Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk insan - Adəm (ə)
İlk insan - Adəm (ə)
Göndərən: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 244
Səs ver:
Allah öz rəhmət və lütf anlarının birində qurumuş heykələ ruh üfürdü. Heykəl asqırdı və dedi:«Əlhəmdu lillah».

Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüş və kamil insan formasına düşmüşdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. Düşünən və diqqət edən bir insan yaranmışdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri dərk edirdi. Həqiqət ona tanış idi. Haqqı və batili, xeyir və şəri, səadət və bədbəxtliyi ayıra bilirdi.

Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər Allaha itaətdən başqa bir şeylə tanış deyildilər. Onlar həmişə Allaha zikr edirdilər, həmişə Allahın qarşısında təslim idilər.

Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz canişini və nümayəndəsi kimi seçmişdi. Çünki, Allah onu xəlifə və canişin olaraq bəyənmişdi. Onun məqamı mələklərdən üstün idi. Amma, başqa bir yaranmış ona səcdə etmədi. O, Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin anlamadığı digər səma ulduzları illərindən.

Allah-təala cini oddan yaratmışdı. Şeytan Adəmə (ə) səcdə etmədi. Allahın əmrindən boyun qaçırdı. Şeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmış Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı.

Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. Şeytan cin tayfasındandır. O, Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-təala buyurdu:

-Ey Şeytan, niyə Adəmə səcdə etmədin?

Şeytan dedi:

-Mən ondan üstünəm. Məni oddan yaratmısan, Adəm isə palçıqdan yaranmışdır. Od palçıqdan üstündür.

Allah təkəbbürlü Şeytanı yanından qovdu. Onu öz rəhmətindən uzaqlaşdırdı və həmin vaxtdan da Şeytan Adəmə (ə) kin bəsləyərək düşmən kəsildi.

Şeytan təkəbbürlü, həsədli, kinli və özünübəyənən bir yaranmış idi. Həmişə bu fikirdə idi ki, Adəmi (ə) necə məhvə doğru çəksin, onu necə aldadıb, yolundan azdırsın.

Allah Şeytanı öz rəhmətindən uzaqlaşdırdı. Ona buyurdu:

-Rədd ol get! Sən qovulmuşsan və qiyamətə qədər mənim lə’nətim olsun sənə.

Şeytan dedi:

-Ey Allah, mənə qiyamətə qədər fürsət ver.

Allah-təala buyurdu:

-Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.

Şeytan dedi:

-Ey Allah! Məni azdırdığın üçün sənin bəndələrinin yolunun üstündə oturub, onların hamısını doğru yoldan azdıracağam.

Şeytan nə qədər lə`nətlik, nə qədər bədbəxt və yalançıdır! O azğınlığa düşməsində Allahı ittiham edir. O etdiyi günahla belə özünü cəzaya layiq bilmir. Şeytan demir ki, Adəmə (ə) paxıllıq edib, kin bəsləmiş, təkəbbür və lovğalıq etmiş, Allahın əmrindən çıxaraq səcdə etməkdən boyun qaçırmışdır.

Beləliklə Şeytan kafir oldu. Öncə qürurlandı və sonra küfr yolunu tutdu. O güman edirdi ki, Adəmdən (ə) üstündür. Çünki, o, oddan, Adəm (ə) isə torpaq və palçıqdan yaranmışdır. Şeytan özünübəyənən idi. Unutdu ki, bu əmri ona, onu yaradan Allah vermişdir və Allahın əmrinə itaət etmək lazımdır.


Şərhlər: 3
Baxılıb: 244
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
maraqla oxudum Allah razi olsun
17 iyun 2016 23:17
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
Allah seytana min lenet etsin insallah onun hiylesinden biz qullarini qorusun Amin insallah
17 iyun 2016 12:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Maraqli xeberdi cox sagolun
17 iyun 2016 09:06
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz