Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fatihə surəsini oxumağın fəzilətləri
Fatihə surəsini oxumağın fəzilətləri
Göndərən: Asya
Şərhlər: 6
Baxılıb: 510
Səs ver:
Nəql olunur ki, Həzrət Peyğəmbər (s) Cabir ibn Abdullaha buyurur: "Ey Cabir! Sənə, Allahın kitabında olan ən ali surəni öyrədimmi?". Cabir dedi: "Bəli, atam- anam sənə fəda olsun!". Həzrət (s) ona Kitabın anası olan "Həmd" surəsini öyrətdi. Sonra buyurdu: "Bu surə barədə sənə xəbər verimmi?". Dedi: "Bəli, atam-anam sənə fəda olsun". Buyurdu: "Bu surə, ölümdən başqa, hər bir dərdin dərmanıdır".

İbn Abbas Həzrət Peyğəmbərdən (s) nəql edir: "Hər şeyin bir əsası vardır. Quranın əsası "Fatihə" surəsidir. "Fatihə"nin əsası isə "Bismilləhir-Rahmənir-Rahimdir".
Başqa yerdə o Həzrətdən (s) nəql olunur ki, ""Fatihətul-kitab" (yəni "Kitabı açan") - hər dərdin şəfasıdır".

Həzrət Əmirəl-möminindən (ə) rəvayət olunur ki, "Allahın Rəsulu buyurmuşdur: "Allah-Təala mənə buyurdu: "Ey Muhəmməd! Həqiqətən sənə, "Fatihə" surəsi və əzəmətli Quran göndərdik". Mənə "Fatihətul-kitab" ilə xüsusi minnət qoymuşdur və onu Qurana bərabər qərar vermişdir". Həqiqətən "Fatihətul-kitab" - ərşin xəzinələrində ən şərəfli cövhərdir. Allah-Təala onu Muhəmmədə (s) məxsus etdi və onunla o Həzrəti (s) şərəfləndirdi".

Allah-Təala Süleyman peyğəmbərdən (ə) başqa heç bir peyğəmbəri bu surədə şərik etməmişdir. Süleyman peyğəmbərə "Fatihə" surəsindən "Bismilləhir-Rahmənir-Rahim"i bəxş etmişdir. Necə ki, Bilqeysdən hekayə olunur ki, dedi: "Mənə çox hörmətli bir məktub gəlmişdir ki, o, Süleyman tərəfindəndir, "Rəhman və mehriban Allahın adı ilə başlayır".

Beləliklə, Həzrət Muhəmməd (s) və ali-Muhəmmədin (ə) göstərişlərinə itaət edən, Quranın zahirinə və batininə iman gətirən kəsə, Allah-Təala Quranın hər bir hərfi üçün elə bir savab (həsənə) yazar ki, hər biri onun üçün dünyadan və onun içindəkilərdən üstün olar. Quranı qirəət edən qariyə qulaq asan kəsə, qariyə düşən payın 1/3 (üçdə biri) qismət olar. Buna görə, sizlərdən hər biriniz onun üçün təklif olunan bu xeri artırsın, çünki, bu bir qənimətdir. Məbada fürsəti əldən verəsiniz və onun həsrəti qəlblərinizdə qala".

İmam Sadiqdən (ə) rəvayət olunur ki, buyurur: "Əgər ölüyə 70 dəfə "Həmd" surəsini oxusalar və onun ruhu geri qayıtsa, təəcüblü bir iş olmaz".

Həzrət Peyğəmbərdən (s) nəql olunur: "Kim "Fatihə" surəsini qiraət etsə, ona Quranın 2/3-nin qiraətinin savabı verilər". Başqa bir rəvayətdə buyurulur: "Bütün Quranın qiraətinə bərabərdir".

Hüzeyfə ibn Yəmanidən rəvayət olunur ki, Həzrət Peygəmbər (s) buyurmuşdur: "Allah-Təala bir xalqa bəla göndərər. Sonra o xalqın uşaqlarından biri kitabda "Əlhəmdulillahi Rəbbil-aləmin"- oxuyar. Allah-Təala buna görə onların üzərindən 40 il əzabı götürər".

İbn Abbasdan nəql olunur ki, dedi: "Biz Peyğəmbərin yanında idik ki, bir mələk gəlib dedi: "Sənə müjdə verirəm, sənə bəxş edilən iki nur ilə ki, səndən qabaqkı peyğəmbərlərə verilməmişdir. O iki nur -"Fatihə" surəsi və "Bəqərə" surəsinin axırlarıdır. Onun bir hərfini oxuyan kəsin hacətini verərəm".


Şərhlər: 6
Baxılıb: 510
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
hazal♡
Allah razi olsun
2 avqust 2016 21:04
# 6
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
YalniZ-ArZu
Lazimli meqaledir,paylawana tewekkurler.
Allahim haminin xow niyyetli iwin avand elesin.
2 avqust 2016 16:49
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Calişiram tez tez oxuyum.Allah imanimizi artiq elesin ki vaxtimizi dunya işlerine yox ibadete serf edek
2 avqust 2016 16:48
# 4
Her şeye gore şukur
vipbetul
Fatime suresinin xeyrleri coxdur Qurandaki butun sureleri oxumaq xeyirdir
2 avqust 2016 11:24
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Allah razi olsun..gozel suredir
2 avqust 2016 10:27
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Men her is gormezden evvel mutleq fatiha suresini oxuyuram. Isim o zaman rast gedir
2 avqust 2016 04:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz