Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kim Onun adlarını sayarsa, Cənnətə girər
Kim Onun adlarını sayarsa, Cənnətə girər
Göndərən: heyatim_menim
Şərhlər: 12
Baxılıb: 637
Səs ver:
İman gətirmədən əməl etmək və dəlil-sübutsuz iman gətirmək düzgün sayılmaz. Dəlil-sübutsuz iman gətirənin misalı zülmət qaranlıqda əlində çıraq tutaraq yol gedən və az müddətdən sonra çırağı sönən kimsənin misalına bənzəyir. Allah insana şüur verərək onu bütün məxluqlardan üstün etmişdir. İnsan şüur vasitəsilə kainatın sirlərini öyrənir, kainatı idarə edəni, onun sahibini tanımağa, eləcə də Ona iman gətirməyə müvəffəq olur. Allahı tanımaq biliklərin ən üstünüdür. Bu biliyə İslam dininin iki mənbəyi - Allahın kitabı Qurani-Kərim və Muhəmməd peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədisləri vasitəsilə yiyələnmək olar. Uca Allah tək varlıqdır. Onun heç bir tayı-bərabəri və bənzəri yoxdur. Allahın elçisi demişdir: “Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. O, Təkdir və tək olanı sevir. Kim Onun adlarını sayarsa, Cənnətə girər.” Hədisdəki "Kim Onun adlarını sayarsa, Cənnətə girər" ifadəsi o deməkdir ki, kim Allahın adlarını söyləyər, onları yadda saxlayar və mənalarını öyrənərsə, Cənnətə girər. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180).

Bu adlardan bəziləri:
Allah (ibadətə layiq olan tək tanrı) Bu, Onun tanrılığına işarə edən ən əzəmətli adıdır. Bu ad Onun bütün uca sifətlərini və gözəl adlarını özündə birləşdirir və qula böyük sevinc – Onu ilahiləşdirməyi və məhəbbəti gətirir. Qul muti olaraq Onun qarşısında durur, yalnız Ondan qorxur, yalnız Ona ümid bağlayır və yalnız Ona təvəkkül edir. Çünki, haqq olan yalnız Odur, Ondan başqa hər şey yalandır.
ər-Rahmən (mərhəmətli) Rəbbimiz bütün məxluqlarına qarşı mərhəmətlidir. Onun mərhəməti kamildir; ona layiq olanları da, layiq olmayanları da əhatə edən mərhəmətdir. Bu, Onun bizə olan böyük lütfüdür.
ər-Rahim (rəhm edən) Bu ad Rəbbimizin möminlərə olan xüsusi mərhəmətidir. O, möminlərə böyük mərhəmət göstərmişdir: birincisi, onları yaratdıqda; ikincisi, onları doğru yola yönəltdikdə və onlara iman bəxş etdikdə; üçüncüsü, Axirətdə onları səadətə qovuşdurduqda. Bu iki adla Allahı tanıyan günahkarları Allahın qəzəbindən və cəzasından xilas etmək və Onun mərhəmətinə qovuşdurmaq üçün çalışar. Allah mərhəmətlidir, rəhm edəndir. Onun mərhəməti hər şeyi əhatə edir və Onun qəzəbini üstələyir. O öz mərhəmətli qullarını sevir, buna görə də O, möminlərə mərhəmətli olmağı buyurmuşdur.
əl-Məlik (hökmdar) O, varlıdır və məxluqların hamısı Ona möhtacdır və Onun hakimiyyəti altındadır. O isə heç bir kəsə möhtac deyildir. Allah mütləq hökmdardır, Onun heç bir şəriki yoxdur. Onun mülkündə olan heç bir kəs Ona göstəriş verə bilməz. O heç kəsdən kömək istəmir. O, mülkündən istədiyi kəsə istədiyini lütf edir. O istədiyini edir, istədiyini yaradır, istədiyinə bəxş edir, istədiyini də məhrum edir. Uca Allahın bu adını tanıyan öz ruhuna və bədəninə hakim olar, ehtirasın, qəzəbin və nəfsin ona hakim olmasına izn verməz; dilini, gözünü və bütün bədənini öz həqiqi hökmdarının rizasına tabe edər.
əl-Quddus (Müqəddəs) O, bütün nöqsanlardan uzaqdır. Bu adı tanıyan özünü yanlış təsəvvürlərdən, şübhələrdən, eləcə də kin-küdurət, nifrət, paxıllıq, təkəbbürlük, riya, Allaha şərik qoşmaq və xəsislik kimi xəstəlikərdən təmizləyər.
əl-Mumin (əmin-amanlıq bəxş edən) O, əmin-amanlığa nail olmağın vasitələrini, qorxunun və zərərin qarşısını almağın yollarını göstərir. Əmin-amanlıq və dinclik yalnız Onun mərhəməti sayəsində yaranır. Xoşbəxt yaşamaq üçün O bizə duyğu orqanları bəxş etmiş, bizə nicat tapmağın yolunu göstərmiş, sağlamlıq əldə etməyimiz üçün bizə dava-dərman, yaşamağımız üçün ruzi-bərəkət bəxş etmişdir. Bizim Onu tanımağımız və iman gətirməyimiz də Onun mərhəməti sayəsində olmuşdur. Bu adı tanıyan bəndə yalnız Onun yardımına və qorumasına ümid bəsləyər.
əl-Muheymin (qoruyan) O, hər bir məxluqunu qoruyur və idarə edir. Allahın bu adını tanıyan müti olaraq Ona asi olmaz.
əl-Cabbar, əl-Qahir, əl-Qahhar (hökmü altına alan) Bütün məxluqlar tamamilə Onun iradəsinə tabedir və Onun hakimiyyəti altındadır.
əl-Mutəkəbbir (məğrur) O özünə və məxluqlarına qarşı təkəbbürlük edənləri məhv edir. Bu adı tanıyan Allahın yaratdıqlarına qarşı qəddar və təkəbbürlü olmaz. Çünki, qəddarlıq zülm və haqsızlıq, təkəbbürlük isə özünü yüksək tutmaq, başqalarına alçaq nəzərlə baxmaq və onların haqqına təcavüz etməkdir.
əl-Xaliq, əl-Xalləq, əl-Bəri` (yaradan) O, bütün məxluqlarının qədərini hələ var olmadan əvvəl təqdir etmiş və yaşamaq üçün onlara xüsusiyyətlər vermişdir. O, hər şeyi yoxdan yaradandır. Yaratmaq istədikdə Ona səy göstərmək lazım gəlməz, O sadəcə: “Ol!” deyər, o da var olar. Uca Allahın bu adını tanıyan Ondan başqa heç kəsə ibadət etməz, yalnız Ona üz tutar, yalnız Ondan yardım diləyər və ehtiyac duyduğu şeyləri yalnız Ondan istəyər.
əl-Musəvvir (Surət verən) O, hər bir şeyə ən gözəl surət vermişdir. Uca Allah buyurur: "O, Özündən başqa heç bir tanrı olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir" (əl-Həşr, 22-24).


Şərhlər: 12
Baxılıb: 637
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
3 avqust 2016 11:32
# 12
Balacam
Ne Gozel. UCA RƏBBIM GUNAHLARIMIZI BAĞIŞLASIN Amiiiin
3 avqust 2016 00:09
# 11
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Ariel♡
Allahim sehvlerimize gore sen bizlere bagiwda.
2 avqust 2016 22:04
# 10
Huwt
vipbetul
Allah tekdir onadan basqa Rebb yoxdur yalniz ona ibadet etmeliyik onun adini zikr etmeliyik
2 avqust 2016 22:02
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
Sagolun bele xeber qoydugunuza gore
2 avqust 2016 21:27
# 8
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
MODABAZ
Allaha ıbadet edek yalnız Allah bıze komek ede bıler
2 avqust 2016 21:04
# 7
Heyata daim gulmek lazimdii
BARBI
Allahin 99 adini ezber bilmek ve onu gun erzinde tekraren oxumaq lazimdir
2 avqust 2016 18:52
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Allaha qurban olum
2 avqust 2016 18:26
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
lale.veliyeva19
Allah hər kəsin günahlarını bağışlasın
2 avqust 2016 18:19
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Barbaris
Uca Allah tək varlıqdır. Onun heç bir tayı-bərabəri və bənzəri yoxdur.
2 avqust 2016 17:55
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qonaqa
Allahım sən böyüksən özün bizi bağışla
2 avqust 2016 17:53
# 2
Səni çooox sevirəm!Həyatım,canim,ureyim,nefesim,herseyim sen menim dunyamsan sen olmasan men bir hecem Allah bizi hec bir zaman ayirmasin heyat cox qeribedir insanin elinden sevdiyini alir.Allah seni menim elimden almasin.Awkim benim "seni cox sevirem" elisim AyEl canim kocam seni cox sevirem! sizin üçün çooox darıxmışam ailem скучаю((
Kölge
Allahimi sevirem........
2 avqust 2016 17:48
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz