Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəsulullahın adları
Rəsulullahın adları
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 369
Səs ver:
Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.”
Muhəmməd – təriflənən deməkdir. Bu adı ona atası qoymuşdur.
Əhməd – Allaha hamıdan çox həmd-səna edən deməkdir. Bu ad Qurani Kərimdə bir yerdə zikr olunur. Uca Allah buyurur:
“Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə sizi müjdələyən bir elçisiyəm!" Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: "Bu, aşkar bir sehrdir!"– dedilər” (əs-Saff, 6).
Mahi – silib yox edən deməkdir. Peyğəmbərin gəlişi ilə ondan əvvəlki dinlərin hökmü aradan qaldırılmışdır. Uca Allah buyurur:
“Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur” (əs-Saff, 9).
Haşir – bir yerə toplayan deməkdir. Qiyamət günü Peyğəmbərimiz öndə, insanlar da onun arxasınca gedib məhşərə toplanacaqlar. Peyğəmbər demişdir: “Qiyamət günü mən Adəm övladının ən hörmətlisi olacağam, lakin mən bununla lovğalanmıram. Həmin gün mən əlimdə həmd bayrağı tutacağam, lakin mən bununla lovğalanmıram. O gün peyğəmbərlərin hamısı mənim bayrağımın altında toplanacaqlar. Habelə qəbri açılacaq ilk kimsə də mən olacağam, lakin mən bununla lovğalanmıram”. (Sunən ət-Tirmizi, 3975).

Aqib – sonuncu. Uca Allah buyurur:
“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40).

Huzeyfə demişdir: “Bir gün mən Mədinənin küçələrindən birində Peyğəmbərə rast gəldim. O mənə öz adlarını sadalayıb dedi: “Mən həm Muhəmməd, həm də Əhmədəm, mən həm Rəhmət peyğəmbəri, həm də Tövbə peyğəmbəriyəm, mən həm Muqəffəyəm, həm də Haşirəm və bir də Döyüşlər peyğəmbəriyəm”. (əl-Buxari, 3339).

Nəbiyyu-Rahmə - rəhmət peyğəmbəri. Peyğəmbərimizin rəhmət peyğəmbəri olması barədə Uca Allah buyurur:
“Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” (əl-Ənbiya, 107).
Nəbiyyut-Tovbə - tövbə peyğəmbəri. Tövbə xüsusunda da Peyğəmbərimiz bütün bəşəriyyətə nümunə olmuşdur. Peyğəmbər buyurmuşdur: “Vallahi, mən hər gün yetmiş dəfədən çox Allahdan həm bağışlanma diləyir, həm də Ona tövbə edirəm” (Səhih əl-Buxari, 6307).

Hədislərdə bu ad həm Muqəffi, həm də Muqəffə kimi gəlmişdir.
Muqəffi - peyğəmbərlərin yolunu addımbaaddım gedib, onların axırıncısı olan deməkdir. Onların yolunu getmək barədə Uca Allah Quranda Öz peyğəmbərinə belə buyurur:
“O peyğəmbərlər Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl” (əl-Ənam ,90).
Peyğəmbər buyurmuşdur: “Dünyada da, Axirətdə də insanların Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. Əslində, peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir”. (Səhih əl-Buxari, 1433).
Muqəffə isə sonuncu deməkdir. Peyğəmbərlərin bir-birinin ardınca gəlişi Muhəmməd peyğəmbərin gəlişi ilə başa çatmışdır. Peyğəmbərlərin bir-birinin ardınca göndərilməsi barədə Qurani Kərimdə belə xəbər verilir:
“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən adamlar!” (əl-Muminun, 53).
Döyüşlər peyğəmbəri adı Peyğəmbərə Allah yolunda apardığı çox saylı döyüşlərə görə verilmişdir.


Şərhlər: 4
Baxılıb: 369
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel bilmeyimiz vagib olan melumatdir
1 iyul 2016 21:50
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyul 2016 16:50
# 3
aziz a
Cox gozel xeber ıdı..Allah razı olsun
1 iyul 2016 16:20
# 2
Qelbim doludu !!!!
Totu
Allah razı olsun
1 iyul 2016 16:05
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz