Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhər zikrləri
Səhər zikrləri
Göndərən: Asya
Şərhlər: 7
Baxılıb: 464
Səs ver:
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Mənim üçün sübh namazından gün çıxana qədər Allahı zikr edən camaatla oturmaq İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. (Həmçinin) əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq mənim üçün dörd qul azad etməkdən daha sevimlidir. {bu Davud, 3667. Bu hədisi əl-Albani «həsən» hesab etmişdir. «Səhih bu Davud», 2/698.}

1. [lhəmdulilləhi vəhdəhu vəs-salatu vəs-səlamu alə mən lə nəbiyyə bə'dəhu.] «Bir olan Allaha həmd olsun! Özündən sonra Peyğəmbər olmayan kimsəyə (Muhəmmədə) salavat və salam olsun!»

2. [uzu billəhi minəş-şeytanir-racim] deyib Kursi ayəsini bir dəfə oxumaq. {əl-Bəqərə, 255} Kim Kursi ayəsini səhər desə, axşamadək, kim də axşam desə, səhərədək cindən qorunmuş olar. {əl-Hakim, 1/562. əl-Albani bunu "səhih" hesab etmişdir. «Səhihut Tərğib vət-Tərhib», 1/273. O, ən-Nəsainin və ət-Təbəraninin də bu hədisi rəvayət etdiyini söyləmiş və demişdir: «ət-Təbəraninin isnadı "ceyyid"dir».} [Allahu lə ilahə illə huvəl-həyyulqəyyum. Lə tə'xuzuhu sinətun vələ novm. Ləhu mə fis-səmavati və mə filard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xəlfəhum. Və lə yuhiytunə bişeyin min ilmihi illə bimə şəə. Vəsiə kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.] «Allah! Ondan başqa [ibadətə layiq olan] tanrı yoxdur, [əbədi] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır]. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların [yaranmışların] önlərində və arxalarında olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»

3. əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq. Kim bunları səhər və axşam üç dəfə oxusa, hər şeydən (hər bir şərdən qorunmaq üçün) kifayət edər! {bu Davud, 4/322; ət-Tirmizi, 5/567. Bax: «Səhihu-t-Tirmizi», 3/182.}

[Bismilləhir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Allahus-Saməd. Ləm yəlid vələm yuləd, vələm yəkul-ləhu kufuvən əhəd.] «Mərhəmətli, Rəhmli Allahın adı ilə! De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möhtac deyildir [əksinə, hər bir məxluq Ona möhtacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»

[Bismilləhir-Rəhmanir-Rəhim. Qul əuzu birabbil-fələq. Min şərri mə xələq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffəsəti fil uqad. Və min şərri həsidin izə həsəd.] «Mərhəmətli, Rəhmli Allahın adı ilə! De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin [gecənin] şərindən, düyünlərə yüngülvari tüpürən [cadugər] qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»

[Bismilləhir-Rəhmanir-Rəhim. Qul əuzu birabbinnəs. Məlikinnəs. İlahinnəs. Min şərril-vəsvasil-xannəs. lləzi yuvəsvisu fi sudurinnəs. Minəl-cinnəti vənnəs.] «Mərhəmətli, Rəhmli Allahın adı ilə! De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çəkilənin [şeytanın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!»

4. [sbəhnə və əsbəhəl-mulku lilləh, vəlhəmdulilləh. Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Rabbi əs'əlukə xayra mə fi həzəl-yəumi və xayra mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu. Rabbi əuzu bikə minəl-kəsəli və suil-kibəri. Rabbi əuzu bikə min əzabin fin-nari və əzabin filqabr] «Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!» {Muslim, 4/2088.}

5. [Allahummə, bikə əsbəhnə, və bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmutu, və ileykən-nuşur] «Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!» {ət-Tirmizi, 5/466. Bax: «Səhihu-t-Tirmizi», 3/142}

6. [Allahummə, əntə rabbi lə ilahə illə ənt, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və'dikə məs-tətə'tu, əuzu bikə min şərri mə sanə'tu. bu'u ləkə bini'mətikə aleyyə, və əbu'u bizənbi. Fəğfir li fəinnəhu lə yəğfiruzzunubə illə ənt] «Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!» Kim bunları yəqinliklə axşam desə, sonra da o gecə ölüm ona gəlsə, Cənnətə daxil olar. Səhər də həmçinin. {əl-Buxari, 7/150.}

7. [Allahummə, inni əsbəhtu uşhidukə və uşhidu həmələtə arşikə və məlaikətəkə və cəmia xalqikə ənnəkə əntəllahu lə ilahə illə əntə vəhdəkə lə şərikə ləkə və ənnə Muhəmmədən abdukə və rasulukə] «Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Muhəmmədin Sənin qulun və rəsulun olduğuna Səni, rşini daşıyanları, mələklərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıxdım!» (Dörd dəfə) Kim bunları səhər və ya axşam dörd dəfə desə, Allah onu Oddan xilas edər. {bu Davud, 4/317; əl-Buxari, «dəbul-Mufrad», 1201; ən-Nəsai, «məlul-Yəumi vəl-Leyl», №9; İbn əs-Sunni, №70. llamə Abdulaziz ibn Abdullah ibn Baz bu Davudun və ən-Nəsainin isnadını "həsən" hesab etmişdir. Bax: «Tuhətul-xyar», səh.23. [əl-Albani bu hədisi "zəif" hesab etmişdir. Bax: «Silsilətul-hadisid-Daifə», 1041.]}

8. [Allahummə, mə əsbəhə bi min ni'mətin əu biəhədin min xalqikə fə minkə vəhdəkə lə şərikə ləkə fələkəlhəmdu və ləkəş-şukru] «Allahım! Bu səhər mənə və ya yaratdıqlarından hər hansı birinə verdiyin nemət Səndəndir. Sən Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!» Kim bunu səhərə çıxanda desə, gündüzün şükrünü, axşama çıxanda desə, gecənin şükrünü ödəmiş olar. {bu Davud, 4/318; ən-Nəsai, «məlul-Yəumi vəl-Leyl», №7, səh.137; İbn əs-Sunni, №41, səh. 23; İbn Hibban, «Məvarid», №2361; İbn Baz bu hədisin isnadını "həsən" hesab etmişdir. Bax: «Tuhfətul-xyar», səh. 24. [əl-Albani bu hədisi "zəif" hesab etmişdir; «Daifut-Tərğib vət-Tərhib», 1/98.]}

9. [Allahummə, afini fi bədəni. Allahummə, afini fi səm'i. Allahummə, afini fi bəsari. Lə ilahə illə ənt. Allahummə, inni əuzu bikə minəl-kufri vəl-fəqri, və əuzu bikə min əzabil-qabri, lə ilahə illə ənt] «Allahım! Bədənimi salamat et! Allahım! Qulağımı salamat et! Allahım! Gözümü salamat et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram. Səndən başqa məbud yoxdur!» (üç dəfə) {bu Davud 4/324; hməd 5/42; ən-Nəsai, «məlul-Yəumi vəl-Leyl», №22, səh.146; İbn əs-Sunni №69, səh.35; əl-Buxari «dəbul-Mufrad», 701 İbn Baz bu hədisin isnadını "həsən" hesab etmişdir. Bax: «Tuhfətul-xyar» səh.26. [əl-Albani bu hədisi "həsən" hesab etmişdir. Bax: «Təmamul-Minnə» cəh. 232]}

10. [Həsbiyəllahu lə ilahə illə huvə aleyhi təvəkkəltu və huvə rabbularşil-azim] «Allah mənə yetər! Ondan başqa məbud yoxdur. Ona təvəkkül etdim. O, böyük rşin Rəbbidir!» (yeddi dəfə) Kim bunu səhər və axşam yeddi dəfə deyərsə, Allah ona başına gələcək dünya və Axirət işlərində kifayət edər. {Bu hədisi İbn əs-Sunni «məuquf» olaraq rəvayət etmiş № 71; bu Davud isə «mərfu» olaraq rəvayət etmişdir 4/321. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «səhih» hesab etmişlər. Bax: Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 2/376. [əl-Albani bu hədisi "zəif" hesab etmişdir. Bax: «Silsilətul-hadisus-Səhihə», 5286]}

11. [Allahummə, inni əs'əlukəlafvə vəl-afiyətə fid-dunya vəl-axira. Allahummə, inni əs'əlukəl-afvə vəlafiyətə fi dini və dunyayə və əhli və mali. Allahumməstur aurati və amin rauati. Allahumməhfəzni min bəyni yədeyyə və min xalfi və an yəmini və an şimali və min fəuqi və əuzu biazəmətikə ən uğtalə min təhti] «Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!» {bu Davud və İbn Macə; Bax: «Səhih İbn Macə», 2/332.}

12. [Allahummə, aliməl-ğaybi vəşşəhadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məlikəhu. şhədu ən lə ilahə illə ənt. uzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən əu əcurrəhu ilə muslimin] «Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!» {ət-Tirmizi və bu Davud. Bax: «Səhihu-t-Tirmizi», 3/142.}

13. [Bismilləhil-ləzi lə yədurru məa ismihi şeyun fil-ardı və lə fis-səmai və huvəs-səmiul-alim] «Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Biləndir!» (üç dəfə) Kim bunu səhər üç dəfə və axşam da üç dəfə deyərsə, ona heç bir şey zərər toxundura bilməz. {bu Davud 4/323; ət-Tirmizi 5/465; İbn Macə və hməd. Bax: «Səhih İbn Macə» 2/332. Bu hədisin isnadını İbn Baz «həsən» hesab etmişdir. Bax: «Tuhfətul-xyar» səh. 39.}

14. [Raditu billəhi rabbən, və bilislami dinən, və bi Muhəmmədin (səllallahu aleyhi və səlləm) nəbiyyən] «Allahın Rəbb, İslamın din və Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyğəmbər olduğundan razıyam!» (üç dəfə) Kim bunu səhər üç dəfə, axşam da üç dəfə deyərsə Qiyamət günü onun razı salınması Allah üzərində haqq olar. {hməd, 4/337; ən-Nəsai, «məlul-Yəumi vəl-Leyl», №4. İbn əs-Sunni, №68. bu Davud 4/418; ət-Tirmizi, 5/465. Bax: «Səhihu-t-Tirmizi», 3/141. Bu hədisi Abdulaziz İbn Baz «həsən» hesab etmişdir. Bax: «Tuhfətil-əxyar» səh. 39.}

15. [Ya həyyu, ya qayyum! Birahmətikə əstəğisu, əslih li şə'ni kulləhu və lə təkilni ilə nəfsi tarfətə aynin] «Ey [əbədi] Yaşayan, ey Qəyyum [kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan]! Mərhəmətinlə kömək diləyirəm. Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!» {əl-Hakim. O, bu hədisi "səhih" hesab etmiş, əz-Zəhəbi də bunu təsdiqləmişdir. 1/545. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/273.}

16. [sbəhnə və əsbəhəl-mulku lilləhi Rabbil aləmin. Allahummə, inni əs'əlukə xayra həzəl-yəumi: fəthəhu və nəsrahu və nurahu və bərakatəhu və hudəhu və əuzu bikə min şərri mə fihi və şərri mə bə'dəhu] «Səhərə çıxdıq, hökm də aləmlərin Rəbbi Allahın olaraq səhərə çıxdı. Allahım! Səndən bu günün xeyrini, qələbəsini, zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Ondakı şərdən və ondan sonrakı şərdən Sənə sığınıram!» {bu Davud, 4/322. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «həsən» hesab etmişlər. Bax: Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 2/273. [Şeyx əl-Albani bu hədisi "zəif" hesab etmişdir. Bax: «Daif bu Davud», 4/322.]}

17. [sbəhnə alə fitratil-islami, və alə kəlimətil-ixlasi, və alə dini nəbiyyinə Muhəmmədin (səllallahu aleyhi və səlləm) və alə milləti əbinə İbrahimə hənifən muslimən və mə kənə minəl-muşrikin] «İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinində, hənif [ixlasla Allaha ibadət edən], müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!» {hməd, 3/406, 407 və 5/123; İbn əs-Sunni, «məlul-Yəumi vəl-Leyl», № 34. Bax: «Səhihul-Cami», 4/209.}

18. [Subhanəllahi və bihəmdihi] «Allah pak və müqəddəsdir! Allaha həmd olsun!» (yüz dəfə) Kim bunu səhər və axşam yüz dəfə deyərsə Qiyamət günü heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, o bunu onun kimi və ya ondan çox demişdir. {Muslim, 4/2071.}

19. [Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir] «Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (on dəfə) yaxud (tənbəllik üz verdikdə bir dəfə) {n-Nəsai «məlul-Yəumi vəl-Leyl», № 24. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/272; Abduləziz İbn Bazın «Tuhfətul-xyar» əsəri səh. 44. Bunun fəziləti barəsində isə bax: səh. 146, № 255.} {bu Davud 4/319; İbn Macə və hməd 4/60. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/270; «Səhih bu Davud» 3/957; «Səhih İbn Macə» 2/331; «Zadul-Məad» 2/377.}

20. [Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir] «Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (səhər yüz dəfə) Kim bunları bir gündə yüz dəfə desə, bu onun üçün on qulu azad etməyə bərabər olar, ona yüz savab yazılar, onun yüz günahı silinər, axşamadək də şeytandan qorunmuş olar və [Qiyamət günü] heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, o bunu ondan çox etmişdir. {əl-Buxari, 4/95. Muslim, 4/2071.}

21. [Subhənəllahi və bihəmdihi, adədə xalqihi, və rıda nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi] «Yaratdıqlarının sayı, Özündən razı olduğu, rşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!» (səhər üç dəfə) {Muslim, 4/2090.}

22. [Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn] «Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» (hər səhər) {İbn əs-Sunni, «məlul-Yəumi vəl-Leyl», №54; İbn Macə №925. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «Zadul-Məad» əsərinin təhqiqində (2/375) «həsən» hesab etmişlər.}

23. [stəğfirullahə və ətubu ileyhi] «Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!» (gün ərzində yüz dəfə) {«Fəthul-Bari», 11/101; Muslim, 4/2075.}

24. [Allahummə, salli və səllim alə nəbiyyinə Muhəmməd] «Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!» (on dəfə) «Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirsə, Qiyamət günü şəfaətim ona çatar». {Bu hədisi ət-Təbərani iki isnadla rəvayət etmişdir. Bu isnadlardan biri "ceyyid"dir. Bax: «Məcməuz-Zəvaid» 10/120; «Səhihut-Tərğib vət-Tərhib», 1/273.}


Şərhlər: 7
Baxılıb: 464
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
23 avqust 2016 18:04
# 7
Efsuw2016
Allah razi olsun Asya bacim boyuk savab qazanmis oldun
15 avqust 2016 23:56
# 6
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
vipbetul
cox gozel lazimli melumat oldu her zaman her birimizin dilinde zikr olmasini Yuce Rebbimden dileyirem
15 avqust 2016 22:51
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Allah razii olsun
15 avqust 2016 14:29
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ummuselma
Allah razı olsun. Əzbər bildiklerimdir əlhəmdülillah.
15 avqust 2016 14:28
# 3
Totu
Allah razı olsun zikir etmək çox yaxşıdır)
15 avqust 2016 12:49
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Cindrella
Allah hamimizdan razi olsun.Ona laiqli bir bende ola bilerk.
15 avqust 2016 12:34
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz