Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınla yaxşı münasibətdə olmaq
Qadınla yaxşı münasibətdə olmaq
Göndərən: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 367
Səs ver:
Kişi qadına yaxşı münasibət bəsləməlidir, Allahın qadınlara halal etdiyi şeylərdən onları məhrum etməməlidir.
Bu xüsusilə gənc qadınlarla, gənc yaşında olanlarla münasibətə aiddir. Bu mövzuya aid hədislər.
BIRINCI: Peyğəmbər (s.a.s) demişdir:
«İçinizdə ən xeyirliniz öz ailəsi ilə yaxşı münasibətdə olandır. Mən aranızda öz ailəmlə ən yaxşı münasibətdə olduğuma görə sizin ən xeyirlinizəm».

İKINCI: «Peyğəmbər (s.a.s) Vida həccinin xütbəsində demişdir: «Qadınlara qarşı xeyirxahlığı özünüzə borc bilin, onlar da sizə tabe olmalıdırlar. Bundan başqa onlardan bir şey istəməyin. Əgər açıq-aşkar pis hərəkətə yol versələr, yatağınızdan onları qovun, onları incitmədən döyün. Sizə itaət etsələr, daha onlara əziyyət verməyin. Yaxşı bilin ki, sizin qadınlarınız üzərində, qadınları¬nızın da sizin üzərinizdə haqqları vardır. Sizin haqqınız istə¬mədiyiniz adamları yataqlarınıza qoymamaları (yataq yerində oturmaq və uzanmaq) və evlərinizə buraxmamalarıdır. Qadınlarınızın haqqı budur ki, onları paltar və yeməklə yaxşı tə’min edəsiniz».

ÜÇÜNCÜ: Peyğəmbər (s.a.s) demişdir:
«Mö’min kişi mö’min qadına nifrət etməz. Bir xasiyyətini bəyənməsə, başqa xasiyyətini bəyənər».
DÖRDÜNCÜ: Peyğəmbər (s.a.s) kəlamı:
«İmanca ən kamil mö’min, əxlaqca ən yaxşı olandır. Mö’minlərin ən xeyirlisi öz qadınlarına xeyirli olanıdır».

BEŞINCI: Aişənin (r.a) hədisi:
«Peyğəmbər (s.a.s) məni məsciddə nizə oynadan həbəşilərə baxmağa çağırdı. Bayram günü idi. O mənə dedi:
— Ağbəniz xanım, onlara baxmaq istəyirsən?
Dedim ki, bəli, istəyirəm.
Mən onun arxasında dayandım. Çiyinlərini aşağı əydi ki, mən oynayanları görə bilim. Çənəmi onun çiyninə qoydum, üzümü də yanağına yapışdırdım. Çiyinləri üstən baxırdım. Peyğəmbər (s.a.s) soruşdu:
— Ey Aişə, doymadın?
Dedim ki, yox. Onun mənə olan münasibətini bilmək üçün dedim ki, doyana qədər baxmaq istərəm». (Rəvayətdə deyilir: «O vaxta qədər ki, darıxdım»).
O soruşdu:
— Bəsdirmi?
Deyəndə ki, bəli, bəsdir, mənə dedi:
— Onda get!
(Başqa rəvayətdə: «Dedim ki, tələsmə. Yanımda durdu. Soruşdu: Bəsindir?
Dedim ki, tələsmə. Amma gördüm ki, ayağının birini götürüb o birini qoyur»). Mən heç də onlara baxmaq istəmirdim. İstəyirdim ki, qadınlar onun mənə olan münasibətinin şahidi olsunlar. Çünki mən gənc idim, məni gənc, əyləncələrə meylli təmizqanlı ərəb cariyəsi kimi qiymətləndirirdilər.
Ömər görünən kimi qadınlar və uşaqlar qaçıb getdilər. Peyğəmbər (s.a.s) dedi:
— Gördüm ki, Ömər gələn kimi bütün insan və cin şeytanları qaçıb getdilər.
Peyğəmbər (s.a.s) həmçinin dedi:
— Bu gün yəhudilər dinimizin genişliyinə şahid oldular».

ALTINCI: Aişənin (r.a) hədisi:
«Peyğəmbər (s.a.s) Təbuk və ya Xeybər müharibəsindən qayıtmışdı. Aişənin otağının pərdəsini külək qaldırdı, onun ətrafında qızlar göründü. Peyğəmbər (s.a.s) soruşdu:
— Bu nədir, ey Aişə?
— Bunlar qızlardır — deyə cavab verdi.
Arada bir oyuncaq at var idi. Onun iki qanadı var idi. Peyğəmbər soruşdu:
— Onların arasında olan nədir?
— Bu atdır?
— Onun üstündəkilər nədir?
— İki qanaddır.
— İki qanadı olan at?
— Bəs eşitməmisən, Süleymanın qanadlı atı olmuşdur?
Peyğəmbər elə bərkdən güldü ki, mən onun dişlərini gördüm».

YEDDINCI: Həmçinin Aişənin (r.a) hədisi:
«Mən Peyğəmbər (s.a.s) ilə səfərdə idim, özü də piyada. Kök deyildim, yüngül idim. O öz səhabələrinə dedi ki, irəliyə gedin. Onlar irəli getdilər. Daha sonra mənə dedi:
— Gəl, səninlə yarışaq!
Onunla yarışa girdim və qaçışda onu ötdüm. Daha sonra yenə səfərə çıxdıq. O öz səhabələrinə uzaqlaşmalarını əmr etdi və dedi ki, gəl, yarışaq. Mən keçmişi unutmuşdum. Kökəlmişdim. Dedim:
— Mən səninlə necə yarışa bilərəm, ya Rəsulullah. Mən bu halda ola-ola.
O dedi:
— Gəl, yarışaq. Onunla yarışdıq və üstün gəldi. O xeyli güldü.
Mənə dedi:
— Bu, keçmişin əvəzidir. Bir-birə».

SƏKKIZINCI:Yenə onun hədisi: «Peyğəmbər (s.a.s) bir qab gətirdi. Mən aybaşı ola-ola bu qabdan su içirdim. O da içəndə dodaqlarını mənim su içdiyim yerə yapışdırardı. Kök yeyəndə elə, o da mənim dişlədiyim yerdən diş¬ləyərdi».
DOQQUZUNCU: Cabir bin Abdullah və Cabir bin Umeyr demişlər:
«Peyğəmbər (s.a.s) demişdir:
— Allahın zikri olmayan hər bir şey boşboğazlıqdır, səhvdir və oyundur. Bundan dörd xüsusiyyət istisnadır:
Kişinin öz qadını ilə əylənməsi, kişinin öz atını ram etməsi, iki hədəf arasında yerimək və üzməyi öyrənmək».


Şərhlər: 5
Baxılıb: 367
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: BARBI
Aktual movzudur. Teesufler olsunki cox kisi qadinla qul kimi reftar edir, onlari ezir danlayir. Dogru deyil. Qadin zerif mexluqdur her zaman sevilmelidir
30 avqust 2016 22:20
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
bezen dini behane edir bisavad kishiler oxuyub oyreninlerki dinimiz qadinla nege davranmaqi meslehet bilir nege hereket edib nege danishmaq lazim olduqunu bildirir
30 avqust 2016 09:39
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Aktual movzudur. Teesufler olsunki cox kisi qadinla qul kimi reftar edir, onlari ezir danlayir. Dogru deyil. Qadin zerif mexluqdur her zaman sevilmelidir
29 avqust 2016 23:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
İndiki zamanede qadınlara pis reftar edirlər halbuki onların sayəsində ayaqdadılar.çünki qadın Anadır həyatdır
29 avqust 2016 23:22
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Marta
Cox maraqla oxudum. Teessufki bugun bezi kisiler men kisiyem mene her sey olar, sen qadinsan otur yerinde sesini cixartma prinsipiyle yasayirlar..Ama unutduqlari bezi seyler var hansiki qadinlarinda kisilerin ustunde haqlari var...
29 avqust 2016 22:53
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz