Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsl sevgi Əli (a.s) və xanım Fatimə (a.s)
Əsl sevgi Əli (a.s) və xanım Fatimə (a.s)
Göndərən: Onun_Mələyi
Şərhlər: 11
Baxılıb: 349
Səs ver:
Həzrət Əlinin (ə) həzrət Fatiməyə (ə) sevgi və məhəbbəti olduğu bir halda necə olur ki, "Nəhcül-bəlağə"də dünyaya meyli olmadığından söhbət açır?
Birincisi, təbii və fitri hiss olan sevgi qınanılan dostluqla (sevgi ilə) güclü və zəiflik baxımından fərqlidir.
Dünyaya meyl təbii həyat ehtiyaclarını təmin etmək səviyyəsində olsa, nəinki qınağa məruz qalmır, əksinə yaxşı hal kimi qiymətləndirilir. Lakin ifrata gətirib çıxararsa və məftunluq nümunəsinə çevrilərsə, heç də yaxşı hal kimi dəyərləndirilməyəcək.
İkincisi, Allaha bəndəliyə vəsilə olacaq sevgi əslində dünya sevgisi yox, axirət sevgisidir ("Biharul-ənvar", c. 70, səh. 62).
Həzrət Əlinin (ə) kəlamlarının məcmusundan belə nəticəyə gəlmək olar ki, qınaq obyekti və dəyərsiz olan dünya insanı axirətdən yayındıran dünyadır. İnsanı axirətə qovuşduran dünya isə bəyənilən və yaxşıdır. Xoşagəlməz və bəyənilməyən dünya son qayə olan, insanı özünə məşğul edən, axirətdən üz döndərən dünyadır. Bəyənilməyən dünya o dünyadır ki, insanı özünə əsir edir. Allahı, dünyanı, axirəti, dini, hətta özünü onun üçün dünyaya satacaq qədər kiçildir (Bax: "Nəhcül-bəlağə", qısa kəlamlar: 56; məktub: 49; xütbə: 160; "Qürərul-hikəm", c. 2, səh. 331, hədis: 2764-2763).
Belə olan halda İmam Əlinin (ə) həzrət Zəhraya (ə) olan sevgisi hansı qisimə daxildir? Bəyənilməyən dünya sevgisinə, yoxsa bəyənilən dünya sevgisinə?
Məsumların (ə) sevgisinin kökündə yalnız Allaha sevgi durur. Onlar əminliklə və öz sonsuz, dərin dərkləri ilə bu həqiqəti bilirlər ki, Allah, kainatda və varlıq aləmində yeganə həqiqi və gerçək məhbubdur. Buna görə də məsumlar öz minacatlarında Allah sevgisi istəyir və ondan uzaq düşməkdən gileylənirlər ("Münacati-muhibbin"; "ərəfə" duası; "Kumeyl" duası).
Allah sevgisi bütün sevgilərin əsasını təşkil etdiyi üçün mötəbər şiə kitablarında "Hübb fi Allah" və "Buğz fi Allah" başlıqlı fəsillərə yer verilmiş və orada ən orjinal dini təlimləri ehtiva edən, insanı doğru sevgilərə ən yaxşı şəkildə yönəldən rəvayətlərə yer almışdır (Bax: "Əl-Kafi fil-üsul", c. 3).
İmam Əlinin (ə) həzrət Zəhraya (ə) sevgisi də bu yöndə idi. Yəni, həzrət (ə) Allah sevgisinə qərq olduğundan Allahı sevən hər şeyi və hər kəsi, eləcə də Allahın sevdiyi hər şeyi və hər kəsi sevirdi. Bu sevgi həzrət Fatimə (ə) kimi fərdlərə münasibətdə ən yüksək səviyyədə idi. Çünki könül gözü ilə o həzrətin (ə) ilahi eşqin hansı pilləsində durduğunu və həzrət Haqqın da onu nə qədər çox sevdiyini görürdü.
Demək, İmam Əlinin (ə) öz həyat yoldaşına sonsuz sevgisi – dünyəvi və məcazi eşqin müsbət hal olduğu – ər-arvadlıq münasibətindən əlavə daha çox həzrət Fatimənin (ə) axirət sevgisi, Allah sevgisi ilə bağlı idi....Oxuyan her kesden ALLAH RAZI OLSUN


Şərhlər: 11
Baxılıb: 349
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
ALLAH RAZI OLSUN cox gözəl xəbərdi
21 avqust 2016 18:03
# 11
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Barbaris
Sitat: aziz a
Allah siZdende razı olsun.Allah Teala bizlerın qelbını Allah sevgısı ıle bol etsın amın Allah
21 avqust 2016 08:49
# 10
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
Sitat: Cindrella
He menim anladigim qederi ile IMAM ELI Fatimeni o Allahi sevir deye sevib.Duzgun anladim .?

he canim.yeni ki er arvad sevgisinden cox Fatimenin axiret sevgisi olduqba gore lap cox sevirdi.heart
21 avqust 2016 01:09
# 9
Bir duam var,səndən amin gözləyirdua09123
Turkan Abbasova
Sitat: aziz a
Allah siZdende razı olsun.Allah Teala bizlerın qelbını Allah sevgısı ıle bol etsın amın Allah

Amin
20 avqust 2016 23:47
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
___Jasmin___
Özüm Mehemmed ümmeti
Haqdan aldim besireti!…
20 avqust 2016 23:42
# 7
I remained behind now the mother of 14 spring -Big

vipbetul
Onlar kimi sevmeyi bagaraq insallah
20 avqust 2016 23:21
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
He menim anladigim qederi ile IMAM ELI Fatimeni o Allahi sevir deye sevib.Duzgun anladim .?
20 avqust 2016 22:55
# 5
Mrs.Pianist
Allah bizi Fatimenin ayaqinin tozu etsin..
20 avqust 2016 22:14
# 4
Acısı çox olan qizların guluşu gozel olur.!
Totu
Allah bizlərə Əli kimi sevməyi Fatimə kimi sevilməyi nəsib etsin.ama tesüf biz onlar kimi sevib sevilə bilmirik (
20 avqust 2016 22:06
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
MODABAZ
Sitat: aziz a
Allah siZdende razı olsun.Allah Teala bizlerın qelbını Allah sevgısı ıle bol etsın amın Allah

Amın
20 avqust 2016 22:04
# 2
Heyata daim gulmek lazimdii
aziz a
Allah siZdende razı olsun.Allah Teala bizlerın qelbını Allah sevgısı ıle bol etsın amın Allah
20 avqust 2016 21:55
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz