Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zikr nədir?
Zikr nədir?
Göndərən: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 303
Səs ver:
Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaqdır. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152). "Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (əl-Əhzəb, 35)
Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər demişdir: “Allah kəlmələrdən dördünü seçdi: “Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Kim “Subhənəllah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-aləmin)”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər.”
Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Həmçinin, müəyyən vaxta və hala görə edilən zikrlər vardır. Peyğəmbər yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.
Uca Allahı zikr etmək insanı Allaha yaxınlaşdırır. Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm”. (əl-Buxari, 6856).
Böyük İslam alimi imam ən-Nəvəvi bu hədisi şərh edərkən belə demişdir: “Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti və yardımı ilə yaxınlaşar. Bəndə Allaha nə qədər çox müti olarsa, Onun mərhəməti də bir o qədər çox olar. Bəndə Allahın itaətinə tələsərək gələrsə, Allah da ona mərhəmətini yağdırar, onu qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaz. Bəndənin Allaha yaxınlaşmasının dərəcəsinə görə mükafatı qat-qat verilir”.


Şərhlər: 3
Baxılıb: 303
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
butun sozlerimiz danisiqim zikr yazilsin emel defterimize insallah
3 iyul 2016 19:10
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
3 iyul 2016 11:57
# 2
Totu
Allah razı olsun)
3 iyul 2016 10:49
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz