Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
HZ.Fatimə (s.ə)-ın dəfni və Əlinin sözləri
HZ.Fatimə (s.ə)-ın dəfni və Əlinin sözləri
Göndərən: heyatim_menim
Şərhlər: 5
Baxılıb: 421
Səs ver:
Fatimə H.Q. 11-ci ilin Cəmadiyəlaxır ayının 3-də (M. 27 avqust 632) aldığı zərbədən evində vəfat edir. Vəsiyyətinə əsasən öz yaxınları tərəfindən gecə ikən Mədinədə atası Məhəmmədin məzarı ilə minbəri arasında dəfn olunmuşdur.

Şiə alimləri Fatimənin gecə dəfn edilməsi barədə ittifaq etmişlərdir. Yəqubinin yazdığına görə Fatimə gecə vaxtı dəfn edilib və Salman, Əbu Zər və bir fikrə əsasən də Əmmar Yasirdən başqa kimsə dəfn zamanı orada olmayıb. Şeyx Tusinin "Əmali" adlı kitabında Əlidən nəql etdiyi bir rəvayətə görə əmisi Abbas ibn Əbdülmüttəlib Əliyə Fatimə üçün görkəmli bir dəfn mərasimi keçirilməsini təklif edir, ancaq Əli Fatimənin dəfn işlərinin gizli olmasına dair ona vəsiyyət etdiyini deyir. Əhli-Sünnə alimlərindən İbn Sad da Fatimənin gecə dəfn edildiyinə və onu Əlinin dəfn etdiyinə dair bir rəvayət nəql etməkdədir.Bəlazuri də iki rəvayətdə bunun eynisini yazmışdır. Buxari isə belə yazır: "Həyat yoldaşı gecə vaxtı onu dəfn etdi və Əbu Bəkrin onun dəfnində hazır olmasına icazə vermədi."" Kuleyni isə bu mövzu haqqında belə yazır:

"Fatimə vəfat edəndə Əli onu gizlicə dəfn etdi. Qəbri tanınmasın deyə izləri sildi. Sonra qalxıb Məhəmmədin qəbrinə döndü və dedi ki: "Məndən sənə salam olsun, ya Rəsulullah! Və indi səni ziyarət etməkdə olan, torpağa gedən, məndən ayrılan, sənin tərəfinə keçən, Allahın sənə bir an əvvəl qovuşmasını iradə etdiyi qızından, əziz qızından ayrılmağa görə səbrim azaldı, dünya qadınlarının ağasının ayrılığından dolayı dözümüm zəiflədi. Ancaq bir təsəllim var ki, sənin yoxluğunda sünnətin mənim üçün bir dayaqdır. Mən sənin başını istirahətgahına qoydum (dəfn etdim) və sənin müqəddəs ruhun, mənim boğazımla sinəm arasından bayıra çıxdı. Səni öz əllərimlə torpağa yola saldım. Bəli, Allahın kitabında mənim üçün qəbulların ən gözəli var. Biz Allahdan gəlmişik və ona tərəf qayıdacağıq. Şübhəsiz, əmanət geri alındı, əsir tutuldu, Zəhra əlimdən çıxdı. Ya Peyğəmbər, bu mavi səma nə qədər çirkin və bu yer nə qədər toz dumandır artıq. Kədərim sonsuzdur, gecəm yuxusuzluqla keçir. Kədər həmişə qəlbimdədir. Bu vəziyyət Allahın mənim üçün də sənin olduğun diyarı iradə edəcəyi günə qədər çəkəcəkdir. "Bir kədərim var ki, ürək parçalayan və bir kədərim var ki, heyranedici. Nə tez oldu aramızda ayrılıq! Allaha şikayətlərimi bildirirəm. Qızın sənə ümmətinin necə haqqını qəsb etmə məqamında yarışdıqlarını danışacaqdır. Ondan soruş baş verənləri. Vəziyyəti ondan öyrən. Onun sinəsini yandıran neçə-neçə dərdləri vardı. Amma onları deyəcək, açacaq bir yol tapmadı. Amma indi deyəcək və Allah da hökmünü bildirəcək. Çünki o, hökm verənlərin ən yaxşısıdır. Sizə salam! Vida salamı. Amma nə qəzəbli, nə də sıxıntılı. Çünki əgər buradan geri dönürəmsə, bu çətin vəziyyətdən ötrü deyil və əgər qalsam bu Allahın səbr edənlər üçün nəzərdə tutduğu mükafatdan yana ümidsizliyə düşdüyüm mənasına gəlməz. Vay! Vay! Səbr daha etibarlı və daha gözəldir. Əgər düşmənlərin hücumlarından ehtiyat etməsəydim, burada gözləyər, etiqaf edərdim. Uşağı ölmüş yaslı bir qadın kimi bu müsibətə görə əzadarlıq tutardım. Allahın nəzarəti altında, qızın gizli dəfn edildi. Haqqı tapdalandı, mirasına əl qoyuldu. Halbuki aradan çox vaxt keçmədi və sənin xatirən təzə idi. Ya Peyğəmbər, şikayətimiz Allahadır. Ya Peyğəmbər, ən gözəl təsəlli də səndəndir. Allahın salatı və razılığı sənin və onun üzərinə olsun". "
Bu xütbə Nəhcül-Bəlağədə, Tərcümə: Seyid Cəfər Şəhidi, Xütbə: 202, səh. 337-338 və ayrıca Kafidən daha qısa olaraq zikr edilmişdir. Burada eyni Üsuli-Kafinin Dr. Şəhidi tərəfindən tərcüməsi əsasına görə verilmişdir.


Şərhlər: 5
Baxılıb: 421
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
14MsM
INWALLAH QIYMETDE ONLARLA MEHWUR OLAQ ..IDEAL DEYILIK HECBIRIMIZ HAMIMIZIN GUNAHI VAR AMA ELE ETMELIYIKKI O GUNAH PUS GUNAHLARDAN OLAMSIN NEFSIMIZE VE DILIMIZE GUC GELSEY HERWY YAXWI OLAR EN COXUNDANKI ONUN MUKAFATI ALLAHDADI NEYSE ALLAH HAMIMIZA KOMEY OLSUN UNTMAYAQ OLUM HAMIMIZ CUN VAR ...SADECE INSAN EN COXUND OLUMUNU YADINA SALA ONA GORE PISLIY ETMEYE BEZILERINI GORUREM BEZEN YAZIGIM GELIR UZUNE DEYE BILMIREM PISLIYINI VALLAH UTANIRAM AMA ALLAHA WUKUR EDIREMKI ALLAHIN VARLIGIN ONUN NELERE QADIR OLMAGIN MENE DERK ETIRIB COX WUKUR
10 iyun 2016 01:51
# 5
vipbetul
Hezreti Xanim Fatime anamizin qebri helede gizlidir usdu helede acilmayib ona zulm verenlere Allahda zulm versin Amin Insallah
9 iyun 2016 19:15
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Allah razı olsun.
9 iyun 2016 13:40
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
yarpaq33
Oxumaq maraqli oldu tewekkurler
9 iyun 2016 13:36
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Totu
Allah razı olsun.
9 iyun 2016 13:32
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz