Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən fəzilətli qadınlar kimlərdir?
Ən fəzilətli qadınlar kimlərdir?
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 403
Səs ver:
İbn Abbas demişdir: “Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”.
İmranın qızı Məryəm və Xuveylidin qızı Xədicə qadınların ən fəzilətliləri hesab olunur. Peyğəmbər demişdir: “Vaxtı ilə dünyada olmuş qadınların ən xeyirlisi İmranın qızı Mər­yəm­­dir. Bu ümmətin qadınlarının ən xeyirlisi isə Xədicədir.” (əl-Buxari, 3432).
İmranın qızı Məryəm
Uca Allah onun fəziləti haqqında belə buyurur: “Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!" Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin” (Məryəm, 42-44).
Xuveylidin qızı Xədicə
Peyğəmbərin həyat yoldaşları mübarək qadınlardır. Xədicə bint Xuveylid onların birincisi olmuşdur. O, Məkkə qadınları arasında «Tahirə» (pak qadın) adı ilə çağrılırdı. Peyğəmbər onunla evləndiyi vaxt o, Peyğəmbərə ən yaxşı yoldaş oldu. Rəsulallaha ilk vəhy nazil olduqda onun qəlbi gördüyü mənzərənin qorxusundan titrəyirdi. Peyğəmbər qorxudan ürəyi əsə-əsə hə­min ayə­lərlə ge­ri döndü. O, evinə daxil olub: “Üs­tümü örtün, üs­tü­mü ör­tün!”– dedi. Onun üstünü örtdülər. Nəhayət, qor­xu on­dan keçib getdi və Pey­­ğəm­bər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gə­lə­cəyindən qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüs­vay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəm­ləndirir, zəif­lə­rin yü­künü da­şıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda in­san­­la­ra yardım edirsən.”
O, Peyğəmbərə iman gətirənlərin birincisi olmuş və ona həm mənəvi, həm də maddi dəstək vermişdir. Peyğəmbər onun xatirəsini həmişə əziz tutmuş və belə demişdir: “İnsanlar məni inkar edəndə, o mənə iman gətirdi, hamı məni təkzib edəndə, o, malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı”.
Peyğəmbərin İbra­himdən başqa digər övladları - Qasim, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah – Xədicədən dünyaya gəlmişlər.
Əbu Hureyra demişdir: “Bir dəfə Cəbrail Peyğəm­bərin yanına gəlib dedi: “Ey Allahın elçisi, bax Xədicə əlində bir qab xörək şi­rə­si ilə gəlir. Sənin yanına gəlib ça­tan­da ona Rəbbin­dən və məndən salam söylə və Cənnətdə onun üçün oyuq mir­varidən hazırlanmış, içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!” (əl-Buxari, 3820).
O, Peyğəmbərin hicrətindən 3 il əvvəl ramazan ayında altmış beş yaşında vəfat etmişdir.


Şərhlər: 4
Baxılıb: 403
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel melumatdir

cox gozel melumatdir
28 iyun 2016 18:19
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Allah razi olsun oxumaq cox maraqli oldu
28 iyun 2016 13:55
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Totu
Melumata göre teşekkürler
28 iyun 2016 13:02
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Rəbbim əməli saleh olan bütün qadınlara məsumələrin fəzilətindən nəsib etsin inşAllah.
Allah razı olsun.
28 iyun 2016 13:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz