Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəsullulahın zarafatları
Rəsullulahın zarafatları
Göndərən: heyatim_menim
Şərhlər: 7
Baxılıb: 483
Səs ver:
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir işdə orta yol tutardı. O, nə daim qaşqabaqlı olar, nə də ki, zarafat etdikdə, həddini aşardı. Zarafatı da həmişə deyil, ancaq lazım gəldikdə edərdi ki, bununla səhabələrinin könlünü açsın və arada olan isti münasibətləri bir qədər də möhkəmləndirsin. Rəsulullah nadir hallarda – məsləhət bildikdə, üstəlik zarafat etdiyi adamın könlünü açmaq və dostluq münasibətini artırmaq məqsədilə zarafat edərdi. Bu cür zarafat etmək bəyənilən əməldir. Əbu Hureyrə rəvayət edir ki, bir dəfə səhabələr Peyğəmbərə dedilər: “Ya Rəsulullah, sən hərdən bizimlə zarafat edirsən.” Peyğəmbər də onlara belə cavab verdi: “Bəli, (zarafat edirəm). Lakin mən haqdan başqa bir söz danışmıram!”
Rəsulullahın zarafatları
Ənəs ibn Malik rəvayət edir ki, bir nəfər Peyğəmbərdən bir minik heyvanı istədi və o, bu adama: “Mən sənə dişi dəvənin balasını verəcəyəm”– dedi. Adam təəccüblə soruşdu: “Ya Rəsulullah, dişi dəvənin balası ilə mən nə edəcəyəm?!” Peyğəmbər də ona belə cavab verdi: “Məgər dişi dəvə, dəvədən başqa bir heyvan doğur?!” (Əbu Davud, 4998). Burada Rəsulullah demək istəyir ki, onun verəcəyi dəvəni də nə vaxtsa bir dişi dəvə doğmuşdur. Bu dəvə böyüyüb minilməli yaşa çatmış olsa da, yenə həmin dişi dəvənin balası sayılır. Demək, Rəsulullah ancaq doğru söz söyləyərək zarafat edərdi.
Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbərin dövründə səhrada yaşayan Zahir adlı bir bədəvi var idi. Bu adam vaxtaşırı səhradan Peyğəmbərə hədiyyələr gətirər, sonra da öz işlərini görüb evinə qayıtmaq istədiyi vaxt, Peyğəmbər şəhərdəki şeylərdən ona hədiyyələr verərdi. Peyğəmbər deyərdi: “Zahir bizim səhramız, biz də onun şəhəriyik.” Peyğəmbər onun xətrini çox istəyirdi. Hərçənd bu adam göyçək deyildi, (lakin onun əxlaqı gözəl idi). Bir gün o, bazarda öz malını satarkən Peyğəmbər onun yanına gəldi və yaxınlaşıb arxa tərəfdən onu qucaqladı. Zahir onu görmürdü. Odur ki, dedi: “Kimdir bu? Burax məni!” Sonra o, azacıq arxaya döndü və arxasındakı adamın Peyğəmbər olduğunu gördü. Peyğəmbəri tanıyan kimi kürəyini onun sinəsinə dirədi. Peyğəmbər də yanındakılardan: “Bu qulu kim alar?”– deyə soruşdu. Zahir dedi: “Ya Rəsulullah, əgər sən məni satası olsan, vallahi ki, mənim satılmaz və dəyərsiz bir mal olduğumu görəcəksən.” Onda Peyğəmbər dedi: “Əksinə, sən, Allahın dərgahında keyfiyyətsiz adam deyilsən”, yaxud dedi: “Sən, Allah yanında çox dəyərlisən.”
Bu, Peyğəmbərin xətrini istədiyi səhabəsi ilə etdiyi zarafatdır. Peyğəmbər hərdən sözlə, hərdən də hərəkətlə zarafat edərdi. Peyğəmbər “Bu qulu kim alar?” dedikdə Zahirin Allahın qulu olduğunu nəzərdə tuturdu. Bu da yalan olmayan bir zarafat idi. Zahir göyçək olmadığından, özünün dəyərsiz olduğunu güman edir, Rəsulullah isə ona Allahın dərgahında hörmətli bir qul olduğunu xəbər verir. Demək, Allahın dərgahında hörmət qazanmaq üçün var-dövlət sahibi və gözəl görünüşlü olmaq şərt deyil. Yetər ki, Allahdan qorxan əməlisaleh qullardan olasan. Uca Allah buyurur:
“Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır” (əl-Hucurat, 13).
Peyğəmbər demişdir: “Allah sizin zahiri görünüşünüzə və mal-dövlətinizə baxmır. Əksinə, O, sizin qəlbinizə və əməllərinizə baxır” (Səhih Muslim, 6708).

Qeyd:ALLAH bizləri əməlisaleh bəndələrindən etsin in şa ALLAH.


Şərhlər: 7
Baxılıb: 483
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur_Naz
maragla oxudum tesekkur
3 iyul 2016 03:17
# 7
Fialka
Bu mövzuda elədə məlumatlı deyildim əslində ibrət götürülməli haldır..Təki Allahın daima əmənli saleh bəndəsi olmağı bacaraq Amin.
Allah razı olsun.
2 iyul 2016 18:49
# 6
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 iyul 2016 18:44
# 5
İnci
Cox maraqla oxıdum
2 iyul 2016 14:44
# 4
Her gulusun arxasında bır keder vardır
Kölge
Maraqla ixudum .Allahin salami olsun Mühəmmədə və onun ailəsinə
2 iyul 2016 13:50
# 3
Her şeye gore şukur
Totu
Melumata gore çox tesekkurler
2 iyul 2016 13:03
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Rebbimin her zaman sevdiyi komeyi olduu qullarindan olaq Amin Insallah
2 iyul 2016 12:22
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz