Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan aynın tarixçəsi və əhəmiyyəti
Ramazan aynın tarixçəsi və əhəmiyyəti
Göndərən: heyatim_menim
Şərhlər: 7
Baxılıb: 303
Səs ver:
Orucluğun tarixi çox qədimdir. Hələ qədim ümmətlər öz al­lah­ları naminə oruc tuturdular. Ramazan ayında oruc tutul­ma­sı isə müsəlmanlara hicrətin ikinci ili (622-ci il) vacib edilib. Qa­lan aylarda isə oruc tutmaq müstəhəbdir. Ramazan ayı insan­la­ra Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə və dö­züm­lülüyünü yoxlamaq, mənəvi saflaşma imkanı verir.
Oruc tutmaq Allah yanında ən sevimli və böyük savaba ma­lik ibadətlərdəndir. Belə ki, Allah-taala bir çox ibadət üçün mü­ka­fat təyin etsə də, orucun savabını müəyyənləşdirmədən öz öh­də­sinə almışdır.
Orucun mahiyyəti barədə bunu demək yetərlidir ki, oruc insanı Rəbbinə yaxınlaşdıran ən gözəl vasitədir. Belə ki, oruc tu­tan insan mənəvi atmosferə düşür, maddiyyatdan az da olsa uzaq­laşır, daha çox mənəviyyata üstünlük verir. Sanki təkcə bə­dən­dən ibarət olmadığını anlayır. Buna ən bariz nümunə şam na­ma­zına sayılı dəqiqələr qalan vaxt, yaxud şam namazı vaxtı­dır. Belə ki, şam namazını qılıb iftar etdiyiniz vaxtla iftar edib na­maz qıldığınız vaxtı müqayisə edin. Sözsüz ki, ac qarına Alla­ha ibadət etmək, şam namazını qılmaq insana xüsusi mənəvi həzz verir, hətta gözlər dolur. Amma tox qarınla şam namazı qıl­maq sanki bir dağı yerindən tərpətməyə bərabər olur. Odur ki, oruc sayəsində insan ibadətdən, duadan daha çox mənəvi həzz ala bilir.
Bildiyimiz kimi İslam dini insanların doğru yola hidayəti və kamilliyə çatması üçün gəlmişdir. İslamda insanı kamala çat­dı­ran yollardan biri də mübarək Ramazan ayının orucudur. Odur ki, hər bir sağlam düşüncəli insan bu imkandan lazımınca yarar­lan­malıdır.
İslam nöqteyi-nəzərindən Ramazan ayı ən müqəddəs ay he­sab edilir. Onu həm də "on bir ayın sultanı" adlandırırlar. Ra­ma­zan ayının müqəddəs və əhəmiyyətli olmasının digər bir sə­bə­bi bu ayda gerçəkləşən mühüm hadisədir. Belə ki, müqəddəs sə­mavi kitabımız olan Qurani-kərim birbaşa olaraq Pey­ğəm­bərin — qəlbinə məhz bu ayın gecələrindən birin­də nazil olmuşdur. Həmin gecəyə “Qədr” gecəsi deyilir.
Ramazan ayı ilahi ziyafət ayıdır. Bu ayda insanlar Pey­ğəm­bər — vasitəsilə ilahi qonaqlığa dəvət olunurlar. Qo­naq­ları qəbul edənsə süfrə sahibi Allahın özüdür. Bu dəvət o qə­dər əhəmiyyətlidir ki, mənəvi həzz almaq üçün bu ayda oruc tut­maq bütün insanlara vacib edilmişdir. Bir işin vacibliyi də onun əhə­miyyətinin göstəricisidir. Əslində oruc tutan bu əməllə özü­nü ilahi əxlaqla zinətləndirir.
Eyni zamanda oruc olduqca dəyərli və mühüm bir ibadətdir. Onun göstəriş və şərtlərinə riayət edildiyi təqdirdə, insan ruhunun çir­kinliklərdən təmizlənməsində, ruhun təkamülü, insani key­fiy­yət­lərlə zinətləndirilməsində və ilahi rəngə boyanmasında əsaslı rol oynayır. Oruc tutan şəxs günahları tərk etməklə nəfsini cilov­la­yıb nəzarət altına alır və həddini aşmasına imkan vermir. Rama­zan ayında oruc tutanların günahı tərk etməsi və bəzi ləzzətlərdən im­tinası, nəfslə mübarizədə ideal vasitədir.
Mübarək Ramazan ayında oruca dair məsələlərə tam riayət edib oruc tutmaq, ilin gələn aylarında da qazanılan mənəvi ab-havanı qoruyub saxlamaq, hətta təkmilləşdirmək imkanı verir. Bu mə­na­da ki, bir ay oruc tutan şəxs üçün gələn ayları da oruc tutmaq və ya Allahın göstərişlərinə əməl etmək asanlaşır.
ORUCUN FƏLSƏFƏSİ
İlk növbədə qeyd etmək lazımdır ki, orucun tam fəlsəfəsi Al­la­ha bəllidir və biz yalnız mövzunun məlum tərəflərinə aydın­lıq gətiririk. Orucun vacib olmasının bir hikməti acların və yox­sul­ların çəkdiyi məşəqqətin oruc tutana bəlli olmasıdır. Rama­zan ayında Allaha həqiqi iman gətirmiş insan oruc tutmaqla aclı­ğın çətinliyini hiss edir, acların çəkdikləri məşəqqətdən xə­bər­dar olur. Bu məşəqqətləri dərk etməklə onun qəlbində yox­sul­lara qarşı riqqət yaranır. Nəticədə onlara yaxşılıq etmək fik­ri­nə düşür. Bəziləri Ramazan ayının orucunu tutanda məqsədi arıq­lamaq olduğundan, əslində oruca ilahi bir vəzifə kimi bax­mır. Onlar formaya düşmək xatirinə ac qalırlar. Belə insan­la­rın Ramazanın mənəvi faydalarından heç bir nəsibi yox­dur, çün­ki onların ac qalmaları Allaha xatir olmadığı üçün ilahi sava­ba layiq deyillər. Bəziləri Ramazanın səhərlərində doyunca qa­rın­larını doldururlar ki, axşam iftarına qədər aclıq hiss etmə­sin­lər. Belələri orucun fəlsəfəsini hələ də anlamayıblar. Oruc tutan əs­lin­də aclıq və susuzluğun acısını dadmalıdır. Hünər odur ki, in­sa­nın hər cür ləzzətli yeməklərə əl atmağa qüdrəti olduğu hal­da Allaha görə onlardan əlini çəksin.
Hədislərdə də orucun fəlsəfəsinə işarə edilmişdir, onlar­dan bir neçəsini diqqətinizə çatdırırıq:
Əmirəl-möminin İmam Əli ◊ buyurur: “Allah-taala oru­cu insanların imanlarının sınağı üçün vacib etmişdir.”1
İmam Cəfər Sadiq ◊ buyurur: “Oruc onun üçün vacib edil­mişdir ki, varlı və yoxsul bərabər olsun.”2 Çünki varlılar is­tə­diklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu tə­səv­vür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olun­ma­sı üçün oruc vacib edilmişdir.
Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və ona möhtac ol­du­ğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbir edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mü­ka­fatına nail olarlar. Bütün bunlarla yanaşı, möminlər oruc tut­duq­ları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tər­zi­ni özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri öz­lə­rindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni za­man­da möminlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul tə­bə­qəyə maddi yardım etməyə sövq edir.”
Həzrət Əli ibn Musa Rza ◊ buyurur: “Oruc tutmağa əmr olun­muşsunuz ki, aclıq və susuzluğun acısını dərk edəsiniz və bu­nun vasitəsi ilə də axirətin (qiyamət gününün) yoxsulluğunu, ça­rəsizliyini anlayasınız.”3
MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ
Həm Quranda, həm də hədislərdə bu ayın fəzilətindən geniş bəhs olunmuşdur. Biz də bunu nəzərə alaraq, bu xüsusda Quran və hədislərdən istifadə edib həmin mübarək ayın bir sıra fəzilətini qısa şəkildə qeyd edirik.
Ramazan ayının fəzilətindən biri budur ki, müsəlmanların mü­qəddəs və səmavi kitabı, bəşəriyyətin hidayət mehvəri Qura­ni-kərim məhz bu ayda nazil olmuşdur.
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə ay­dınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayın­da nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tut­ma­dığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah si­zin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin oru­cunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona tə­zim və şükür edəsiniz.”4
ORUC - MƏSUMLARIN (Ə) DİLİ İLƏ
Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Burada onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:
İslam peyğəmbəri — buyurur: “İnsanın yerinə yetir­di­yi hər bir yaxşı və xeyir işin 10-dan 700-ə qədər savabı vardır, la­kin oruc barədə Allah-taala buyurur: “Oruc mənə aiddir və heç bir vasitə olmadan orucun savabını verirəm, ona görə ki, oruc tu­tan şəxs mənə görə öz nəfsi istəklərinə göz yumur.”5
İslam peyğəmbəri — buyurur: “Oruc cəhənnəm odun­dan qorunmaq üçün bir sipərdir.”6
İmam Əli ◊ buyurur: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə neçə bərabərində veriləcəkdir.”7
İmam Cəfər Sadiq ◊ buyurur: “Allah-taala buyurur: “Oruc mənim üçündür və mən özüm də oruc tutanın mükafatını verə­cəyəm!”8

Seyid Azər Əhmədoğlu
1. “Qurərul-hikəm”, səh. 176, hədis 3376; “Nəhcül-bəlağə”, Sübhi Saleh, səh. 512, hikmət 252.
2. “Mən la yəhzuruhul fəqih”, c. 2, səh. 73, hədis 1766.
3. “Vəsailuş-şiə”, c. 4, səh. 4, hədis 5; “İləluş-şəraye”, səh.10.
4. “Bəqərə” surəsi, ayə 185.
5. “Fəzailul əşhuris-səlasə”, səh. 143
6. “Vəsailuş-şiə”, c. 7, səh. 289
7. “Dəəvat”, Ravəndi, səh. 27, hədis 45-46; “Biharul-ənvar”, c. 96, 30-cu bab.
8. “Vəsailuş-şiə”, c. 7, səh. 290.


Şərhlər: 7
Baxılıb: 303
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
rəmsə
Həqiqətən də bu Müqəddəs ayda yoxsulların nə çəkdiklərini anlama zamanı,bütün çirkinliklərdən uzaqlaşma zamanı...İnşaallah saf niyyətlə tutulan oruclar,gecələr oyaq qalmaqla etdiyimiz ibadətlər qəbul olardua

Doğurdanee uje saat 19.55.di Durum iftar süfrəsini hazırlayım:).Yoldaşımla ikimiz tuturuq.Uşaqlar da istəyirlər deyirəm məktəb bitsin tutarsız inşaallah.
8 iyun 2016 19:58
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Oxatan
Allah ozu bu mubarek Ramazan ayinda oruc tutanlarin orucu ve ibadetlerini qebul etsin.Allah hamimizin gunahlarini bagiwlasin.Amin.Islamin bawqa qayda qanunlarinin esas felsefesi kimi oruclugun da felsefesini derk etmeyen insanlar var.Acigim tutur o insanlara ibadetlere don geyindirerek ozlerine serf eden terzde yerine yetirmelerine.Meselen biri mehz orucluq.ilin bawqa aylarini agillarina gelenleri edirler,icki icirler,onun bunun qiz gelininin gezende endamina baxirlar,fitne fesadla mewgul olub,caduya falciya muraciet eden qadinlar,vedre baglamaga alude olanlar,geyimde endazedan cixan qadinlar,qizlar ve s.Ramazan ayi gelende ozlerini ele aparirlar guya guya umuniyyetle ilin o bir aylarini netrr geldi yawayan bunlar olmayib ya da vapwe yawamayiblar bu ay dirilibler.olurlar melek ya da heci)))Ramazan bitir yene de eski hayat.beyem ac insanlar orucluqda ac qalanda bawa duwulmelidir?bir ay yetimi yoxsulu bawa duw sonra yene tox gez.bu onlari duwunmek deyilki.bu orucluqda ozu ac qalir deye tv de zadda orda burda bir iki soz ewidende deyir hee e Afrikada zadda corek tapmirlar yemeye.menim bir qohumun var,bir defe iller evvel ele oldu ki bu da dedi bir ay oruc tutacam seher duranda meni de oyat.Ilahi imsaki 3gun qaytarmaqdan ozumu zor saxladim sonda 4cu gun idi sehv etmiremse yemeyimle qaytarmam bir oldu ucbatindan orucum pozuldu.adam ne qeder yeyer,ele bil 10-12saatliq yox 12sutlalik ac qalma niyyeti ile yeyirdi.bir neferlik bowqabi bal ile doldurdu dedim yeqin ikimize getirir,istedim deyem bu ikimize coxdu gordum icine corek dogradi ve bawladi bozbaw kimi qawiqlayib yemeye.artiq dozmedim qayitdi yediyim bir iki loxmada.ondan sonra tutmadim bir nece gun.cunki o da dururdu ve men yene de ele olacaqdim.o oruc tutanda el alem bilirdi bu orucdu,bawini baglayir guya agriyir,eve de gelen soruwdu soruwmadi men orucam deyib elan edirdi.bele insanlar primitiv duwuncelidir.men hemiwe o insanlara deyirem sizin kimilerin ne orucu ne de diger ibadetleri qebul deyil.men orucam ya da namaz qiliram deyen insanlar ozunu reklam edenlerdendir.ele insanlar mene catmir.imsakda ve iftarda neter geldi ne qeder geldi yemek,hamiya bildirmek,namaz qilib evde ana atayla qohum eqrabayla qonwuya dostla eqoistce pis davranmaq,hicab taxib baci qardawla yola getmemek,qardawla arvadi arasinda soz sohbetler yaratmaga cehdler etmek,arada gezmek bele insanlarin hec birinin ibadetleri qebul deyil.qoy desinler mene boyuk daniwirsan,Allah biler bunu.ama men yene de inanmiram Allah bele insanlarin hansisa ibadetini qebul etsin.onlarin hecbiri Islamin esl felsefesinden zerre qeder de anlayiwi olmayan cahil ve xeste ruhlu insanlardir.
8 iyun 2016 17:26
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
Sitat: Arzu1996
ALLAH oruc tutan butun muselman baci ve qardawlarimizin bu muqeddes Ramazan ayinda oruclarini qebul etsin.. AMIN...
8 iyun 2016 15:31
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
Oruc tutan hər bir əməli saleh bəndənin oruc və duaları xeyirlisiylə qəbul olar inşAllah.
8 iyun 2016 14:40
# 4
vipbetul
Allahim butun Muselmanlara nesib etsun Amin insallah
8 iyun 2016 14:38
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Ya rebbim sen özün hamıya qismet et oruc tutmaq.İnşallah Amin)
8 iyun 2016 14:14
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Arzu1996
ALLAH oruc tutan butun muselman baci ve qardawlarimizin bu muqeddes Ramazan ayinda oruclarini qebul etsin.. AMIN...
8 iyun 2016 13:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz