qabaqda olmasını istəyir, başqalarını və onların haqlarını tapdalayır, əmr və qadağa təşəbbüsünü yalnız öz əlində cəmləşdirir.
- Məclislərdə baş yeri tutmaq istəyi, təşəbbüsü ələ almaq, başqalarını dinləməyə məcbur etmək, hər bir işi öz mənafeyinə uyğun təşkil etmək. Belə məclislərin başında mövqe tutmağa hərislik rəsulullahın (s) çəkindirdiyi əməllərdəndir: «Bu cür mövqelərdən qorunun!» . (Beyhəqi, 2/439; «Səhih əl-Cami», 120) .
- O, gəldikdə insanların ayağa qalxmasını istəmək, zəiflik xəstəliyi bürümüş qəlbində təzim olunduğundan həzz almaq. Rəsulullah (s) buyurur: «Kim istəsə ki, Allahın qulları onun üçün ayağa qalxsınlar, cəhənnəmdə oddan hazırlanmış evini hazır bilsin!» (Buxari, «Əl-Ədəbul mufrad», 977; «Səhih hədislər silsiləsi», 357)
Muaviyə İbn Zubeyr və İbn Amirin yanına daxil olanda İbn Amir ayağa qalxdı, İbn Zubeyr isə oturuqlu qaldı. Bunu görən Müaviyə İbn Amirə dedi: «Otur! Mən rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «Kim insanların ayağa durmaqla onu təzim etməsini istəsə, oddan hazırlanmış yerini hazır bilsin!» . (Əbu Davud, 5229; Buxari, «Əl-Ədəbul mufrad», 977; «Səhih hədislər silsiləsi», 357).
Belə insanları qəzəb artıq öz cənginə almışdır. Bir məclisə daxil olduqda qadağan olunmasına baxmayaraq, başqalarının ayağa qalxaraq təzim etmələrini istərlər. Rəsulullah (s) buyurur: «Bir insan başqasını yerindən qaldırıb sonra özü orada oturmasın!» . (Buxari, 11/62).

10) Xəsislik və paxıllıq . Allah taala öz kitabında ənsarları tərifləyərək buyurur: « Özləri ehtiyac içində olsalar belə, onları (mühacirləri) özlərindən üstün tutarlar» (əl-Həşr, 9). Allah taala bildirir ki, nicat tapanlar o kəslərdir ki, özlərini paxıllıqdan qoruyarlar. Şübhə yoxdur ki, imanın zəif olması paxıllıq və tamahkarlığa səbəb olur. Peyğəmbər (s) buyurur : «Paxıllıq və iman insanın qəlbində heç vaxt bir yerdə ola bilməz» . (Nəsai, 6/13; «Səhih əl-Cami», 2678).
Paxıllığın və tamahkarlığın təhlükəliliyinə və insanın başına gətirəcəyi bəlalara gəlincə, rəsulullah (s) bu haqda buyurur: «Tamahkarlıqdan çəkinin, sizdən əvvəlkilər tamahkarlıq etdikləri üçün məhv oldular. Tamahkarlıq onlara xəsisliyi əmr etdi, xəsislik etdilər, qohumluq əlaqələrini kəsməyi əmr etdi, qohumluq əlaqələrini kəsdilər, günah etməyi əmr etdi, günahkar oldular» . (Əbu Davud 2/324; «Səhih əl-Cami», 2678).
Xəsisliyə gəlincə, zəif iman sahibi sədəqə diləyən bir kəsə sədəqə verməz, hətta müsəlman qardaşının ehtiyac içində olduğunu görsə belə, Allah yolunda nəyindənsə keçməz. Allah taalanın kəlamından daha bəlağətli ola bilməz. Allah taala buyurur: «Budur siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edənlər də var. Hər kəs xəsisilik etsə, yalnız özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər ondan üz döndərsəniz yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər!» (Məhəmməd, 38).

11) İnsanın etməyəcəyi bir işi söyləməsi. Allah taala buyurur: «Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar» (əs-Saf, 2-3). Şübhəsiz ki, bu nifaqın bir növüdür. Kim Allah taalanın bu ayəsinə zidd hərəkət edərsə, onun əməli Allah qatında pislənər, insanlar tərəfindən isə qəbul olunmaz. Cəhənnəm əhli dünyada özlərinin riayət etmədikləri halda başqalarına yaxşı işləri əmr edib, pis işlərdən çəkindirməyin nə demək olduğunu biləcəklər.

12) Müsəlmanın uğursuzluğa, itkiliyə, aclığa, müsibətə düçar olduqda sevinmək, şənlənmək . Belə insan müsəlman qardaşının itkiyə uğramasına sevinir. Çünki həmin insanı müsəlman qardaşından fərqləndirən şey artıq yox olmuşdur.

13) İman zəifliyinin əlamətlərindən biri də hadisələrə, günaha düşmək və ya ancaq günaha düşməmək cəhətindən baxmaq və məkruh əməllərə göz yummaq . Bəzi insanlar hər hansı bir əməl etmək istədikdə, xeyir əməllər barəsində soruşmurlar. Yalnız edəcəkləri əməlin günaha səbəb olub-olmadığını, haram, yoxsa, sadəcə bəyənilməyən əməl olduğunu soruşarlar. Bu cür düşüncə şübhələrin yaranmasına və məkruh əməllərin edilməsinə gətirib çıxarır, günbəgün haramlara yaxınlaşdırır. Bu düşüncənin sahibi etdiyi əməlin haram olmadığını fikirləşdiyi halda, onun məkruh əməl və ya günah işlədərkən qarşısında heç bir maneə olmur. Bu barədə peyğəmbər (s) xəbər verərək buyurur: «Tikanlığın ətrafında qoyun otaran çobanın tikanlığa düşməsinə az qaldığı kimi, şübhələrə düşən haramlara düşmüş olar» . (Buxari, Müslim, 1599) . Hətta bəzi insanlar bir əməlin haram olmasını biləndə onun haramlılığının şiddətli olub olmaması və günahının nə dərəcədə ağır olması barəsində də fitva almaq istəyirlər. Belə olduğu halda həmin şəxs günahdan uzaqlaşmağa heç əhəmiyyət də vermir. Əksinə o, günahların və Allahın haram buyurduğu əməllərin nə dərəcədə pisliklərə səbəb olacağına əhəmiyyət vermədən, haramın ilk pillələrini həyata keçirməyə hazırlaşır. Bununla da, günahla həmin günahı icra edən əzalar arasında heç bir maneə olmur. Bu barədə rəsulullah (s) səhih hədisdə buyurur: «Ümmətimdən elə insanlar tanıyıram ki, Qiyamət günü böyük dağ boyda savablarla gələcəklər, lakin Allah onların savablarını səpələnmiş toza çevirəcək» . Sövban dedi: ya rəsulullah, onları bizə vəsf et və say ki, biz bilməyərəkdən onlardan olmayaq! Rəsulullah buyurdu: «Onlar sizin cildinizdən olan qardaşlarınızdır. Sizin kimi gecələr ibadət edərlər. Lakin onlar elə kəslərdir ki, tək qaldıqları zaman Allah haram buyurduğu şeyləri edərlər». (İbn Macə 4245. «Zəvaid»də bu hədisin sənədinin səhih, ravilərinin isə etibarlı olması barəsində qeyd olunur. «Səhih əl-Cami», 5028) . Belə insan fikirləşmədən və tərəddüd etmədən günaha düşür. Bu günahı işlətdikdən sonra utancaqlıq hissi keçirən və tərəddüd edən kəsdən daha pisdir. Hər iki şəxs ziyandadır. Lakin, birincisinin vəziyyəti ikincisindən daha acınacaqlıdır. Belə insanlar imanlarının zəifliyindən günahlara diqqətsiz yanaşırlar, etdikləri əməllərdə günah görmürlər. İbn Məsud (r) möminin və münafiqin halını belə təsvir edir: «Həqiqətən mömin günahlarını bir dağ altında oturub, və o dağın onun başına uçmasından qorxduğu kimi görür. Münafiq isə öz günahlarına elə baxır ki, sanki burnunun ətrafında milçək dolaşır və o da əli ilə onu qovur» (Buxari, 11/102; bax: «Təğliq ət-taliq», 5/136).

14) Yaxşı əməllərə xor baxmaq, kiçik xeyir əməllərə laqeydlik göstərmək . Rəsulullah (s) bizə belələrindən olmamağı öyrətmişdir. İmam Əhməd (Allah ona rəhmət eləsin!) Əbu Cərri əl-Həcimidən rəvayət edərək bildirir ki, o belə buyurur: «Rəsulullahın (s) yanına daxil oldum və dedim: Ya rəsulullah, biz bədəvilərdənik bizə elə bir şey öyrət ki, Allah təbarəkə və taala bizə onunla savab yazsın. Rəsulullah buyurdu: «Yaxşı işlərə barmaqarası baxma, hətta biri səndən su istəyərsə, öz qabından ona su ver və müsəlman qardaşınla danışarkən gülərüzlü ol!» (Əhməd, «Müsnəd», 5/63; «Səhih hədislər silsiləsi», 1352). Yəni, biri gəlib sənin quyundan su istəsə, öz qabından onun qabına su boşalt! Zahirdə bu kiçik əməl görsənsə də, onu heç kimi qəbul etmək olmaz. Həmçinin, müsəlman qardaşının üzünə gülmək də savab əməl kimi yazılır. Məsciddən zibilin və pisliyin götürülməsi də Allah qatında savab sayılır. Bəlkə də saman çöpü boyda bir xeyir əməl kiçik olsa da, günahların bağışlanmasına səbəb olar. Allah taala da bu əməllərə görə qulunu bağışlayar. Rəsulullah (s) buyurur: «Yoldan keçərkən kimsə yerə düşmüş bir ağac budağını «mən bunu müsəlmanların yolunu təmizləmək üçün edirəm ki, onlara əziyyət olmasın» deyərək götürərsə, cənnətə daxil olar» (Müslim, 1914).
Həqiqətən, kiçik yaxşılıqlara xor baxan kəs üçün ziyan və zərər var. Kiçik yaxşılıqlara dəyər verməyən insan rəsulullahın (s) qeyd etdiyi böyük bir məziyyətdən məhrum olur. Belə ki, Allahın rəsulu (s) buyurur: «Kim müsəlmanların yolundan maneəni yox edərsə, onun üçün bir savab yazılar. Kiminsə savabı qəbul olunarsa, Cənnətə daxil olar» (Buxari, «əl-Ədəb əl-Mufrad», 593; «Səhih hədislər silsiləsi», 5/387).
Başqa rəvayətdə bildirilir: «Muaz (r) yanında bir nəfərlə gedərkən yolun ortasında olan daşı qaldırdı və kənara atdı. Yanında olan kişi bunu görərək dedi: «Niyə belə etdin?» O isə cavabında dedi: Rəsulullahın (s) belə buyurduğunu eşitmişəm: «Kim yolda olan bir daşı qaldırarsa, ona savab yazılar. Kiminsə savabı varsa, Cənnətə daxil olar» (Təbərani, «əl-Mucam əl-kəbir», 20/101; «Səhih hədislər silsiləsi», 5/387).

15) Müsəlmanların problemlərinə qarşı diqqətsizlik və həmin problemlərə fəaliyyətsiz yanaşmaq, dua, sədəqə və ya hər hansı bir yardımla kömək etməmək . Bu elə bir soyuqqanlıqdır ki, müsəlman qardaşları düşmən tərəfindən bəlaya, təzyiqə və zülmə uğradıqları vaxt o, yalnız öz rahatlığını fikirləşir. Bu, imanın zəifliyinin nəticəsidir. Müsəlman olan kəsə belə olmaq yaraşmaz. Peyğəmbər (s) buyurur: «Möminin iman əhlinə nisbəti, başın bədənə nisbəti kimidir. Baş ağrıyarkən bədən necə ağrıyarsa, mömin də iman əhlinə görə elə ağlayar» (Əhməd, «Müsnəd», 5/340; «Səhih hədislər silsiləsi», 1137) .

16) Qardaşlar arasında qardaşlıq əlaqələrinin kəsilməsidir.
Peyğəmbər (s) buyurur: «Aralarında günah olduğu zaman iki nəfərdən birinin bu günahı digərinin üzünə vurması ilə, onlar Allah qatında və islamda dost ola bilməzlər» (Buxari, «əl-Ədəb əl-Mufrad», 401; Əhməd, «Musnəd», 2/68; «Səhih hədislər silsiləsi», 637). Bu, ona dəlalət edir ki, günahın törətdiyi pislik, qardaşlıq bağlarını qırır, əlaqələri kəsir. İnsanın bəzən müsəlman qardaşları ilə qarşılaşldığı bu acınacaqlı hal, günahlara qurşanmaq səbəbindən imanın aşağı düşməsinin nəticəsidir. Çünki Allah taala asi olan kəsi insanların qəlbindən silər, ona qarşı heç bir hörmət və dəyər hissi bildirilməz. Həmçinin, həmin şəxs insanların dostluq münasibətindən və Allahın himayəsindən məhrum olar. Çünki Allah yalnız iman gətirmiş kəsləri himayə edər.

17) Dinin tələb etdiyi əməllərə məsuliyyətsiz yanaşmaq. Dinin yayılmasında, təbliğində səy göstərməmək imanın zəifliyindən xəbər verir. Dinə belə münasibət göstərən insanlar rəsulullahın (s) səhabələrindən çox fərqlənirlər. Çünki onlar dini qəbul etdiklərində dərhal üzərlərinə düşən məsuliyyəti dərk etdilər. Tufeyl bin Amrın (r) müsəlman olması ilə öz qövmünü dəvət etməyə başlaması arasında üzün vaxtmı olmuşdur?! O, dərhal dini öz qövmünə təbliğ etməyə başlamış, dinə daxil olmaqla tək daşıdığı böyük məsuliyyəti hiss etmişdir. O, rəsulullahdan (s) qövmünün yanına qayıtmasını istəmiş və Allahın dininə dəvət etmək üçün yola düşmüşdür. Bu gün isə, insanların çoxu dinə daxil olduqdan, bu dini təbliğ etmək mərhələsinə çatana kimi uzun vaxt keçirirlər.
O zaman ki, insanlar Məhəmmədin (s) səhabələri, silahdaşları olmuşlar, onlar dinə daxil olduqları an düşünmədən kafirlərdən üz döndərir, onlardan ayrılırdılar. Yəmanə əhlinin başçısı Səmamə bin Əsəl əsir alınıb gətirilərkən rəsulullah (s) ona İslam dinini ərz edir. Sonra Allah onun qəlbini imanla nurlandırır və o, müsəlman olur, Umrə etmək üçün yola düşür. Məkkəyə çatdıqda Qureyş kafirlərinə xitab edir: «Rəsulullahın (s) icazəsi olmadan Yəmamədən sizə bir buğda dənəsi belə çatmayacaq» (Buxari, 8/87). Onun kafirlərlə əlaqəni kəsməsi, onlara qarşı iqtisadi embarqo qoyması və bütün imkanlarını Allahın dinini təbliğ etmək üçün sərf etməsi, İslamı qəbul etməsindən dərhal sonra oldu. Çünki onun mütləq imanı bütün bu əməlləri zəruri edirdi.

18) Bəla və ya hər hansı bir problemlə üzləşərkən qorxmaq.
Belə insanlar həmin vaxt qorxudan tir-tir əsər, müvazinətini itirər, ağlı başından çıxar. Problemlə qarşılaşdığı an özünü itirər, gözlər bərələr, onu vahimə bürüyər. O, baş vermiş hadisənin qarşısında güclü iradə və cəsur ürəklə dayana bilməz. Bütün bunların səbəbi imanın zəifliyidir. Əgər onun imanı güclü olsa, o, hər cür bəlaya və çətinliyə qarşı güclü iradə ilə sinə gələ bilər.

19) Münaqişənin, çəkişmələrin və qəlbi sərtləşdirən riyakarlığın çoxluğu . Rəsulullah (s) səhih hədisdə buyurur: «Hidayətə gələndən sonra bir qövmün azğınlığa düşməsi yalnız onların bir-biri ilə çəkişmələri səbəbiylədir» (Əhməd, «Müsnəd», 5/252; «Səhih əl-Cami», 5633) Dəlilsiz və sağlam bir məqsədi olmadan çəkişmək, münaqişə etmək haqq yolundan uzaqlaşdırmağa aparıb çıxarır. Bu gün insanlar ən çox batillə elmsiz, haqsızcasına və müqəddəs kitaba uyğun olmadan münaqişə edirlər. Rəsulullahın (s) bu hədisi həmin çirkin xisləti tərk etmək və ondan qorunmaq üçün kifayətdir. Allahın rəsulu (s) belə buyurur: «Mən haqlı olsa belə çəkişməni tərk edən insanın Cənnət civarındakı evinin olmasına kəfiləm» (Əbu Davud, 5/150; «Səhih əl-Cami», 1464).

20) Dünyada bağlılıq, ona alüdə olmaq, onunla rahatlıq tapmaq. Bütün bunlar imanın zəifliyini göstərən əlamətlərdir. Bəzən, qəlb dünyaya o dərəcədə bağlanır ki, onun sahibi dünya malını, cah-cəlalını, mənsəbi, mülk-məskəni əldən qaçırarkən kədər hissi keçirir. Özünü aldanmış və bəxtsiz hesab edir. Çünki o, başqalarının qazandığını qazana bilmədi. O insan görəndə ki, müsəlman qardaşı onun dünya malından qazana bilmədiyi bir şeyi əldə edir, onda daha da kədərlənir, müsəlman qardaşına qarşı həsəd aparır. Onun nemətinin, qazancının azalmasını, yox olmasını arzulayır. Bu isə rəsulullahın (s) buyurduğu kimi imana ziddir: «Qulun qəlbində imanla həsəd bir yerə sığmaz» (Nəsai, 6/13; «Səhih əl-Cami», 7620).

21) İnsan kəlamını və əqli düşüncəyə söykənən fikirlərini əsas kimi götürmək . Belə olduqda tədricən iman xüsusiyyətləri itirilir, hətta həmin insanların fikirlərində Qurani Kərimdən, peyğəmbərin (s) hədislərindən və saleh insanların həyatlarından bir əsər-əlamət olmadığı halda onlara tapınırlar.

22) İman zəifliyinin əlamətlərindən : yemək, içmək, geyim, məskən, minik və s. qarşı istəyə, həvəsə həddindən artıq həvəs göstərmək. Həddi aşmaq zəruri olmayan şeylərə çox böyük maraq yaradır. Belə insan geyinib-kecinir, bahalı paltarlara artıq pul israf edir, yaşadığı evi təm-təraqlı, dəbdəbəli edir və lazımsız şeylər üçün həm pulunu, həm də vaxtını sərf edir. Müsəlman qardaşının çətin vəziyyətində pula ehtiyacı olduğu halda o, dəbdəbə və qadağan olunmuş həyat tərzi keçirər. Rəsulullah (s) Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə nəsihət etmişdi: «Dəbdəbəli həyat tərzindən çəkin! Həqiqətən, Allahın qulları (əsl möminlər) dəbdəbəli yaşamağı sevməzlər» . (əbu Nəim, «əl-Hilyə», 5/155; «Səhih hədislər silsiləsi», 353. Əhmədin rəvayətində «Mən çəkinirəm» kimi qeyd olunur. «Müsnəd», 5/243).


Şərhlər: 3
Baxılıb: 210
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel melumatdir
14 sentyabr 2016 16:27
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Təşəkkürlər xəbərə görə
14 sentyabr 2016 12:26
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Efsuw2016
əlmanın uğursuzluğa, itkiliyə, aclığa, müsibətə düçar olduqda sevinmək, şənlənmək . Belə insan müsəlman qardaşının itkiyə uğramasına sevinir. Çünki həmin insanı müsəlman qardaşından fərqləndirən şey artıq yox olmuşdur.
Allahim Sen imanimizi daimi et
14 sentyabr 2016 11:42
# 1
Ailemi sevirem
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz