Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
HZ.Fatimə (s.ə)-ın xəstə yatağındakı çıxışları
HZ.Fatimə (s.ə)-ın xəstə yatağındakı çıxışları
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 368
Səs ver:
Fatimə xəstə yatağındaykən bir qrup qadın onun görüşünə gələrək ona belə bir sual verdilər: Peyğəmbər qızı necəsən? Xəstəliyin necə oldu? Fatimə bu suallar qarşısında geniş bir cavab verərək belə buyurur:
"Allaha and olsun ki, dünyanızı sevmədiyim, kişilərinizə küskün halda sabahı açdım. Onları sınadıqdan sonra uzağa atdım, sınadıqdan sonra onlara əsəbiləşdim. Kəskinlikdən sonra yumşalma, ciddilikdən sonra qeyri-ciddilik, (mənəvi cəhətdən) divara çırpılmaq, nizənin (və ya kanalın) çatlaması, fikirlərin pozulması, istəklərin azması necə də pisdir! Çarəsizlikdən onun (Fədək və xilafətin) yüyənini onlara taxdım və onlara yüklədim, bütün yağmaları onlara yönəltdim. Zalım qövm xeyir görməsin, nəticəsiz qalsın, mərhəmətdən uzaq olsun. Təəssüflər olsun onlara! Onu (xilafəti), risalət mərkəzindən peyğəmbərlik və hidayət təməlindən, Ruhul-Əminin (Cəbrayılın) endiyi evdən, din və dünya işlərinə alim olanın əlindən çıxarıblar. "Bilin ki, bu böyük və aydın bir ziyandır".

Əlidən qisas almasının səbəbi nə idi? Allaha and olsun ki, onun qılıncının kimi tanımamasından, ölümə etina etməməsindən, düşmənləri çeynəməsindən, qılıncının zərbəsindən və Allah rizası üçün olan qəzəbindən ötrü ondan intiqam aldılar.

Allaha and olsun ki, əgər yoldan çəkilsəydilər (mane olmasaydılar), Rəsulullahın Əliyə qoyduğu yüyəndən (liderlikdən) və onu qəbul etməkdən imtina etsəydilər və onu (xilafət dəvəsinin cilovunu) Əliyə buraxsaydılar, bu dəvə onları doğru yola aparardı, onları (haqqı) qəbula məcbur edərdi, xalqa yumşaq davranardı, izləyənləri yorulmazdı və heç vaxt süvarisi bezməzdi. Şübhəsiz, onları həzmi asan, şirin, iki tərəfi ağzına qədər dolu və palçığa yoluxmamış bir suya aparar və suya doymuş halda geri gətirərdi.

Əli onlara, gizli və aşkarda nəsihət etdi. Xilafətə çatsaydı zənginliyə görə çox bəzənməzdi (dövlət xəzinəsindən özü üçün mal yığmazdı), susuzluğunu və aclığını təmin edəcəyi az bir miqdar istisna, dünya malından bir şey toplamazdı. O zaman kimin zahid, kimin dünyaya həris olduğu, kimin doğru danışan, kimin də yalançı olduğu ortaya çıxmış olacaqdı. "Əgər xalq inansaydı, qorxub, çəkinsəydi, həqiqətən başlarına göydən və yerdən bolluqlar (bərəkət) açardıq; Lakin onlar yalanladılar, biz də onları qazandıqları şeylərdən ötrü cəzalandıracağıq". "Bunlardan zülm etmiş olanlara da, qazanmaqda olduqları pisliklər üz verəcəkdir və onlar (Allahı) aciz buraxa biləcək deyillər". Ey, gəl də dinlə, zaman həyatda nə də qəribə şeylər göstərir. Heyrət edərsən, onların sözləridir heyrətləndirən. Ah bir bilsəm bunların hansı dayağa əsaslandıqlarını da nisbət etdiklərini və hansı səbəbə sarıldıqlarını! Övladlarımın əleyhinə kimlərin təşəbbüsdə olduğunu, qalib gəldiyini və onları məhv etdiyini bir bilsəm! "Nə də pis dost və yavər!" "Zalımlar üçün necə də pis bir dəyişmədir bu". Allaha and olsun ki, bunlar xalqın liderini və çətinliklərindəki sığınacağını bir kənara itələyib alçaq və ağılsız adamları qabağa keçirdilər. O halda "gözəl iş görmüşük deyə, zənn edənlər"-in üzləri yerə sürtülsün! "Diqqət edin, əslində onlar fəsad törədənlərin özləridir, lakin bunun şüurunda deyillər".

Vay onların halına! "Görəsən, başqalarını haqqa hidayət edən mi izlənməyə daha layiqdir, yoxsa başqası tərəfindən hidayət edilmədikce haqqı tapmayan kəsmi? Bəs nə olub sizə? Necə də hökm verirsiniz"? Diqqət edin! Bunların xilafəti yeni hamilə qalıb, o halda bir az möhlət verin də necə bir meyvə verəcəyini gözləyin! Sonra ondan dolu dənəsi böyüklüyündə (süd yerinə) təzə qan və həlak edən zəhər sağın. "Məhz burada batil yolu tutanlar ziyana uğradılar". Və gələcəkdəkilər, əvvəlkilərin yaratdıqlarının aqibətini görüb biləcəklər.

(Artıq muradınıza çatdınız) Dünyanızdan nikbin olun və qəlbləriniz gələcək fitnələrə hazırlıqlı olsun. İti qılınclar və zorakılığın, zülmün və azğınlığın ən pisini rəva görən təcavüzkarların gücü müjdələr olsun sizə. Əhatəedici fitnələr və dövlət xəzinəsi heç kimin rəğbət etməyəcəyi qədər mal buraxan zalımların zülmü müjdələr olsun sizə! Onlar cəmiyyətinizi (məhsulunuzu) biçəcəklər. O halda həsrət və kədər olsun sizə! Haradasınız? Həqiqətən (Allahın haqq və mərhəmət yolu) sizə itmişdir, "İstəmədiyiniz halda mı biz sizi Allahın rəhmətinə (doğru yola və siratəl müstəqimə (doğru yola hidayət olmaq)) məcbur edək?!"


Şərhlər: 4
Baxılıb: 368
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Allah razi olsun
7 iyun 2016 18:09
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Miss_Oxatan
Dunyasini deyiwmiw her bir ehli-beyt dunyasini deyiwerken insanlardan,dunyadan narazi gedibler ve her birisi belece insanlara dunyaya ve dunya malina goz tikmemeyi,axiret ucun yawamagi tovsuye edibler.eynen bu movzuda H.Fatime (s.e) anamiz olmaqla.
7 iyun 2016 16:01
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
gozel yazidir Rebbim biz qullarinida Fatimeyi Zehra anamizin yolundn getmeyi nesib-qismet etsun Amin insallah
7 iyun 2016 14:35
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Allahın haqq və mərhəmət yolu hər bir bəndəsinin hidayət etməsinə səbəb olsun inşAllah..
7 iyun 2016 14:30
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz