Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kafirlə müşrikin fərqi nədir?
Kafirlə müşrikin fərqi nədir?
Göndərən: Asya
Şərhlər: 7
Baxılıb: 238
Səs ver:
Küfr sözünün lüğətdəki mənası - örtməkdir. Gecəni bəzən kafir adlandırırlar, çünki hər şeyi qaranlığa qərq edər. Tarlanı kafir adlandırırlar, çünki toxumları torpaqda gizlədir. Dinimizdə kafir sözü - neməti inkar edənlərə aid edilir. Yəni, kafir o kəsdir ki, Allahın vacib etdiklərini inkar edər. O cümlədən Allahın vahid olmasını, Peyğəmbərin (s) nübuvvətini və Peyğəmbərin (s) gətirdiklərini inkar edər. Kafir o kəsdir ki, dinin üsul və zərurətlərini inkar edər.

Quran ayələrinə nəzər salan zaman aydın şəkildə görmək olur ki, kafir o kəsdir ki, həm bilərəkdən və özünü elmli saymaqdan dinin vacibatlarını inkar edər, həm də nadanlığı üzündən bu işi görər. Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər. (Bəqərə 6).
Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. (Nəml 14).
İlahi əzab mövzusunda o kafirlər ki, cahillikləri üzündən kafir olublar, düşüncə məzlumlarının hökmündə gedir. Allahın ən ağır əzabları o kafirlərə şamil olur ki, bilərəkdən və elmlərinə görə vacibatları inkar ediblər. Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. (Bəqərə 39).
Şirk sözü - şərik mənasını verir. Yəni, insan elə əməl edə ki, həmin əməldə Allaha şərik qoşa. Ona görə də müşrik o kəsdir ki, Allaha şərik qoşar. Bu cür insan bağışlanılası deyildir, məgər o halda ki, dünyada ikən nəsuh tövbəsi etsin.
Şirkin növləri vardır ki, onlarla tanış olaq:
1. Xilqətdə şirk etmək. (Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır. (Ənam 100).
2. İlahların çox olması. (Musa) dedi: O sizin də, ulu babalarınızın da Rəbbidir. Firon dedi: Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!. (Şuəra 26-27). Firon Allahın tək olduğunu eşidən zaman, Həzrət Musanı (ə) divanə adlandırır.
3. İbadətdə şirk. Allaha deyil, günəşə, Aya ibadət etmək. Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O, yaratmışdır və O, hər şeyi biləndir. (Ənam 101).
Müşriklər Allaha etiqad bəsləyirlər və deyirlər ki, bu dünyada olan hər şeyi Allah yaratmışdır. Ancaq Allaha şəriklər qoşmuşdular.
Beləliklə deyə bilərik ki, kafir o insana deyilir ki, bilir ki, bu aləm - Allahın xilqətidir. Ancaq inadı üzündən onu inkar edir və qəbul etmir. Ancaq müşrik bu dünyanın Allah tərəfindən xəlq olduğunu bilir və qəbul edir, ancaq ona şəriklər qoşur.
Hər bir belə zəlalətdən Uca Allaha pənah aparırıq.


Şərhlər: 7
Baxılıb: 238
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
tskrler xebercun
24 avqust 2016 03:50
# 7
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Onun_Mələyi
Bunu bilirdim.yenədə bilənlərdə xatirlamış oldu.:)) Allahin sevimli qullarından olarıq ,İnşallah. Təşəkkür lər...
24 avqust 2016 00:40
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
Sitat: Nur Melikzade
Bele dini melumatlar paylawmaniz cox xowdu.Severek oxuyuram.Allahin sevimli bendelerinden olaq inwAllah.
23 avqust 2016 23:55
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
MODABAZ
Sitat: vipbetul
Allahim ozu qorusun duzgun emeli saleh qullarindan eylesin her zaman Amin Insallah

Allahim ozu qorusun duzgun emeli saleh qullarindan eylesin her zaman Amin Insallah
23 avqust 2016 22:53
# 4
Heyata daim gulmek lazimdii
Nur Melikzade
Bele dini melumatlar paylawmaniz cox xowdu.Severek oxuyuram.Allahin sevimli bendelerinden olaq inwAllah.
23 avqust 2016 22:41
# 3
İmza
vipbetul
Allahim ozu qorusun duzgun emeli saleh qullarindan eylesin her zaman Amin Insallah

Allahim ozu qorusun duzgun emeli saleh qullarindan eylesin her zaman Amin Insallah
23 avqust 2016 22:06
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Bilirdim.Ancaq oxumaq faydali ve melumatlandirici oldu.
23 avqust 2016 22:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz