Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Möminin qəlbi qəzəb və kindən pak olmalıdır
Möminin qəlbi qəzəb və kindən pak olmalıdır
Göndərən: Asya
Şərhlər: 8
Baxılıb: 274
Səs ver:
Düşmənçilik iki növdür. Birinci növ - o düşmənçilikdir ki, kiminsə düşmənçiliyini qəlbində çəkirsən və onu gizləyib intiqam almaq üçün fürsət axtarırsan. İkincisi - aşkar şəkildə həmin şəxsə əziyyət verər və düşmən olduğunu dilinə gətirərsən.

Birinci dəstə düşmənçiliyə kin deyilir, çünki onun düşmənçiliyini qəlbində gizlətmişdir. İkinci dəstə düşmənçilik isə birinci düşmənçiliyin səmərəsidir. Çünki kini daha qüvvətli olmuşdur. Artıq qəlbi onu qorumağa qadir deyildir və ona görə də üzərində olan pərdəni kənara çəkmişdir.
Birinci dəstə düşmənçiliyin səmərəsi qəzəbdir. Çünki əgər insan başqasına qəzəblənərsə, aciz olduğu üçün o qəzəbini büruzə verə bilməzsə, həmin qəzəb qəlbində kinə çevrilər. Həm qəzəb və həm də kin - rəzil sifətlərdəndir.
Hədislərimiz buyurur ki, mömin kinli deyildir.
Kini meydana gətirən başqa amillər də vardır, o cümlədən: həsəd, qeybət, yalan, böhtan, zarafat etmək, eyibləri aşkara çıxartmaq, istehza etmək kimi.
Hətta bu saydıqlarımız olmasa belə, düşmənçilk hissi insanın kinli olması üçün kifayətdir. Kinli insan xəstədir və Allah dərgahından get-gedə uzaqlaşar.
İmam Əli (ə) buyurur: "Dünya ondan kiçik, həqir və dəyərsizdir ki, orada kinlərin ardınca gedilsin".
İmam Əli (ə) başqa yerdə buyurur: "Kin yaxşılıqları məhv edər".
Əmirəl-möminin (ə) buyurur: "Hər kim kini özündən uzaqlaşdırar - qəlb və ağılı rahat olar".
Həzrət Əli (ə) buyurur: "Fitnələrin səbəbi - kinli olmaqdır".
İmam Hüseyn (ə) buyurur: "Şübhəsiz ki, bizim davamçılarımızın qəlbləri hər bir xəyanətdən, kindən, fırıldaqdan pakdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə hədiyyə verin, çünki kini aradan aparır".
İmam Əli (ə) buyurur: "Başqalarının sinəsindən pisliyi çıxartmaq üçün onun öz sinəndə kökünü kəs".
İmam Əli (ə) buyurur: "Həsəd aparan tez qəzəblənər və kini gec qəlbindən çıxar".
İmam Əli (ə) buyurur: "Kinli insanın ruhu əzabdadır və qəmi bir neçə qatdır".
Məsumların (ə) buyurduğu kimi, kin insana həmişə əzab verən bir xəstəlikdir. Bu xəstəlik insanın ruhunu yediyi kimi, sağlamlığını da əlindən alar, ona hamıdan çox zərər verər. Kinli insanın qəmi davamlı olduğu üçün, rahatlığı olmaz və başqa rəzil sifətlərin meydana gəlməsi üçün şərait yaradar. Bu insan xəstə olduğunu qəbul etməli və özünü bu rəzil sifətdən xilas etməlidir. Əks halda əldə etdiyi bütün həsənələri və xeyirləri əldən verəcək, Qiyamət günü həsrət çəkənlərdən olacaqdır.


Şərhlər: 8
Baxılıb: 274
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
14MsM
Kinli deyilem tez bariwaram hemin insanla yox gorsemki o mene yaxin biri deyil (xasiyyeti)salam sagol vse oz uzaqlawar
2 iyul 2016 23:50
# 8
hazal♡
Kin saxlamag pisdi eyer namaz qilan insandisa lap pisdi...
2 iyul 2016 23:19
# 7
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Fialka
Dini tərəfdən hansı mahiyyəti olduğunu bilmək faydalıdır lakin əgər insan kinlidirsə o bu kindən əl çəkə bilməz yəni insanın xislətindədir. Təbii olaraq insan qəzəblənə bilər nəyəsə və ya kiməsə amma heç vaxt kin saxlamamalıdır kimsə ona kin saxlayacaq qədər dəyərli deyil sadəcə laqeydlik və tamamən yox bilib heç bir emosiya hiss etməmək daha uyğundur nəinki qəlbini dəyməyəcək birisi üçün kinlə bürümək..
2 iyul 2016 18:35
# 6
KRALİCEM
Kimese paxiliqim hesretliyim yoxdu amma birinden birdrfen inciyib xett cekerem heyatimin sonunacanda donmerem
2 iyul 2016 17:15
# 5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Totu
Tesekkurler))
2 iyul 2016 16:25
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
qanadli melek
Kin ve qezeb insanin qelbini korlayan hislerdi.hec vaxt kinli insan olmamiwam
2 iyul 2016 16:09
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Onun_Mələyi
bunu bilirdim.lakin bezen insan birisine o qeder hirsler ,nifret ederki.ondan heyif almaq istiyer.ala bilmediyi sürece beyninde düwüneerr düwüneerr.buda kine çevriler.
2 iyul 2016 15:48
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
cox kinliyem hec azalmasinida isdemirem
2 iyul 2016 15:43
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz