Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həqiqi mömin necə olmalıdır?
Həqiqi mömin necə olmalıdır?
Göndərən: Asya
Şərhlər: 9
Baxılıb: 272
Səs ver:
Mömin insan üçün həqiqi sevinc o zaman meydana gələr ki, bir addım Allaha daha çox yaxınlaşar.

Bəs həqiqi mömin necə olmalıdır?
1.
Allaha yada salaraq, həyatında sevinc yaratmalıdır. İslam dininin nəzərinə görə, o həyatda ki, Allah yada salınmaz - həmin həyatın heç bir sevinci və ləzzəti olmaz. Allahı yada salmaqdan uzaq olmaq insan həyatını çətinləşdirər. Əksinə, Allah yada salmaq həyatına sevinc və ləzzət qatar. Ona görə də həqiqi mömin o kəsdir ki, Allahı yada salaraq qəlbi aramlıq tapar və sevinc və şadlıq əldə edər. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. (Rəd 28).
2. Allaha və Məsumlara (ə) təvəssül etmək. Həqiqi möminin başqa bir xüsusiyyəti - əməllərində Allaha və Məsumlara (ə) təvəssül etməsidir.
3. Allaha təvəkkül etmək. Həqiqi mömin o kəsdir ki, həyatından razıdır və hər bir işində Allaha təvəkkül edər. Allaha təvəkkül etmək həyatını daha xoşbəxt və şad edər. Allaha təvəkkül edərək həyatda müvəffəqiyyət qazanar və çətin həyat yolunu asanlıqla başa vurar. O kəslər ki, Allaha təvəkkül edərlər, çətin və böyük işlərdə ən az təzyiq hiss edərlər. Həyatın ağır küləkləri qarşısında davamlı dağ kimi dayanarlar.
4. Həyatlarından razıdırlar. O kəs ki, imanlıdır, Allahın ona verdiyi nemətlərdən razı olar və ona qane olar. Halbuki, elə insanlar vardır ki, böyük sərvətə malik olmaqlarına baxmayaraq, həyatlarından razı deyildirlər. Ona görə də bu qədər imkanlarının olmasına baxmayaraq, davamlı olaraq şikayət edərlər. İmam Əli (ə) övladlarına belə tövsiyə verir: Sizə iki şeyi tövsiyə edirəm: birinci İlahi təqva və ikincisi isə işlərinizdə nəzmi.
5. Həyatda hədəfə malik olmaq. O kəs ki, bütün işlərini proqram üzərində həyata keçirər və hədəfə malik olar - müvəffəq və xoşbəxt insanlardırlar. Həqiqi möminin sifətlərindən biri də budur ki, həyatda ali hədəflərə malik olsun və işlərini nəzm və proqram üzərində həyata keçirtsin.
6. Sadiq və düzdanışandır. İslam dininin fəzilətli sifətlərindən biri - sədaqətdir. Mömin insan sadiq və düzdanışandır. Bu insan sadiq olduğu üçün bütün çətinliklərdən çıxış yolu tapa bilir. Riya, nifaq, ikiüzlü olmaq mömin insanın sifətlərindən olmamalıdır. Əgər mömin insan öz düşmənlərinə qarşı belə sadiqcəsinə rəftarlar büruzə versə, faydasına sona çatar. Sadiq insana hamı etimad edir və ona görə də ona hamı ehtiram göstərir.
7. Tənbəl deyildir. Tənbəllik bu gün bir cəmiyyət üçün ən böyük problemlərdən biri sayılır. O cəmiyyətdə ki, möminlər yaşayır, orada tənbəllik olmamalıdır. Tədqiqatlar göstərir ki, fəal və məşğul insanlar daha sağlam və daha xoşbəxt həyata malikdirlər.


Şərhlər: 9
Baxılıb: 272
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
RƏBBİM hər birimizin günahlarını bağışlayıb,bizi sevimli bəndəsi etsin AMİN
21 avqust 2016 18:08
# 9
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
♥ KaMa ♥
tskrler xebere gore
21 avqust 2016 17:40
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Sebine N-lee
COX SUKUR ALLAHİN BİZE VERDİYİ HERSEYE
21 avqust 2016 15:27
# 7
DOGRUNU DESENDE PİS OLURSAN YALAN DESENDE...AMA DOGRUNU DEYİB PİS OLMAQ YAXSİDİ CUNKİ QARSİNDAKİ İNSANİN YADİNDA DURUST İNSAN KİMİ QALARSAN!!!
vipbetul
Rebbimin her zaman sevimli qullarindan momionlerinden olaq insallah

Rebbimin her zaman sevimli qullarindan momionlerinden olaq insallah
21 avqust 2016 14:02
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
duzdur belke insanlar burda yazilanlarin hamisini opmasasa bezilerni etseler dunyada bu qeder pos hadise baw vermez.mende sevmirem iki uzlu, herweyden narazi, tenbel, etibarsiz.ve yalanci .twkkler xeber ucun
21 avqust 2016 13:00
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
narmiwka_15
Sitat: Barbaris
Allah bizleri sevimli möminlərindən elesin..Allah razi olsunn

amin
21 avqust 2016 12:38
# 4
Be Happy))
Barbaris
Allah bizleri sevimli möminlərindən elesin..Allah razi olsunn
21 avqust 2016 08:43
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Allah razı olsun.
21 avqust 2016 08:34
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
aziz a
Rebbim bize mömin bendelerinden olmağı nesib etsin amin...
21 avqust 2016 08:30
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz