Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bərəkət nədir?
Bərəkət nədir?
Göndərən: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 348
Səs ver:
Bərəkət sözü çoxalma və artma deməkdir. Bərəkət bəndəyə verilən nemətin xeyirli olması və artırılmasıdır. Nemətləri yaradan, onları bəndələrinə bəxş edən və bərəkətli edən yalnız Allahdır. Uca Allah xeyir-bərəkəti öz peyğəmbərlərinə və mömin bəndələrinə bəxş edir. Uca Allah Qurani-Kərimi bərəkətli Kitab adlandıraraq belə buyurur:
“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29).
Qurani-Kərim bütün xeyiri özündə cəm etdiyi üçün mübarək adlandırılmışdır. Dünya və axirətdə xeyir əldə etməyin, xoşbəxt olmağın yeganə yolu Qurana iman gətirmək və onu oxuyub əməl etməkdir.
Peyğəmbərin Allahdan xeyir-bərəkət diləməsi
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - öz ümməti üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: “Allahım, ümmətimin hər gününün əvvəlinə bərəkət ver!” (Sunən Əbu Davud 2606). Digər hədisdə isə belə demişdir: “Ümmətimin hər gününün əvvəlinə bərəkət verilmişdir!” (Səhih əl-Cami, 2841).
Peyğəmbər Mədinə şəhəri üçün Allahdan bərəkət diləyərək belə dua etmişdir: “Allahım, Məkkəyə nazil et­di­yin bərəkətin iki qatını Mədinəyə nazil et!” (əl-Buxari, 1885).
Həmçinin, o, bəzi səhabələri üçün Allahdan xeyir-bərəkət diləmişdir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər Ummu Suleymin yanına gəldi və o, Peyğəmbərin qabağına xurma və yağ qoydu. Peyğəmbər bu­yur­du: “Yağınızı tuluğa, xurmalarınızı da zənbilə boşaldın, mən oruc tut­mu­şam.” Peyğəmbər qalxıb evin bir tərəfində nafilə namazı qıldı və Ummu Su­leym və onun ailəsi üçün dua etdi. Onda Ummu Suleym dedi: “Ya Rəsulul­lah, mənim ayrıca bir xahişim var.” Peyğəmbər soruşdu: “Nədir o?” Ummu Su­leym dedi: “Xidmətçin Ənəs üçün dua et!” Peyğəmbər dünya və axirətə aid xeyirli nə varsa, hamısını mənim üçün dua etdi və belə dedi: “Allahım, ona mal-dövlət və övlad bəxş et və ona xeyir-bərəkət ver!”
Həqiqətən də, bu gün mən ənsarın ən varlı adamlarındanam. Qızım Umey­nə mənə xəbər vermişdir ki, Həccacın Bəsrədə hakimiyyətə gəldiyi dövrə­dək mənim nəslimdən yüz iyirmidən çox adam dəfn edilmişdir.” (əl-Buxari, 1982). Ummu Suleym Ənəsin anasıdır. Ənəs ibn Malik hic­rətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir. Ənəsin yaşıdlarının əksəriyyəti bu dünyadan kö­çüb getmişdi deyə, sonrakı nəsildən olan azyaşlıların arasında qalmaq ona ağır gəlirdi.
Xoşuna gələn bir şey gördükdə onu gözə gətirməkdən necə qorumaq olar?
Peyğəmbər demişdir: «Biriniz müsəlman qardaşında yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün ("Bərakallah", yəni "Allah bərəkət versin!" deyib) Allahdan bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!»


Şərhlər: 3
Baxılıb: 348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Allah razi olsu oxumaq cox maraqli oldu
13 iyun 2016 14:34
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
cox gozel melumatdir ALlah razi olsun Allah bereketinni her zaman uzerimizden eksik etmesin AMin insallah
13 iyun 2016 14:04
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Allah razi olsun
13 iyun 2016 11:33
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz