Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəbrail kimdir?
Cəbrail kimdir?
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 361
Səs ver:
Cəbrail - əleyhis-səlam - mələklərin ən fəzilətlisi və Allah qatında ən hörmətlisidir. Uca Allah onun qüvvətli və tapşırılan işi yerinə yetirməkdə etimad ediləsi olduğunu vəsf etmişdir. O, Ruhul-Əmindir (sadiq ruh). Uca Allah buyurur:
“Onu (Quranı) Ruhul-Əmin endirdi” (əş-Şüəra, 193-195).
Uca Allah onun bəzi xüsusiyyətləri haqda belə buyurur:
“Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır” (ət-Təkvir, 19-21).

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - onu xəlq edildiyi surətində yalnız iki dəfə görmüşdür. Digər vaxtlarda isə onu insan şəklində görürdü. O bir dəfə Cəbraili gün doğan tərəfdə üfüqdə görmüşdü. Uca Allah bu barədə buyurur:
“O, Cəbraili aydın üfüqdə gördü” (ət-Təkvir, 23).
“Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi. Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi” (ən-Nəcm, 5-10).
Abdullah ibn Məsud Uca Allahın: “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edə­cəyini vəhy etdi” ayəsini izah edərək demişdir: “Peyğəmbər Cəbra­ili gördü. Onun altı yüz qanadı var idi.” (əl-Buxari, 3232)
Aişə demişdir: “Kim iddia etsə ki, Muhəmməd Rəb­bini görmüşdür, o, böyük günah işlətmiş olar. Lakin o, Cəbraili öz surətində və xilqətində, bütün üfüqü tutmuş vəziyyətdə görmüşdür. ” (əl-Buxari, 3234)
İkinci dəfə isə onu İsra gecəsi səmada görmüşdü. Uca Allah buyurur:
“Onu bir daha öz sürətində enərkən gördü – son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır” (ən-Nəcm, 13-15).

Muslimin "Səhih" əsərində Aişədən rəvayət olunur ki, mən qeyd olunan iki ayənin açıqlaması barədə Peyğəmbərdən soruşduqda o belə dedi: “Bu Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü göylə yerin arasını tutmuşdu.”

Peyğəmbər demişdir: “Peyğəmbərlər mənə göstərildi. Baxdım ki, Musa Şənuə qəbiləsinin kişiləri kimi nə çox kök, nə də arıqdır. Məryəm oğlu İsanı da gördüm. Baxdım ki, o, hamıdan çox Urva ibn Məsuda oxşayır. İbrahimi də gördüm. Ona ən çox oxşayan isə dostunuzdur. (Burada Peyğəmbər özünü nəzərdə tuturdu.) Cəbraili də gördüm. Baxdım ki, o, ən çox Dihyəyə oxşayır.”

Urva ibn Məsud və Dihyə Peyğəmbərin səhabələridir. Dihyə ibn Xəlifə əl-Kəlbi öz gözəlliyi ilə seçilən bir əshabə idi. Cəbrail Peyğəmbərin yanına onun surətində gələrdi.

Usamə ibn Zeyd rəvayət edir ki, bir dəfə Ummu Sələmə Peyğəm­bə­rin yanında ikən Cəbrail onun yanına gəlib onunla söhbət etdi. O, çıxıb get­dikdən sonra Peyğəmbər Ummu Sələmədən soruşdu: “Bilirsən o kim idi?” Ummu Sələmə: “Bu Dihya idi”- dedi. Sonralar Ummu Sələmə deyir­di: “Vallahi, Allahın peyğəmbərinin xütbəsini eşidənədək, xütbədə onun Cəb­rail olduğunu bildirə­nədək mən onun Dihya olduğunu hesab edirdim.” (əl-Buxari, 3634).


Şərhlər: 4
Baxılıb: 361
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tenha cicek
Maraqlidi.yazirki "onun alti yuz qanadi var idi"
19 iyul 2016 22:49
# 4
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
vipbetul
bizede Cebrayil Meleyi gormeyi Rebbim nesib etsin Amin Insallah

bizede Cebrayil Meleyi gormeyi Rebbim nesib etsin Amin Insallah

bizede Cebrayil Meleyi gormeyi Rebbim nesib etsin Amin Insallah
4 iyul 2016 16:43
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Maraqli xeberdi
4 iyul 2016 14:24
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
4 iyul 2016 10:17
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz