Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucu batil edən əməllər islam məzhəbləri baxımından
Orucu batil edən əməllər islam məzhəbləri baxımından
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 669
Səs ver:
Orucu batil edən əməllərin sayı, növü və incəlikləri müxtəlif İslam məzhəbləri baxımından fərqli şəkillərdə izah edilir. Bunların arasında ümumi cəhətlər çox olduğu kimi, bəzi fərqliliklər də vardır.

Aşağıdakı məqalədə Şeyx Mühəmməd Cavad Müğniyənin “Beş məzhəb üzrə fiqh” kitabına əsasən bu fərqlilikləri ixtisarla diqqətinizə çatdırırıq. Məqsədimiz budur ki, əvvəla, müxtəlif məzhəb ardıcılları bir-birinin şəriət hökmlərinə bələd olsunlar və aradakı məlumatsızlıq qismən də olsa aradan qalxsın. İkincisi, ümid edirik ki, oruc hökmlərindəki bu fəqrlilikləri biləndən sonra hər bir müsəlman qarşı məzhəbin ardıcılı olan şəxsin ibadətinə və inancına daha hörmətlə yanaşar, onun orucunu batil edə biləcək əməllərdən çəkinər.

1 və 2. Yemək və içmək. Bütün İslam məzhəbləri baxımından, qəsdən yemək və içmək orucu batil edər. Həmin günün orucu qəza edilməlidir. Cəfəri və hənəfi məzhəblərində qəzadan əlavə kəffarə vermək də vacibdir, şafii və maliki məzhəblərində isə həmin orucun qəzasını tutmaq kifayət edər. Beş məzhəbin içindən yalnız malikilər hətta unutqanlıq üzündən də yeyib-içməyin orucu batil etdiyini söyləyirlər; bu zaman yalnız həmin günün qəzasını tutmaq vacibdir.

3. Qəsdən cinsi əlaqədə olmaq. Bütün məzhəblərdə cinsi əlaqə orucu batil edir, həmin günün qəzasını tutmaq və kəffarə vermək vacibdir. Unutqanlıq üzündən cinsi əlaqədə olmaq isə yalnız hənbəli və maliki məzhəblərində orucu batil edər.

4. İstimna (qəsdən bədəndən sperma çıxarmaq). Bütün məzhəblər bunun orucu pozduğuna inanır. Sünni məzhəblərində yalnız həmin günün qəzasını tutmaq lazımdır, cəfərilər həm də kəffarə verməyi vacib bilirlər. Spermadan əvvəl gələn, şəhvətli səhnələri seyr etmək və ya başqa yollarla bədəndən çıxan məzi adlı maye orucu batil etməz. Yalnız hənbəlilər məzinin də orucu batil etdiyini söyləyirlər.

5. Qəsdən qusmaq cəfəri, şafii və maliki məzhəblərində orucu pozar. Hənəfilər ağız dolusu qusmağı orucu pozan səbəb sayırlar. Hənbəli məzhəbində qusmaqla həm orucun pozulduğu, həm də pozulmadığı barədə fikir ayrılığı vardır. Bütün məzhəblərin fikrincə, qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.

6. Yalnız hənbəlilər qan aldırmaqla orucun pozulduğunu söyləyirlər. Bu zaman həm qan alanın, həm də qan aldıranın orucu batil olur.

7. Maye ilə imalə (klizma) etdirmək bütün məzhəblərə görə orucu pozar və qəza orucunu vacib edər. Şiə alimlərinin bir qismi zərurət üzündən bunun edilməsini istisna bilmişlər.

8. Yalnız cəfəri məzhəbində boğaza qatı toz və tüstü girməsi orucu batil edər.

9. Gündüz vaxtı gözə sürmə çəkmək yalnız malikilərə görə orucu pozar (sürmənin dadını boğazda hiss etmək şərti ilə).

10. Gün ərzində oruc niyyətini pozmaq cəfəri və hənbəli məzhəblərində orucun pozulmasına səbəb olar, qalan məzhəblərdə isə yox.

11. Cəfəri məzhəbinə mənsub əksər müctəhidlərin fikrincə, başı tamamilə suya batırmaq (bədən quru olsa belə) orucu batil edər. Bir qism müctəhidlər bunu çox məkruh bilirlər. Əhli-sünnə məzhəblərində belə hökm yoxdur.

12. Yalnız cəfəri məzhəbinə görə, sübh azanına kimi qəsdən cənabət halında qalıb qüsl almamaq da orucu pozar, üstəlik, qəza və kəffarəni vacib edər.

13. Yalnız cəfəri məzhəbinə görə, oruclu şəxsin Allah, Peyğəmbər və imamlar adından yalan danışması, yəni qəsdən onların buyurmadıqları sözü onlara aid etməsi və ya buyurduqları sözü qəsdən danması orucu pozar. Həm həmin günün qəzası tutulmalı, həm də kəffarə verilməlidir.


Şərhlər: 5
Baxılıb: 669
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bilinmesi vagib olan bilgilerdir
7 iyun 2016 13:33
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
7 iyun 2016 12:35
# 4
heyatim_menim
Yeniden oxumaq yaxsi oldu.ALLAH razi olsun
7 iyun 2016 11:27
# 3
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Barbaris
meumatim var idi twkler..Allah butun oruclari qebul etsin
7 iyun 2016 10:11
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
yarpaq33
Bunlari bilirdim yenede tewekkurlar
Allah oruc tutanlarin orucunu qebul etsin Amin
7 iyun 2016 07:41
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz