Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə tək olaq ki?
Niyə tək olaq ki?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4234
Səs ver:

 

Niyə tək olaq ki?
Mələk dostlarımız var bizim, həyat səfərimizin hər mərhələsində bir an olsun bizi tək buraxmayan.

O'nu xatırladığımızda, təriflədiyimizdə bizim üçün dua edən mələk dostlarımız var: "Ərşi daşıyan, bir də onun ətrafında olan mələklər davamlı olaraq Rəbb'ini zikr edər və O'na həmd edərlər.O'na həqiqətən inanar və möminlər üçün beləcə üzr istəyib dua edərlər: "Ey Ulu Rəbbimiz, sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir! O halda tövbə edənləri və Sənin yoluna təbii/tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru! (Mö'min 7)"
Bu nə böyük bir nemətdir...

Niyə tək olaq ki?
 Kainatı, varlıqlarıyla istilədib, bizlər üçün bir tənhalıq çölünə çevrilməkdən qurtaran mələk dostlarımız var bizim. Şüuru, ruhu, həyatı olmayan tək bir nöqtəsi yox onlarla kainatın.

Yağış dostumuz var bizim. Hər bir damlasının yanı başında şüurlu mələk dostlarımız var.O'ndan gələn əmrlə vəzifələrini heç çaşmadan, endirərlər yer üzünə hər bir damlanı dənə dənə müntəzəm bir nizam içində. Bizimlə birlikdə, damlanın gözəlliklə sənətlə yaradıldığını elan edən, ondakı sənəti seyr edib Mütləq Varlığın nəzəri şühuduna təqdim edən mələk dostlarımız var.

Niyə tək-tənhayam deyək ki özümüzə?

O çox maraqlandığımız aləmlərin xəbərçisi mələklər varkən, gələcək niyə qəm və kədərlə dolsun bizim üçün? Səfərimizin bu dünyadan sonrasından sonrakı dayanacaqlarını bildirən, gələcəyimizi işıqlandıran mələk dostlarımız var.
Ölüm anında belə bizi öz başımıza buraxmayan mələk dostlarımız var.
O üzərində başına bir şey gəlməsin deyə tir-tir titrədiyimiz ruhumuzu, ölüm anında təslim edəcəyimiz, onu mühafizə edəcək, yoxluğun, heçliyin əlindən qurtarıb bizim üçün mühafizə edəcək "Ölüm Mələyi" dostlarımız var bizim.

"Kiramən katibin" adında can yoldaşı dostlarımız var bizim. Çiyinlərimizdə dayanıb sözlərimizi, hərəkətlərimizi, davranışlarımızı, hal və hərəkətlərimizi yox olmaqdan qurtaran, cənnətdə əbədi olaraq bizə göstərmək üzrə yazan mələk dostlarımız var.
Onları biz görməsək də (görən insanlar olmuş əlbət) onların bizi gördüyü dostlarımız var.

Niyə tək olaq ki?
Hər namazın sonunda bir sağımızdakına bir solumuzdakına salam verdiyimiz dostlarımız var bizim.
Təkəm deyənlər, bir sağına bir soluna bir daha baxsa kaş ki...


Şərhlər:
Baxılıb: 4234
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz