Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik?
1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik?
Göndərən: Pure Love
Şərhlər: 4
Baxılıb: 491
Səs ver:
Vaxt – bir insan ömrüdür.. Deməli, israf ediləcək yaxud gözardı ediləcək qədər qiymətsiz deyil. Ağıllı insan vaxtını dəyərləndirir, buna ucuz şeylər və boş sözlərlə doldurulacaq bir əşya kimi baxmır. Əksinə, vaxtını Allahı razı salan və insanlara fayda verən tərifəlayiq işlər və xeyir əməllərlə məhdudlaşdırır. Ömrümüzün hər dəqiqəsi Allah qatında məqamımızı yüksəltmək və insanları xoşbəxtliyə çatdırmaq potensialı daşıyır.

Bir dəqiqə ərzində çoxlu xeyir işlər görmək və böyük savab qazanmaq olar. Sadəcə bir dəqiqə ərzində sədəqə verərək, faydalı bir şey oxuyaraq, əzbərləyərək, yaxud xeyir işlər görməyə çalışaraq həyatınızın həmin dəqiqəsinin boşa getməməsindən əmin ola bilərsiniz. Bu dəqiqədən maksimum yararlanmaq və bunun qeydinə qalmağın yolunu bilsəniz, həmin bu dəqiqə sizin yaxşı əməllər dəftərinizə yazıla bilər. İslam dininin tövsiyyə etdiyi balanslı (iş+İslam) həyat da budur. Gündəlik iş həyatımızda çox deyil, bir dəqiqə ərzində nə edə bilərik? Məsələn:

1. Bir dəqiqə ərzində Fatihə surəsini üç dəfə sürətlə və səssiz oxumaq olar. Bəzi alimlər Fatihə surəsini oxumağa görə 600-dən çox həsənət/savab yazıldığını bildiriblər. Deməli Fatihə surəsini 3 dəfə oxuduqda 1800 savab yazılır. Bütün bunlar cəmi bir dəqiqə ərzində olur.
2. Bir dəqiqə ərzində İxlas surəsini 20 dəfə sürətlə və səssiz oxumaq olar. İxlas surəsini 1 dəfə oxumaq Quranın üçdə birinə bərabərdir. 20 dəfə oxusanız 7 dəfə Quranı oxumağa bərabərdir. Əgər hər gün 1 dəqiqə ərzində 20 dəfə oxusanız ay ərzində 600 dəfə, ildə isə 7200 dəfə oxumuş olacaqsınız ki, bu da Qurani-Kərimi 2400 dəfə oxumaq mükafatına bərabər olacaqdır.
3. Bir dəqiqə ərzində Allahın Kitabından 1 səhifə oxuya bilərsiniz.
4. Bir dəqiqə ərzində Allahın Kitabından qısa bir ayəni əzbərləyə bilərsiniz.
5. Bir dəqiqə ərzində “Lə iləhə illəllah vahdəhu lə şərikə ləh, ləhul mulku və ləhul həmdu və huva alə kulli şeyin qadir” zikrini 20 dəfə söyləmək olar və bunun mükafatı – İsmayıl peyğəmbərin övladından Allah yolunda 8 qul azad etməyə bərabərdir.
6. Bir dəqiqə ərzində “Sübhənallahi va bihəmdihi” zikrini 100 dəfə söyləmək olar. Kim gün ərzində bunu söyləyərsə dəniz köpüyü qədər də olsa günahları silinər.
7. Bir dəqiqə ərzində “Sübhənallahi bihəmdihi və sübhənallahil azim” zikrini 50 dəfə söyləmək olar. Bu iki kəlmə, Peyğəmbərimizin buyurduğu kimi “Dildə söylənməsi asan, əməl tərəzisində çəkisi ağır gələn, Rəhman olan Allaha sevimli olan kəlmələrdir”. (Buxari)
8. Peyğəmbərimiz demişdir: “SübhənAllah, vəlhəmdu lilləh va lə iləhə illəllah, vallahu əkbər” – mənim üçün günəşin üzərinə doğduğu hər şeydən sevimlidir” (Muslim).
1 dəqiqə ərzində bütün bu kəlməni 18 dəfə söyləmək olar. Bu kəlmə Allah üçün ən sevimli kəlmədir. Əməl tərəzisində çəkisi ağırdır.
9. Bir dəqiqə ərzində “Lə həulə va lə quvvətə illə billəh” zikrini 40 dəfə söyləmək olar. Buxari və Muslimdə rəvayət olunduğu kimi bu zikr cənnət xəzinələrindən bir xəzinədir və eləcə də çətinliklərə tab gətirmək və böyük işlərə nail olmağa istiqamətlənmək üçün səbəblərdir.
10. Bir dəqiqə ərzində “Lə iləhə illəllah” zikrini təxminən 50 dəfə söyləmək olar. Bu ən əzəmətli kəlmə, tövhid kəlməsi, gözəl kəlmə, sabit söz, axır kəlamı bu kəlimə olan insanın cənnətə daxil olduğu, fəziləti və əzəmətinə dair digər rəvayətlərin nəql olunduğu bir kəlmədir.
11. Bir dəqiqə ərzində “Sübhənallahi və bihəmdihi adədə xəlqihi va rida nəfsihi, va zinətə arşihi və midəədə kəliməətihi” zikrini 15 dəfədən çox demək olar. Peyğəmbərimizə istinadən rəvayət olunan səhih hədislərdə bildirildiyi kimi bu zikr digər zikr formalarına nisbətən qat-qat daha çox əcr-savab qazandırır.
12. Bir dəqiqə ərzində Uca Allahdan 100 dəfədən çox “Əstəğfirullah” söyləməklə bağışlanma diləmək olar. İstiğfarın nə qədər fəzilətli olması heç kəsə gizli deyil. Bağışlanma diləmək bağışlanmaq, cənnətə daxil olmaq üçün bir səbəbdir. Gözəl yaşayış, güc-qüvvətin artması, bəlaların dəf olunması, işlərin asanlaşması, yağışın yağması, mal-dövlətin, övlafların artması üçün bir səbəbdir.
13. Bir dəqiqə ərzində bir neçə qısa və müxtəsər kəlmələr söyləyə və bununla Allah-Təalanın, sizin üçün təsəvvürünüzə belə gətirməyəcəyiniz xeyir qapıları açmasına səbəb ola bilərsiniz.
14. Bir dəqiqə ərzində Allahın elçisinə (ona salam olsun) 50 dəfə salavat demək olar. Bunun əvəzində Allah-Təala sizə 500 dəfə salavat deyir. Çünki bir salavat, on mislinə bərabərdir.
15.Bir dəqiqə ərzində Allaha şükr etmək, Onu sevmək, Ondan qorxmaq və Ona ümid etmək, Onun şövqündə olmaq üçün qəlbinizi buna yönəldə bilərsiniz və bu yolla Allaha qulluq mərhələlərindən keçə bilərsiniz. Bunu çarpayıda uzanılı halda yaxud yolda gəzərkən belə edə bilərsiniz.
16. Bir dəqiqə ərzində başa düşülməsi asan faydalı bir kitabdan 2 səhifə oxuya bilərsiniz.
17. Bir dəqiqə ərzində telefonla qohumluq əlaqəsini saxlaya bilərsiniz.
18. Bir dəqiqə ərzində əlinizi qaldırıb dua kitabından istənilən duanı edə bilərsiniz.
19. Bir dəqiqə ərzində birdən çox adamla salamlaşa bilərsiniz.
20. Bir dəqiqə ərzində yaxınlarınızı pis işlərdən çəkindirə bilərsiniz.
21. Bir dəqiqə ərzində yaxşılıqlara təşviq edə bilərsiniz.
22. Bir dəqiqə ərzində yaxınlarınızdan birinə gözəl nəsihət edə bilərsiniz.
23. Bir dəqiqə ərzində depresiyada olan bir insana yardımçı ola bilərsiniz.
24. Bir dəqiqə ərzində, insanlara əziyyət verən bir şeyi yoldan kənarlaşdıra bilərsiniz.
25. Bir dəqiqədən maksimum faydalanma istəyi sizi, irəlidə israf oluna biləcək digər uzun zaman müddətlərindən daha faydalı şəkildə istifadə etməyə sövq edəcək.
Bilmək lazımdır ki, bu əməllərin çoxu heç də zəhmət tələb etmir. Əksinə yolda gedərkən, maşın sürərkən və ya uzanılı halda, ayaq üstə, oturarkən, kimisə gözləyərkən belə bunları edə bilərsiniz.

Eləcə də bu əməllər səadətə qovuşmaq, köksün genişlənməsi, qəm-kədərin aradan qalxması üçün ən böyük səbəblərdir. Uca Allah bizi sevdiyi və razı qaldığı əməlləri etməyə müvəffəq etsin.


Şərhlər: 4
Baxılıb: 491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah her zaman her saniye yaxsliqi etmeyi bize qismet etsin Amin insallah
8 sentyabr 2016 17:21
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Bır deq erzınde bır yetımın qarnını doyuzdurub Allaha dua etmek bundan gozel wey ola bılmez
8 sentyabr 2016 14:32
# 3
Heyata daim gulmek lazimdii
Cindrella
Cox tesekkurler.Allah razi olsun gonderenden
8 sentyabr 2016 10:49
# 2
BARBI
1 deqiqe erzinde cox yaxsiliqlar etmek olar. Bir deqiqe erzinde coxlu dualar ede bilerik.
8 sentyabr 2016 10:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz