Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi?
Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi?
Göndərən: Melek5
Şərhlər: 6
Baxılıb: 425
Səs ver:
Muaz ibn Zuhrə isnad baxımından peyğəmbərə (s. a. v.) qədər çatdırdığı rəvayətində peyğəmbərin (s. a. v.) iftar etdiyi vaxt belə dediyini xəbər vermişdir:

“Ey Allahım! Sənin üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”.1

Darəqutni və Təbəraninin Əl-Mucəmul-Kəbir əsərində İbn Abbasdan nəql etdikləri xəbər aşağıdakı kimidir:

“Rəsulullah (s. a. v.) iftar etdiyi vaxt: “Ey Allahım, sənin üçün oruc tutduq, sənin ruzinlə orucumuzu açırıq. Onu bizdən qəbul et. Sən eşidən və bilənsən”, – deyərdi.

İbnus-Sünni Muaz ibn Zuhrədən belə nəql edib:

“Rəsulullah (s. a. v.): “Allaha həmd edirəm. O mənə kömək etdi. Oruc tutdum, ruzi verdi, iftar etdim”, – deyərdi.

Abdullah ibn Əmr ibn Əl-Asdan da peyğəmbərin (s. a. v.) belə dediyi rəvayət olunub:

“Oruclunun iftar vaxtı duası budur: “Allahım, Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımı bağışlamağını diləyirəm”.

Hənəfilərin iftar zamanı oxuduqları dua belədir:

“Allahım, sənin rizan üçün oruc tutdum, Sənə iman gətirdim, Sənə arxalandım, Sənin ruzinlə orucumu açıram. Ramazan ayının səhəri gününün orucuna da niyyət etdim. Artıq mənim keçmiş və gələcək günahlarımı bağışla”.

Şafiilərin fikrincə: “Allahım, sənin üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”, – deyərək dua etmək müstəhəbdir.


Şərhlər: 6
Baxılıb: 425
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melek5
Deyirem iftarda bu sozleri Allah komekcimiz olsun
10 iyun 2016 12:26
# 6
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Barbaris
Sitat: Aysel
Gözel dualardı her biri. İftardan sonra her kes oxusa gözel olardı.
Teşekkürler.
9 iyun 2016 13:41
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
bele baxdiqda goruruk ki hamiinin meqzi eynidr hamisi Allahcun tutulan oruc edilen ibadetlerdir Allahdan baqislanmaq ruzi dilemekdir
9 iyun 2016 11:00
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 iyun 2016 10:43
# 3
yarpaq33
Kim ne cur dua edirse etsin esas odurki sidq urekden inamla etsin duasini onda butun dualari Allah qebul edir
9 iyun 2016 09:58
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Totu
Oxudum Allah razı olsun.
9 iyun 2016 08:57
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz