Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəd əlamətlərə inanma!
Bəd əlamətlərə inanma!
Göndərən: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 530
Səs ver:
İslamdan qabaq cahiliyyət dövründə ərəblərdən kimsə bir işi görmək istədikdə, göyə baxar və göydə gör­dü­yü quşun sağ tərəfə, yaxud sol tərəfə uçmasıyla, görmək istədiyi işin uğurlu və ya uğursuz ola­cağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördük­də, bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğur­suzluq sayardılar. Aişə bu cür etiqadın batil olduğunu bildirib demişdir: “Allahın Elçisi mənimlə Şəvval ayında nikah bağlamış, habelə məni şəvval ayında öz evinə gətirmişdir...” Bundan başqa o vaxt ərəblər çərşənbə gününü, habelə Səfər ayını da uğuzsuz əlamət hesab edərdilər. Bunların və bunlara bənzər inancların hamısı batildir. Çünki hər bir işdə uğur və müvəffəqiyyət Uca Allahın əlindədir. O buyurur:
“Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir” (Yunus, 107).
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır” (Əhməd 1/389).
Bir dəfə Allah Rəsulunun yanında uğursuzluqdan söz açıldı. Rəsulullah uğursuzluq haqda buyurdu: “Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: “Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir). (Əbu Davud, Tibb, 24)
Hər hansı bir şeyin uğursuz olmasına inanan Allahın xeyir və zərər verməsini inkar edərək bu işdə Ona şərik qoşur. Hər bir müsəlman Qurani Kərim və Peyğəmbərin səhih hədislərində xəbər verilən doğru İslam inancını öyrənməyə çalışmalıdır.


Şərhlər: 3
Baxılıb: 530
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
werhlernizle tam raziyam.bu insanlar bele qelib belede qedecey..
19 iyun 2016 10:06
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
Rebbimin komeyi merhemeti her zaman uzerimizde olsun insallah

Rebbimin komeyi merhemeti her zaman uzerimizde olsun insallah
19 iyun 2016 00:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Metnin ilk cumlesinden goruruk ki,ele o dovrlerden cehaliyyet ereblerden gelir.hetta Allah peygemberi de ereblerden secdi ve Peygemberimiz de Allahin izni ile onlari cahillikden uzaqlawdirmaga caliwsa da bu dovre qeder hele de ders olmayib ereblere.duwer duwmez deye inanclari arawdirsaq,derine getsek coxunun koku gedir ereblerw dayanir.bu sadece wirkdir.Allaha werik qowmaqdir.bu da en boyuk gunahdir Allah qatinda.her wey Allahin elindedir.bizde de var sehv etmiremse 3cu gun toy etmir cox aileler.guya ugursuz gundur.soruwanda axi harda yazilib,arqument getir,ele cahilce bir cumle deyirler,ewwi biz dede babalardan bele ewidib gormuwuk,onlar bir wey bilmese demez.onda bele cixir senin dede babalarin Estexfurullah Allahdan ve onun elcilerinden coxmu bilir?hemen o dede babalar bir zamanlar cehaliyyet dovrunde hansi ki,uwaqlari falaqqaya baglayib doye doye eyzever e beyzever be soyle dovrunde yawamiw dede babalardir.o dovr ki,M.E.Sabir,C.Memmedquluzade kimi dramaturqlar oz sarkazmlari ile yixib suruduyu dovrde yawayiblar.onda da cerez Cenubi Azerbaycan farslarindan sizmiw cahil ereb ideologiyasindan ewidib,gorub goturmuwduler.budur 21ci esrdir hele de o cahil ideologiya milletimizin psixologiyasindan qopa bilmir.en pis terefi de odur ki,bu gic gici ideologiyani Islam dini buyurur adi altinda yeridibler milletin beynine.sen haki Qurandan sitatlar getir,Peygemberden ve imamlardan sitatlar getir ki,ey cahil ehl,bizim dinimiz eksine bu axmaq fikirleri neyinki qebul etmir hetta bu lari wirk qebul edib,o ffikirlerle durub oturanlari lenetleyir,yene de ele bil dawa divara deyirsen.wair demiw,bu dunyanin qara dawi goyermez.bu cahil insanlar bele gelib bele de gedecekler.
18 iyun 2016 23:45
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz