Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mömin böyük bir sənətçidir...
Mömin böyük bir sənətçidir...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1027
Səs ver:


Həyatlarımız, əlimizə tutdurulmuş bir qələmdir. Əməllərimiz isə, həyat obyektlərinin üzərində yazılar yazıb naxışlar işlədiyi səhifələrdir.

Doğumdan ölümə həyat qələmimizin ucu, xüsusi olan əməl səhifəmizin üzərində bir an belə dayanmadan, yatarkən belə işləyir, yazır..

Ya "Varlıq" yazacağıq əməl dəftərimizin səhifələrinə, ya da "Yoxluq"

Ya hədər ediləcək o səhifələr, ya da sonsuz qiymətli bir sənət icra ediləcək.

Mömin böyük bir sənətçidir...

Əməl qələmiylə naxış naxış işləmələr qondurar sərgüzəşti-i həyatına. Və hər naxış bir yalvarışdır. Hər naxış hər şeyi sənətlə yaradan Mütləq Varlığın sənətinə bir tərifdir.

Hər sənət əsəri özünü deyil, sənətkarını göstərdiyi ölçüdə böyükdür, dəyərlidir, qiymətlidir.

Möminin həyat qələmiylə əməl dəftərinin səhifələrində etdiyi işləmələr özünü, mənliyini deyil, O'nu göstərər, O'na dəlalət edər, özünü deyil, O'nu tərifləyər. Özünə pərəstiş edilməsini istəməz mömin, O'na pərəstiş edilməsini tələb edər.

Bir almanı "Bismillah" deyərək yeməyə başlayan bir mömin həyatının qələmiylə sonsuz qiymətli və sonsuz mənalı bir yazı nəqş etmişdir öz fərdi dünyasının səhifəsinə. Qızıl hərflər belə sönük qalar yanında. Almanın varlığını nəfsinə, həva və arzularına fəda etməz, edə bilməz mömin. Bir almanın varolma məqsədinin ondan dad alınmasını olmadığına inanar. Bir dad uğrunda almaya, almadakı sonsuz sənətə xəyanət etməz, edə bilməz. Yeyərkən zikrini də edər. Almadakı sənəti görər, təfəkkür edər. Beş duyğusuyla dadar almanı. Ağlıyla və ürəyiylə dadar. Ruhu belə almadan zövq alar. Bir mömin üçün alma almadan ibarət deyil. Alma onun sonsuz rəhmət və qüdrət qazanında bişirilmiş, sonsuz qiymətli bir varlıqdır. Alma O'nu sonsuz gözəl adlarının təcəllisidir.

Mömin bir almanı yeməyi bitirən kimi elə səssiz oturmaz. Qalan parçanı basket topu kimi zibil səbətinə atmaz, ata bilməz. Geridə qalan o yeyilməyən hissəyə belə hörmət göstərər.

Almanı yedikdən sonra, kainatın ən əhəmiyyətli sənətlərindən birini daha icra edər. Dodaqlarından ''Əlhəmdülillah'' sözü tökülər. Ürəyi və ruhu O'na sonsuz bir minnətlə dolar.

Kim ki, hər nə edirsə etsin, istər kitab yazsın, istər göz oxşayan bir arxitekturası olan bir quruluş, istər kəşflərin ən böyüyünə nail olsun, əgər işdə O'nu təriflərmisə, O'ndan b
əhs etmirsə, dünyada bir cür davamlılıq qazansa da, kainatın ölümüylə hədər olacaqdır.

Sənətçi ortaya qoyduqlarıyla O'na deyil, özünə mədhiyyələr düzülməsini gözlədiyi anda, yoxluğun və mənasızlığın içində yox olub gedər. Həyat boşu boşuna yaşanmış olar.

O'nu izah etməyən bir həyatın, bir əsərin heç bir dəyəri yoxdur...

Həyat qələmiylə O'na təriflər deyən, O'na yalvaran, O'nu izah edən, O'nu tanıyan mömin, buna görə böyük bir sənətçidir. Əbədi həyat da möminin O'nu izah edən sənət əsərinin əbədi sərgiləndiyi bir sərgi kimidir. Bu da Mütləq Varlığın bizə böyük bir lütfüdür.


Şərhlər:
Baxılıb: 1027
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz