Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər bunu qadınlara güzəşt etsin
Kişilər bunu qadınlara güzəşt etsin
Göndərən: Ayten Melek
Şərhlər: 4
Baxılıb: 370
Səs ver:
1. Qadınlar naz etməyi sevirlər və sevginin dilə gətirilməsini xoşlayırlar. Odur ki, bu məsələdə həyat yoldaşına qarşı paxıl olma.

2. Əgər paxıl olsan, özünlə xanımın arasına quruluq və (sevgidə) nöqsan pərdəsi qoymuş olacaqsan.

3. Qadınlar, çox sərt kişini də sevməz, çox yumşaq kişini isə istifadə edərlər. Elə isə, hər bir keyfiyyəti öz yerində etməyə çalış. Çünki bu cür etmək, sevgi və rahatlıq üçün daha faydalıdır.

4. Kişilərin qadınlarda görməyi sevdikləri kimi, qadınlar da kişilərdə – gözəl söz, gözəl görünüş, təmiz geyim və gözəl ətri xoşlayırlar. Buna da diqqət et..

5. Ev – qadının səltənətidir. Qadın burada özünü taxt-taca çıxmış və çox xoşbəxt hiss edir. Qadının yaşadığı bu səltənəti nə dağıtma, kənarlaşdırma, məhrum etmə..

6. Qadın, əri ilə münasibətlərini sevdiyi kimi, öz ailəsini də itirməyi istəməz. Özünü, “ya mən, ya da ailən” deyərək, qadının ailəsi (ana-atası) ilə bir tərəziyə qoyma.

7. Qadın qabırğanın əyri hissəsindən yaradılıb. Bu, bir eyb deyildir, əksinə, qadının gözəlliyinin və onun cazibəsinin sirri də bundadır. Odur ki, qadın xəta etdikdə, rəhmsiz şəkildə bu əyriliyi düzəltməyə cəhd etmə.. Əks halda onu sındırarsan.. Sınması isə, artıq boşanması deməkdir.. Bununla yanaşı, qadın xəta etdikdə onun xətasına tam olaraq göz yumma. Əks halda bu əyrilik daha da artar, sənə qarşı yumşalmaz və səni dinləməz. Buna görə də həmişə onunla münasibətlərində tarazlığı saxla, orta yolu tut.

8. Qadınların təbiəti, yoldaşına qarşı naşükürlük və yaxşılığı inkar etmək üzərində qurulub. Peyğəmbərimizin buyurduğu kimi “..ömür boyu yaxşılıq etsən, sonra bir dəfə pislik etsən belə deyər: “Səndən əsla bir xeyir görmədim!” Bu cür davranış, ondan nifrət etməyinə səbəb olmasın. Bir xüsusiyyəti sevməsən, başqa bir yaxşı xüsusiyyətini xatırla..

9. Qadınların fiziki zəiflik və psixoloji yorğunluq halları çox olur. Hətta Uca Allah, onları bu hallarda, bir çox ibadətləri etməkdən azad etmişdir. Bu hallarda (heyz və nifas) onlar namaz və oruc kimi ibadətlərdən azad ediliblər. Qadının səhhəti və əhval-ruhiyyəsi düzələnə qədər bu hal davam edir. Elə isə bu hallarda həyat yoldaşınla Rəbbani (gözəl şəkildə) davran. Uca Allah, qadının üzərinə düşən vacib ibadətləri yüngülləşdirmişdit ki, siz də onlara olan tələb və əmrlərinizi yüngülləşdirəsiniz.

10. Bil ki, qadın sənin yanında bir əsir kimidir. Ona qarşı rəhmli ol və onun zəifliyinə görə güzəştə get ki, həyat yoldaşın sənin üçün ən xeyirli nemət və ən xeyirli ortaq olsun..”

Bu sözləri, böyük İslam alimi Əhməd b. Hənbəl, öz oğluna evlilik öncəsi nəsihət olaraq demişdir.


Şərhlər: 4
Baxılıb: 370
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Qadınlara gulden agır soz dememelıdıler )))
9 sentyabr 2016 14:42
# 4
Heyata daim gulmek lazimdii
YalniZ-ArZu
Vobwem ay kiwiler,yanimizdan kecende "Bismillah" deyib kecin:))))
9 sentyabr 2016 14:08
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
yarpaq33
Yaxwi nrsihetler edib ogluna
9 sentyabr 2016 14:00
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
qadin cox zeif gorsedilib bu yazida bu deyimde
9 sentyabr 2016 11:40
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz