Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucluğun mənəvi faydaları
Orucluğun mənəvi faydaları
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 399
Səs ver:
Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir.

Möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".

Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar.

Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir.

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır.

Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?".

Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar. Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət əhlidir.

Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin".

Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya ariflərdir.

Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun mükafatını özüm verəcəyəm".

Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun.


Şərhlər: 6
Baxılıb: 399
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GüLl
Xanımlar teze qeydiyat olmuşam bilmirem nece istifade ediler xaiş mene basa salında
7 iyun 2016 06:31
# 6
Leyla11
Allahim Bagisladim dediyin qullarindan biri biz olaq insAllah heart melek ((
5 iyun 2016 13:55
# 5
Barbaris
Allah Ramazan ayında edilən oruc və duaları xeyirlisiylə qəbul edər inşAllah.
5 iyun 2016 11:26
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
Orucluq insani ruhunu temizliyir exlaqini duzeldir
5 iyun 2016 11:02
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Orucluq her cehetden insanin nefsiyle imtahanidir. Insan hem gozu tox olmali hem de exlaqi temiz olmalidir. Orucluq menen insani rahatladir
5 iyun 2016 07:28
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Oruc olmaq tək müəyyən vaxt çərçivəsində qida qəbul etmək demək deyil, eyni zamanda da insanın bütünlükdə xaricən olduğu kimi mənəndə oruclu olması, nəfsinə hakim olması lazımdır hansı ki, bu xüsusiyyətləri həmişə daşıyan şəxs isə yəqin ki, Allahın sevimli bəndələri sırasındadır.. Allah Ramazan ayında edilən oruc və duaları xeyirlisiylə qəbul edər inşAllah.
5 iyun 2016 07:14
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz