Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şükür haqqında
Şükür haqqında
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 345
Səs ver:
Allahın verdiyi nemətlərə görə şükür etmək hər bir bəndənin borcudur. İnsan ona nemətlər bəxş edən Allaha minnətdar olduğunu qəlbən etiraf etməli, dili ilə Ona şükür etməli və yalnız Ona ibadət etməlidir. Uca Allah buyurur: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (əl-Bəqərə, 152).
Qiyamət günü nemətlər barəsində soruşulacaq
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Uca Allah Qiyamət günü buyuracaq: “Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni qadınlarla evləndirdim, səni qənimətlər­dən pay alan və itaət olunan başçı təyin etdim, bəs bunların şükrü hanı?”
Ən gözəl nemətlər hansıdır?
Allah Elçisi de­miş­­dir: “Şükür edən qəlb, zikr edən dil, əməlisaleh zövcə dünya və dini iş­lər­də sənə kifayət edər və bu, insanların yığdıqlarından daha xeyirli­dir”.
Allaha layiq olan şükür nədir?
Abdullah ibn Səlamın rəvayətinə görə Musa peyğəmbər demişdir: “Ey Rəbb! Sənə layiq olan şükür nədir?” Allah buyurdu: “Ey Musa, dilin Məni zikr etməkdən qurumasın!”
Allahın nemətini etiraf etmək şükür etməkdir
Peyğəmbər buyurdu: “Kimə bir nemət verilər və o, bu neməti dilə gətirərsə, şükür etmiş olar, onu dilə gətirməzsə, nankorluq etmiş olar”. (Əbu Davud, 4814).
Allah Elçisi demişdir: “Allahın neməti barəsində danışmaq şükür, danışmamaq isə nan­kor­luqdur. Aza şükür etməyən çoxa da şükür etməz. İnsanlara şükür etməyən, Allaha da şükür etməz. Müsəlman camaatı bərəkət, ayrılıq isə əzabdır”.
Möminin işi qəribədir!
Allah Elçisi demişdir: “Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömin­dən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər və bu onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər və bu onun üçün xeyir olar”. (Muslim, 2999).


Şərhlər: 4
Baxılıb: 345
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Şukurler olsun Allahım.
23 iyun 2016 21:27
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 iyun 2016 13:38
# 3
vipbetul
Rebbim her zaman sukur ede bendelerinden etsin bizleri cetinlik gordukde nasukurluk edenlerden deyil sebrle gozleyib sukur edek insallah
23 iyun 2016 10:51
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Wirin Meleyim
Allahim sene wukurler olsun
23 iyun 2016 09:29
# 1
Imza aysu agazade
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz